Salam. Xoş gördük səni, bədbəxt insan. Necəsən? Bu yazının əvvəlcə adını oxumusandır. Və yazını oxuyursansa deməli sən də axtarırsan xoşbəxtliyi, xoşbəxtliyin yerini. Kiçik bir sirri sənlə bölüşəcəm indi. Hazir ol, diqqətlə oxu... - Xoşbəxtliyi istəyirsən, o zaman hər şeyi unut. Ruhən uzaqlaş bu dünyadan. Çünki bu dünyada xoşbəxtlik yoxdu. Xoşbəxtlik bədən üçün deyil, ruh üçündür. Bu kainat üçün deyildir xoşbəxtlik, yoxdur buralarda. Ruhən uzaqlaş başqa kainata və dad xoşbəxtliyi.
Hər bir insan bir aləmdir demişlər. Əslində cismimiz bir aləmdir, ruhumuz başqa bir aləm. Bax əvvəl bunu öyrənməlisən. Cismimizin hakim oldugu bu dünyada xoşbəxtlik deyilən bir şey yoxdur... Əslində etiraf etmək gərəkirsə kicik bir hissə vardır, kölgəsi vardır. Niyəmi? Cismə bərk bərk yapışmış insan bu kölgəni görsün və onun əslini axtarsın diyə, əllərini buraxsın bu cismdən, qucaqlasın ruhu, dalsın mənəvi aləmə, ruhunun dünyasına, əsil xoşbəxtlik məkanına. Bax xoşbəxtliyin yeri oradır.
İşıq – günəş, yaradır bir varlığın kölgəsini. Əgər bu qədər cisimsiz, məcaz olan bir şeyin - xoşbəxtliyin, kölgəsini belə yansıdacaq bir nur varsa, ona tərəf qaçmaq, qanadlanıb uçmaq gərək...
***
Qatar, o ironik səs və hərəkət, öz yerində səssizcə əyləşmiş sərnişin, pəncərəyə düşən yağış damlalari, batan günəş şüaları, yan küpələrdən gələn səs-küy, ortada qaçışan kiçik uşaqlar... Bir qədər sonra sərnişin artıq bu səs-küyü dinləmirdi, səssizliyi dinləyirdi. Dalmışdı məna aləminə, getmişdi uzaqlara, cismindən uzaqlaşmışdı. Artıq ruhun mənəviyyatında, başqa aləmdə idi. Uzaqlarda. Xoşbəxtliyin ağuşuna doğru...
Muzafferus
15.10.2013
YOU ARE READING
Nar dənələri
Short StoryMənim qaranlığımda Sənin aydınlığın yox olub! Axtarma özünü, yoxsa burada! Sən uzaqlarda, mən uzaqlarda. İçimdən bir səs mənə səsləndi: "Aydınlıq var onu görə bilmək üçün." Dedim ki: "Qaranlıq var ondan gizlənmək üçün.