Xəyallar

195 17 6
                                    

Fikir bu aralar yamanca sıxır
Yaman ürəyimdə sıxıntılar var
Bu gecə gözlərim yolmu çəkir?
Yoxsa gözlərimdə bir kölgəmi var

Sakitlik qulağımı kar edəcəkdir
Qorxuram fikirlər məhv edər məni
Ruhum bu gecə köç edəcəkdir
Ağlamaq bir anlıq tutacaq məni

Yenə şirin xəyalların sorağındayam
Yenə ümidlərim dənizdə batır
Yənədə vəfasız sorağındayam
Qəmli ürəyimə birdə qəm qatır

Əzablar həyatdan bir xatirədir
Məni ovucunda tutar buraxmaz
Gecədə ulduzlar sanki bəzəkdir
Ruhumu aparar birdə buraxmaz.

Müəllif: Elvir Onur

"Qəlbdən Doğan Günəş"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin