Tık-tık

25 2 0
                                    

Oyun. Oyun düşün. Zaman oyunu. Bizsə oyuncaqlar. Zaman oyununun qurbanları. Zaman bizə oyun oynayır. Necə?..

Zaman özü öz varlığını üç yerə bölüb. Göz yaşı ilə doldurduğu keçmiş. Bir əl olub oyuncaqları sürüyüb aparan bu an. Birdə naməlumlarla dolu gələcək. Bütün bunlar həyat adlanır.

Yox. Əslində keçmiş xoş xatirələrlə dolub daşır. Bu günümüz deyə adlandırdığımızı dəvam edici indiki zaman isə öz təbəssümüylə bizə gülüş qatır. Birdə gözəl xəyallarla və ümidlərlə dolu gələcək.

İkili oyun oynayır. Kiçik bir uşağa şokolad verib sora üstünü batırdığı üçün döymək qədər mənasız bir peşəyə sahib. Amma bəlkə də tam əksidi?. İyli soğanı alıb; gözəl qoxulu alma verir.

Hə bir də mürəkkəblik var. Və bu ən gözəli və həmçinin ən dəhşətlisidi. Oyun. Oyuncaq. Bax burda gözəl bir taktika var.

Oyuncağını özü seçir zaman, amma özü oynamır, bu gözəl əməli başqa birinə tapşırır, hansı ki o da növbədəki oyuncaqdı.

Qulağıma gəlir qəribə səs. Bu saat əqrəbinin qorxu və sevinci bir arada gətirdiyi səsdir? Bəlkə bu qəlbimim ümidi və kədəri bir anda yaşamasının isbat səsi?

Göz yaşı var, yanağından sürüşüb düşəcək torpağa, bir-bir. Ya da düşür damarı kəsilmiş bir dəlinin ovucunu sonuncu dəfə öpən qan damlası. Necə də gözəl görünür göz yaşı ilə qan torpaq üzərində. Torpağın altında nə var bəs?.

Yağış. Yağ. Yağ ki bütün keçmişim, oyuncaq olmuş ruhum sənə qarışıb torpağın altında gizlənsin. Onlara uzun illər həsrət qalım. Yağ ki təmizlənsin bu günüm, sabaha pak çıxım. Təbəssüm yarana bilsin aciz üzümdə. Yağ ki bu oyuna sən də qurban olasan. Bir dövrün kiçik parçası olasan. Yağ ki sən də torpağa qovuşasan. Və bir gün mən də qovuşacam. Bəlkə oyun məğlublarının gedişi buna görə kədərlidir? Günahlarına qovuşacağını bilirik deyə.

Hey, günəş çıxır. Yeni bir sabah açılır. Pəncərəmə döyəcləyən yağış məni səsləyir. Oyanmaq vaxtıdır. Keçmişdən qurtulmaq, gələcəyi unutmaq. Sosuzluq qədər uzun anın içinə sığışmaq lazımdır. Kədəri və sevinci unutmaq. Saymaq lazındır. Sonsuz natural ədədlər sıraya düzülüb. Bir bir, ağır addımlarla. Eyni səs gəlir qulağıma...

Muzafferus
30.01.2015



Nar dənələriTempat cerita menjadi hidup. Temukan sekarang