Bilinməzlikdən bezmiş insan

39 6 0
                                    

Göydə uçuşan kağızlar kölgələrlə yarışır...

Bir nəfəs dər dərindən, həyatın qaranlığına bax uzaqdan. Görməyi bacaracaqsanmı? Bilmirəm, amma çətindir yaşamaq, və məni, yazdıqlarımı anlamaq. Qorxulu yuxuların bir parçası olmaq istəmirəm. Nə də istəmirəm yazdıqlarım "anlaşılmaz, boş, mənasız sözlər" adıyla damğalanıb bir kənara atılsın. İstəmirəm, millətim yavaş-yavaşəriyib yoxa çıxsın. Həqiqətlərlə dolu dünyanın yalanları kimi nə qədər yaşamalıyıq? Cavab tapanda anlayacaqsan yaşamağının mənasını.

Nə yazdığımı bilmirəm. Susumuşam. Sadəcə qələmim kağızın üzərində rəqs edir.S ətirlərim naməlumluqla dolur. Heç kəs bəyənmədi, heç kəs oxumadı, bükülüb bir qırağ atıldı. Bəyənmirsənsə, istəmirəm, oxuma bir daha (!), canın sağ olsun... Dərdimdən danışmaq istəmirəm. Nə də sizi yormaq. Oxumaq istəmirəmöz yazdıqlarımı özüm belə. Anlamırlar sözlərimi, heç istəmirəmdə (!), anlamasınlar...

Bəsdi artıq tabe olduq başqalarına! Bir dəfə də cəsarətimizi toplayıb düzgün addım ataq. Bəsdi artıq istəklərimizə tabe olduq. Biz nəfsimizin qulu deyilik!...
Yorma özünü, anlamayacaqsan... Yorma özünü...

Bilmirəm, hansı dalğaların əsiri olmuşam. Bilmirəm, küləklə hansı istiqamətə üz tutmuşam.
Xəyalpərəstlikmi? Dəlilikmi? Qəribəlikmi? Yoxsa, acizlikmi? Nə deyim bunun adına? Məni bürüyən bu hissə, bu istəyə? NƏ DEYİM?
Yazmaq istərdim həqiqətlərdən. Yox, sus, olmaz! Gərək heç kəs bilməsin.
Yazmaq istərdim yalanlardan. Yox, sus, olmaz! Yalanlarınla insanları yorma.

Bilmirəm. Bilmirəm, nə edim, nə deyim? Yaşamaq üçün bəhanə axtarmağa ehtiyac yoxdu, ölmək üçün də. Həyat öz axışıyla dəvam edir. Hər şeyin öz sırası var...
Səbirsizlik. Bilinməzlik. Yorğunluq. Boğazımdan tutub məni boğur. Həyatın qəddarlığıyla dolub-daşan sətirlərin sətiraltılarında qalıb sıxılmaq arzusu yox içimdə. Nə də bilinməzliklə sizi boğmaq istəmirəm. Bezmişəm, amma yazmaq istəyirəm. Bilinməzliklərlə dolu bu insandan. Heç kəsin anlamadığı birindən...
Qaranlıqmı yordu məni? Səssizlikmi? Yoxsa sənsizlikmi? Bəlkədə üçüdə birlikdə. Axır ki, nə isə bir şey mənə qarşıdı. Sətirlərimə qarşı. Sözlərimə qarşı. Düşməndi mənə. Amma elə bilirlər ki, ilk düşmənim onlardı. Xəbərləri yoxdu ki, mənim ilk düşmənim özüməm. Səbəbinidə bilmədən.

Kaş intaharın nə qədər böyük bir günah olduğunu bilməsəydim... Bəlkə onda hər şey daha fərqli olardı. Daha qısa.Daha mənalı. Belə bilinməzliklə yox...

Muzafferus
07.03.2012


Nar dənələriWhere stories live. Discover now