Məsafələr...

35 6 0
                                    

Həmayə: Desəm öldürərlər, deməsəm ölərəm... Bəlkə də "həyatına xışına burax" dediyimiz sadəcə istəyib amma edə bilmədiklərimizə qarşılıq özümüzə verdiyimiz təsəllidir. Ya da sevdiklərimizi təhlükədən qorumaq hissi. Yox olmaq istəyimiz isə var olduğumuzu hiss etmək və etdirmək üçün... Bəlkə də dəyərimizi anlamaq və anlatmaq üçün. Amma nə fərqi var yox olduqdan sonra?.

Muzafferus: Sadəcə anlamadılar dəyərimizi... Yada anladamadıq.Bizmi bilməz olduq, dünyamı? Yenədə bilmirəm... Qorumaq, kimi qorumaq? Axı özümüzük onlara zərər verən... Özümüzdən qorumaq lazım ən əvvəl... Sonra həyatdan.

Təsəllilərimizlə, "həyatın axışına burax" deyərək... Amma, özümüzdən sonra.

Həmayə: Bəs biz kimlərdən qorunaq? Ətrafımız mı təmiz? Hər kəs aydınlıqda gizlənmiş bir qaranlıq. Onlar mı biləcək dəyər nədir? O dəyərki, onların özündən qoruyuruq. Heç qorumağn yolunu belə bilmədən...

Muzafferus: Öncə nəfsimizdən, şeytanın şərrindən qorunaq...ALLAHA, YARADANIMIZA sığınaraq...Sonra özümüzdən qorunaq, özümüzdən qaçaraq...Buna bacarmayacağıq...qaça bilməyəcəyik özümüzdən...Digərlərini buraxıb gedə bilərik uzaqlara..bəs özümüz?...Bizə ən çox zərər verən, ən çox qorunmağımız lazım olan özümüzü isə bir kənara atıb gedə bilmirik...əgər bunu bacrsaydıq...o zaman dəyər anlayanların yanına gedərdik... Dəyər nədir?...Özümüz bilirikmi ki? qarşımızdakılara lazımi deyeri veririk mi ki?...

Həmayə: Hər kəsdən qaça bilərik... Bəlkə özümüzdəndə. Hər şeyi, olanları yox sayaraq, günahlarımıza bəraət qazandıraraq... Qarşısında aciz olduğumuz tək şey yalnızlıqdır ki, bütün həyatımızı səssiz kadr kimi etirazlarımıza baxmayaraq izləməyə məhkumuq... Hətta gözlərimizi yumduqda belə...

Muzafferus: Və bir şeyi unuduruq...Yalnız, tənha, tək olmadığımızı.... YARADAN yaradarkən ÖZ Ruhundan üflədi bədənimizə... Deməli unudduğumuz tək şey: Özümüzlə bərabər ONUNDA bir parçasını daşıdığımızdır... DƏYƏRLƏNDİRMƏDİYİMİZ, QİYMƏT VERMƏDİYİMİZ BİR PARÇA... Unutduğumuz... Ən çox haqsızlıq etdiyimiz bir parça... Nə cavab verəcəyimizi düşünmədən incitdiyimiz, tükətdiyimiz, haqsızlıq etdiyimiz, yox saydığımız, görməməzlikdən gəldiyimiz bir parça....

Həmayə: Və bəlkə də o parçayla tək qalmaqdan qorxduğumuz üçün, əsil üzümüzlə qarşılaşmaqdan çəkindiyimiz üçün... Həyatımızda bundan ibarətdir...

Həmayə Orucova
Muzafferus
24.11.2012


Nar dənələriWhere stories live. Discover now