Gəl birlikdə uçaq

20 2 0
                                    

Gəl birlikdə uçaq. Eşqin dadina bir baxaq, eşq uçmaq kimi bir şeydir...

"Uçmaq nədir bəs" deyə soruşacaqsan...

Gəl birlikdə uçaq, uçmagın bir dadına bax, anlayacaqsan.

Yum gözlərini. Unut bütün hər şeyi. Unut zehnini boşalt. Bütün bildiklərini boşalt. Səni bir yerə aparacam. Sadəcə oranı bil, gör, hiss et... Eşidirsən çay axır, şırıltı səsi, suyun səsi...

Ayaqlarim üşüyür, hiss edirəm. Deyəsən çayın içinə girmişik, dizimizə qədər su olub ayaqlarimiz.

Aç gözlərini və mənzərəni seyr elə. Çayın ortasındayıq, sən və mən. Amma bu hələ bir çay deyil, dağ çayıdır. Şəlalə var burda. Və $əlalə tam 20 metr qabağımızdadır...

Şəlalənin aşağısı sanki böyük bir göldü, nə daş var, nə qaya, dərinlik. Bura yaxin bir kənd var, kəndin cavan oğlanları və bəzi ürəkli qızları gəlib burda aşağı tullanar, aşağıdakı gölməçəyə. Super bir adrenalindir bu. Şəlalə çox böyükdü. Yuxarı çıxmaq 2 saat vaxt alır deyə bir gün ərzində 2 dəfə aşağı tullanan böyük qəhrəmanlıq etmiş sayılır kənd uşaqları arasında...

Kənardan baxsan, bu hadisəyə şəlalədən aşağı tullanmaq kimi anlaya bilərsən. Əslində isə bu tamam fərqlidir. Burdan tullanmirlar, burdan o terefe uçurlar...

Necəmi? Tut əlimdən getdik...

Çayın üzərində qaça-qaça irəliyə gedirik və $əlalədən aşağı tullanırıq, yox-yox...

Uçuruq... Sanki buludları yararaq... Sanki aşagi yox, yuxarı, səmaya tərəf uçuruq... Bütün bədənini bir quş kimi yüngül hiss edirsən... İçində böyük bir coşqu, sevinc, xəyalının reallaşması xoşbəxtliyi var. Və əlbəttəki biraz qorxu. Aşağıda başına nə gələcək qorxusu. İndiyə qədər burdan tullananlarin, yox ey, uçanların heç birinə heç bir xəsarət dəyməyib, hamı sapsağlamdır. Amma yenədə qorxarsan.. Uçmaq.. Gözünün qarşısındakı bu mənzərənin yarımçıq kəsilməsindən qorxarsan, yarı yolda yüksək təzyiqdən və ya başqa səbəblərdən macəranın yarımçıq qalmağından qorxarsan. Amma nə qədər qorxsanda içində böyük bir sevinc var, qəlbində bir istilik yaranır, sanki Antarktidanin buzlarını əridəcəkmiş kimi... İçində böyük bir xoşbəxtlik var, arzunu, xəyallarini reallaşdırmış biri kimi... Azadlıq var, səmada süzürsən bir quş kimi...

Sözü çox uzatmiyacam. Hər kəsə sevindiyi insanla əl-ələ o şəlalədən tullanmaq qismət olsun. Tullanmaq yox, uçmaq. Uçmaqda eşqdir. Uçun, yəni, sevin!

Muzafferus
20.10.2013



Nar dənələriDonde viven las historias. Descúbrelo ahora