Nar dənələri

24 4 0
                                    

Salam. Xoş gəldin mənim dünyama. Biraz əzab, biraz kədər, biraz sözlər, biraz fikirlər... Burda hər şey var. Sevgidən başqa.

Nar dənələri... Qırmızı dənələr. Sıxsan qırmızı maye axar. Yox, bu narın şirəsi deyil, qandır. Əsərlərimdə intihar edənlərin qanı və bir də şəhidlərimin. Qan qanla qarışıb. Onlar qardaş idi...

Buyur keç içəri. Xoş gəldin mənim dünyama.

Bura yaşamaq üçün deyil. Nə də qısamüddətli istirahət üçün. Ən yaxşısı heç girmə bu dünyaya. Sən uzaqda qal. Bura yad qalsın, özgə olsun, uzaq düşsün...

Bura səssizliyin məzarlığıdır... Bura yazılarımın qəbiristanlığıdı. Baş daşım kağızlardır. Torpağım sözlər. Bəzi qəbirlərdə güllər açıb, oxuyucuların xoş sözləri tək. Bəziləriysə tikanlı sarmaşıqlara bürünüb, yazılarımı bəyənməyənlərin acı sözləri kimi.

Bir tapmaca vardır açması nar olan, bax ona bəncər mənim yazarlıq həvəsim, 3ilim. "Aldım bir dənə, açdım min dənə"...

Mən təkəm, daxlimə baxsan ucsuz-bucaqsız düşüncələr ünyası...

Nar dənələrim mənim. Onlar mənimdir.

Muzafferus
30.09.2013



Nar dənələriWhere stories live. Discover now