Zamansız gələnlərin, amansız gedişi

66 5 0
                                    

Küləkli bir payız havası var idi küçədə. Kimini yaşadıb, kimini öldürəcəkdi. Kimiləri bu havada gözəl xəbərlər alıb sevinəcək, kimiləri bəd xəbər ilə sarsılacaqdı. 1)Doğum günün qeyd edənlər, əl-ələ gəzən sevgililər, uşaqlarını gəzintiyə çıxaran analar...
2) Ölüm xəbəri alanlar, əzizləri ilə vidalaşıb, ayrılanlar, vətənindən uzaqlara köçüb gedənlər və mənim kimi çarəsizlər.
Çarə!
Ölüm ayağındakı bir xəstəyə sən yaşayacaqsan, hər şey yaxşı olacaq kimi sözlərlər aldadanlar və bu yalana aldanaraq ölüb gedən xəstələr.
Mən aldanmayacağam...
Mən öləcəyimi bilirəm çünki,
Mən yaşamaq istəmirəm çünki.
Mən doydum!
Yeməyə doyanlar kimi,
Yalana doyanlarkimi,
Yaşamağa doydum,
......
Hər səhər oyanıb günə xoş başlamaq üçün gülmək gərəkdir deyirlər.
Nəyə gülmək?...
Bunuda deyirlərmi?
Nədənsizmi gülmək?...
Axı dəli deyərlər,
Ruhu xəstədir deyərlər, əsla xoşbəxtlikdən gülür deməzlər!
Susuram. Günahkar olduğum üçün yox, günahkarlara dəlil sübütla belə günahlarını etiraf etdirə bilmədiyim üçün susuram.
Sus!
Kim sənə nə etsə Sus.
Axı Allah var, o Allah ki təkdir.
Səbirli ol, axı səbir Allahın yoldaşıdır.
Pislik etmə!
Allah pisi və yaxşını görür.
Hekayənin başlanğıcı ağırdır bilirəm, sonu yaşayacağımız həyata bağlıdır bunuda siz bilin.
Nə yaşasaq, nə görsək onu yazacağıq.
Yalan yoxdur.
Bəs bu yalançılar niyə bu qədər çoxdur o zaman?
Niyə?
Bu sualı Nailə çox verdi özünə, aynadakı əksinə, vicdanına, hətta yalan danışan insanlara belə...
O gün yaşadıqlarını heç cürə unuda bilmirdi.
O gün ki, həyatdan əlini üzmüşdü...

You've reached the end of published parts.

⏰ Last updated: Mar 22, 2020 ⏰

Add this story to your Library to get notified about new parts!

Zamansız gələnlərin, Amansız GedişiWhere stories live. Discover now