Günah

402 77 27
                                    

 Sən mənim dünənim, bu günüm, sabahım. Sən mənim əvvəlim-axırım. Sən mənim qaranlıq gecələrimdəki, göz yaşlarım. Sən mənim günahım.

 O günah ki, hər zaman mənimlə olacaq, o günah ki, nifrətlə və hiddətlə hər zaman mənimlə qalacaq, o günah ki, məni yavaş-yavaş əridəcək, solduracaq, bəlkə də öldürəcək amma, məndən heç bir zaman əl çəkməyəcək. Axirəttə belə qarşıma çıxacaq, üzümə güləcək, məni sən yaratdın deyəcək, sən günahkarsan deyəcək. Mən isə heç bir cavab verə bilməyəcəm. Başımı qaldırıb, gözlərinin içinə baxıb, günahımdan məni əfv etməsini istəyə bilməyəcəm. Çünki mən, günahkar olduğumu düşünmürdüm. Çünki mən, etdiklərimin günah ola biləcəyini dərk etmirdim. Çünki mən, söylədiklərimdə səhv görmürdüm.

 Məgər mənim yaşadığım həyatım, etdiyim əməllərim, söylədiyim sözlərim hamısı bir şeydən ibarət idi? Tək bir kəlimədən, "günah"dan? Mən həqiqətənmi günahkar idim? Günahkar olacaq nə etmişdim axı? Bəlkə də mən heç bir şey etməmişdim, bəlkə də dünyaya günahkar olaraq doğulmuşdum, bəlkə də bu günah mənim yox, valideyinlərimin idi lakin, bu günahı mən daşımalı idim.

 Səni hər kəsin öyrənməsini istəyirsən! Səni başqaları ilə bölüşməyimi istəyirsən! Bu zaman daha da çoxalacağını sanırsan? Yox, yox! Mən bu haqqda heç kimlə danışmayacağam. Səni heç kəsə anlatmayacağam. Sən mənim balaca, çirkab dolu dünyamda sıxışıb qalacaqsan. Sən məni məhv edə biləcəyini, məni hər kəsin gözündə günahkar edə biləcəyini, o zaman azadlığa buraxılacağını düşünürsən? Yox, sən bunu bacarmayacaqsan. Sən hər zaman mənim gizli günahım olaraq qalacaqsan.

 Sən, sən mənim günahım, mən səni məhv edəcəyəm! Səni hər xatırladıqda, gözümdən axan yaşlarla birlikdə, sənidə həyatımdan yuyub aparacağam. Mən sənə qalib gələcəyəm, yenidən güləcəyəm, səni unudacağam və bilirsən, bəlkə də bir gün həqiqətəndə yaxşı bir insan olacağam.

Son


GünahWhere stories live. Discover now