**Üç saniyə**

274 35 35
                                    

Həyat insanı yerdən-yerə vurur, parçalayır. Acımasızdır. O güzəşti bacarır. Bəzən ürəyin durması kimi ciddi olur, bəzən ürək döyüntüsünü bərpa edəcək kimi ikinci şansı da verir.  Lalənin həyatı da ürəyin durması kimi ciddi, yenidən başlaması kimi çətin idi. Lalə sanki, öləcək,, üç saniyədən sonra bir hərəkətlə həyata qayıdacaqmış kimi olurdu.

Ruhu xəstələr evinin kiçik, qara otağından Lalənin qışqırıqları eşidilirdi. Həkimlərin onu sakitləşdirmək üçün vurduqları iynələri heç cür damarına vurulmasına icazə vermək istəmirdi. Qollarını tərpədir, həkimlərə mane olmağa çalışırdı. Lakin bu maneçilik daha çox özünü incidirdi. Hər sakitləşdirici və ya dərman içizdiriləndən sonra qısa-qısa, davamlı iniltilər çıxırdı dodaqlarından. Artıq vurulan iynə bədənində uyuşma yaradır, gözləri yumulur və nəbzinin sürətini azaldırdı. Həkimlər getdikdən sonra ona geyindirilmiş, qolları bağlı ağ xalatla çarpayısında səssizcə yuxiya dalırdı. Çox zaman iynələrin məcbur vurulduğuna görə ruhən inciyir, həkimlərin üzünə baxmırdı. Küskünlüyü günlərlə davam edir, susur, boş gözlərlə otağını seyr edir, digər xəstələr kimi həyətə düşüb, təmiz hava almaq istəmirdi. Lalə tez-tez yuxusunda bir nəfəri gördüyünü və yenidən üzünün gülməsinin də səbəbinin bu yuxular olduğunu hiss etdirirdi. O yuxuda gördüyünü "mələk" adlandırırdı. Turan Lalənin mələyi gördükdə çox sevindiyini, şən olduğunu yadına salıb, öz-özünə danışaraq "Lalə iki ildir ki, ruhu xəstələr evinə gətirilib. O gələndə xəstə olmadığını deyib, Muraf adlı adamdan kömək istəyərək ağlayırdı."dedi.
əslində Lalə xəstə deyildi. Onun psixoloqa ehtiyacı vardı. Ruhu xəstələr evinə gətirilməsi doğru olmamışdı. Bunu isə bu cür yalnız Turan düşünürdü. O, həmdə deyirdi: insanı ruhu xəstə etmək üçün ona onun xəstə olduğuna inandırmağın bəs edər. Turan Lalə üçün dosta çevrilmişdi. O isə Turanın gözündə gözəl və haqsız yerə xəstə adı verilən qız idi. Turan özünə söz vermişdi ki, Laləni qaranlıqlardan çıxaracaq. Buna görədə tez-tez Laləyə baş çəkir, necə olduğunu soruşurdu. Bu gün də elə olmuşdu.
Turan onun otağına yaxınlaşıb, qapını tıqqıldadıb, gözlədi. Səsin gəlmədiyini hiss edib, otağa daxil olur. Lalə pəncərənin qarşısında dayanıb, həyətdə gəzənləri seyr edirdi. Turanın gəlişini hiss edib, arxaya döndü. Çarpayısına tərəf gəlib, oturdu və başını aşağı saldı. Bu zaman Turan danışmağa başladı.

Necəsən?

Lalə küsmüş ifadə ilə ona baxırdı. Onun danışmamasından artıq neçə gün keçirdi.

Bəlkə bu gün mənimlə danışasan? -çarpayıya yaxınlaşıb, Lalənin yanında oturdu. Yenidən danışaraq - Bax, mənə güvəndiyini bilirəm, amma, məndən də küssən heç vaxt yanına, sənə baş çəkməyə gələ bilmərəm. Çünki mən nəzarətçiyəm. Məni sənin yanına gəlməyə yalnız sən istəyirsən deyə icazə verirlər. İndi de! Qalım? ya gedim? -soruşdu..
Lalə başını qaldırıb, pəncərəyə baxaraq "Bu gün yağış yağsa, mənimlə həyətə düşərsən? " incə səslə soruşdu. Yenidən başını aşağı salıb "Amma çətirsiz " dedi.
Turan gülümsəyərək "axı xəstələnərsən?!" deyə danışarkən, Lalə hirsli ifadə ilə bir qədərdə sürətlə " bir gün xəstə olmadığımı biləcəksiniz. Mən həqiqətən də ruhu xəstə deyiləm!" dolmuş gözlərindən, göz yaşları almacıqlarına düşmüş Turana baxaraq "Məni sağaltmağa çalışmayın!"deyə cümləsini tamamladı.

Turan onu incitdiyini düşündü. əli ilə Lalənin göz yaşlarını yavaş hərəkətlə silib " Yox. Mən o mənada demədim" dedi. 

Lalə üzünü çevirib "Bilirəm, səndə mənim xəstə olduğumu düşünürsən."deyərək burnunu çəkdi.

"Lalə, sakitləş. Mənə hər dəfə gördüyün mələkdən danışa bilərsən?"

Üç saniyəWhere stories live. Discover now