Başlıqlar. Eynidi hamısı. Bir-birlərindən heç də fərqlənmirlər, bizim hər günümüz kimi. Standart şəkildə davam edir. Elədiklərimiz artıq vərdiş halına çevrilib. Heç bir fərqlilik yoxdur. Sözlərimiz isə köhnəlib, yüz illdərdi dəyişmədən qalır. Yenədə hamısı şikayətlərdir. Naşükürük. Heç nədən razı deyilik. Bəzən istəyirik ki, deyək "bu yaxşıdır", onunda zayı çıxır, yəni o da "yaxşılığını" itirir.
Bu gün də başlıqları eyni olan günlərdən biridir. Amma ilk dəfə olaraq bu gün dünənkindən çox ağlamaq, dünənkindən çox sevinmək istəyirəm. Bu gün içimi töküb, hər şeyi danışmaq istəyirəm. İndiyə qədər eləmədiklərimi, ağıla sığmayan bütün dəlilikləri etmək istəyirəm. Edəcəm də.
Birinci günə həmişəki kimi, duyğusuz, həyatdan küsmüş şəkildə yox, gülərək başlayacam. Özümə güləcəm, indiyə qədər etdiklərimə güləcəm. Fikirləşəcəm ki, 2 yol var: biri bu standart həyatda eyni tonla sona qədər getmək, biri də sınma nöqtəsi, yəni bir yerdə dayanıb hər şeyi dəyişdirmək və tez-tez dəyişikliklər eləmək. Mən ikinci yolu seçəcəm. Dəyişəcəm. Amma nəyi? Özümə çox yaxın bildiyim, əslində isə mənə çox uzaq olan yalançı dostlarımı dəyişəcəm. Tək dostum özüm olacam. Sonra vərdişlərimi dəyişəcəm. Əvvəlcə yaddaşlardakı Müzəffəri dəyişəcəm. Hamı məni çox danışan kimi tanıyıb. Artıq susacam. Heç nədən danışmayacam.
Sonra isə sıra qorxularıma gəlir. Qorxularım... Yaxınlarını itirmək qorxusu, ölüm qorxusu... Yaxınlarımı itirməkdən qorxmayacam. Çünki onlar mənə yaxın olsalar da, hələ də yaşasalar da, mən onların çoxunu itirmişəm. İtirərək də gedirəm. Ölüm qorxusu: Ölməkdən qorxuram, on görə qorxuram ki, mənim də bir hədəfim, məqsədim, eləmək istədiklərim, arzularım var. Və yolun yarısında, işlərimi yarımçıq qoyub ölməkdən qorxuram. Artıq qorxmayacam. Çünki hədəflərimi, məqsədlərimi, arzularımı, eləmək istədiyim hər şeyi siləcəm və yaşamağımın mənası qalmayacaq. Həyatım maraqsızlaşacaq. Sonra isə yeni bir məqsədim olacaq. Üsyan və azadlıq. Üsyan qaldıraraq azadlığı yaradacam. Bunun üçün birinci qanunları pozacam. Mənə qoyulan bütün qanunların üstündən bir xətt çəkəcəm. Bu qanunlar mənim qarşımda duran böyük bir səddir. Bu səddi aşacam. Sonra isə üsyan qaldıracam. Azadlıq üçün ölümdən qorxmayaraq ölümün üstünə gedəcəm. Amma yenədə azad olmayacam. Çünki sona yaxın özüm-özümü tək qoyub gedəcəm və hər şey bir anda puç olacaq.
Elədiklərimin hamısının nəticəsi nə olacaq? Məqsədimə çatacam? Yox, heçnə əldə etməyəcəm. Nəticəsi də olmayacaq. Sonda isə yenə də köhnə həyatıma, "eyniliklərə" qayıdacam. Beləcə həyatım zamanla bərabər axıb gedəcək.
Muzafferus
12.10.2010
KAMU SEDANG MEMBACA
Nar dənələri
Cerita PendekMənim qaranlığımda Sənin aydınlığın yox olub! Axtarma özünü, yoxsa burada! Sən uzaqlarda, mən uzaqlarda. İçimdən bir səs mənə səsləndi: "Aydınlıq var onu görə bilmək üçün." Dedim ki: "Qaranlıq var ondan gizlənmək üçün.