...qorxuları. Niyə də yox olmasın? Axı, bismillah deyərək sığınacağı yaradanı var. Nə qədər günahkar olsada.
...arzuları. Niyə də reallaşmasın? Axı, bu mümkündü. Nə qədər surreal görünsədə.
...zəhməti. Niyə də xeyirli olmasın? Axı, arxasında alın təri var. Nə qədər ümidsiz olsada.
...hədəfləri. Niyə də böyük olmasın? Axı, onlara çata biləcək gücü var. Nə qədər zəif olsada.
...duaları. Niyə də qəbul olmasın? Axı, onu eşidən Yaradanı var. O nə qədər uzaq olsada.
...bağırtıları. Niyə də eşidilməsin? Axı, səsi hər yerə çatar. Nə qədər səssiz olsada.
...azadlığı. Niyə də ona verilməsin? Axı, buna haqqı var. Nə qədər haqsız olsada.
...səhvləri. Niyə də azalmasın? Axı, bunlara heç ehtiyacı yoxdur. Nə qədər çox olsada.
...düzləri. Niyə də artmasın? Axı, bunu bacarar. Nə qədər bacarıqsız olsada.
Amma deyəsən unudub ki, Yaradanın ehtiyacı olmasa da, ALLAHA şükür borcu var. Həmdə ödəyə bilməyəcəyi qədər...
Muzafferus
05.01.2012
KAMU SEDANG MEMBACA
Nar dənələri
Cerita PendekMənim qaranlığımda Sənin aydınlığın yox olub! Axtarma özünü, yoxsa burada! Sən uzaqlarda, mən uzaqlarda. İçimdən bir səs mənə səsləndi: "Aydınlıq var onu görə bilmək üçün." Dedim ki: "Qaranlıq var ondan gizlənmək üçün.