Murad həyatı heç sevmirdi. Yaşamaq istəmirdi. Bezmişdi bütün həyatdan. Ətrafında o qədər insan var idi ki, özünü daha çox tənha hiss edirdi. Hər gün səhər evdən çıxar, dərsi yola vferdikdən sonra ya boş-boş küçələrdə gəzər, ya da gedib dəniz sahilində üfüqü, uzaqlara saatlarla boş-boş baxardı. Axşam olanda yatamaq üçün evə gedərdi. Səhəri gün birdə. Heç dərs oxumurdu. Dostu yox idi, insanlarla əlaqə qurmağı xoşlamırdı. Evdəkilərlə belə tək-tük halda dialoqa girərdi. Valideyinləridə laqeyid yanaşırdılar Murada, öyrəşmişdilər bu vəziyyətə. Hər kəs halından razı idi. Ətrafında çoxlu insan var idi və Murad buna baxmayaraq tənha.. Bu qədər.
Fariz işləmək üçün 5 il idi ki öz kəndlərindən uzaqda olan bir şəhərə köçmüşdü. Orada yaşayırdı, təkbaşına. Evlənməmişdidə. Sadəcə işi ilə başını qatır, vaxt keçirirdi. Kütləyə daxil olmurdu. Qohumları, tanışları, dostları, ailəsi hamısı 5 il öncə geridə qoyduğu, tərk etdiyi kənddə idi. Təkliyi dadmışdı. Öyrəşmişdi. Həyatından razı idi.
Kamran yaşlı idi. Qocalar evində ona yaxşı baxırdılar. Amma yenəddə üzü gülmürdü. Sevinc, gülüş, xoşbəxtlik və bunun kimi bir çox duyğuları 10 il öncə baş vermiş qəzada itirmişdi. İtirmişdi o qəzayla oğlunu, gəlinini, nəvələrini.. Yoldaşı 20 il idi dünyasını dəyişmişdi. Geridə qalanlarıda itirdikdən sonra atıq kimsəsiz qalmışdı. Hər günü kədərli, hər günü qəmli. Kimsəsiz.. Amma artıq öyrəşmişdi həyatına. Səssizcə ölümü gözləyirdi. Xatirələrlə yaşayırdı, keçmişlə. Onun üçün "bu gün" anlayışı önəmli deyildi. "Gələcək" isə sadəcə boş idi. Çünki o, kimsəsiz idi.
Əslində insanlar həqiqətən belədir. Bəziləri insanların yanında, tənhadır. Bəziləri insanlardan uzaqda, təkdir. Bəziləri insanlardan yoxsun, kimsəsizdir...
Muzafferus
25.04.2013
VOCÊ ESTÁ LENDO
Nar dənələri
ContoMənim qaranlığımda Sənin aydınlığın yox olub! Axtarma özünü, yoxsa burada! Sən uzaqlarda, mən uzaqlarda. İçimdən bir səs mənə səsləndi: "Aydınlıq var onu görə bilmək üçün." Dedim ki: "Qaranlıq var ondan gizlənmək üçün.