Dumansızam

56 4 3
                                    

Mən xoşbəxtliyi dumanda bildim.

Əslində hər şey gözlərlə başladı. O gözlər ki gördü. Bax elə o zaman başladı. Sadəcə gördüyü zaman. Başqalarının əzablarını, kədərini, göz yaşlarını, qorxusunu, nifrətini, yalanını gördüyü zaman. O zaman hiss etdim bir yerlərdə qırıldı bir şeylər. Özüdə necə. Elə qırıldı ki, qırıntılar əlimi kəsir. Tək əlimi yox. Bütün bədənim kəsik-kəsik. Görə bilmirəm amma izləri. Görə bilmirəm hardadı kəsik, hansı kəsikdən qan axır? Görə bilmirəm diyə qarşısını da alammıram.

Elə bir qırıldı ki... Bütün həyat mənasızlaşdı. Bütün həyat dəyişdi. Bir anlıq bütün varlığınla qəbul edərsən. Onu. Heç kimi, heç nəyi, heç bir şeyi düşünmərsən. Təslim olarsan. Məğlub olduğunu qəbul edərsən. Amma yarış bitməz. Hələ bu harasıdı. Hər şey indi başlayır. Kiçik bir qar dənəciyi böyük bir çığa çevrilib və elə tən ortasında sənsən. Əzilirsən. Ağırlıq. O qədər böyük ağırlıq ki. Gücün çatmır. Amma yox, bu yolda ölüm yoxdu. Ölüm ən gözəl hədiyyə olmalı idi yəqin ki, paxılcasına gizlədildi. Görən hədiyyəmizdən nə çıxacaq? Bəzi xəyallarının mümkünsüzkən reallaşdığını, bəzilərinsə çox, amma həqiqətən çox sadə, adi şeylərə görə reallaşmaması. Bax bu. Belə.

Əllərim. Titrəyir. Soyuqdandı yoxsa həyəcandan? Bəlkə qorxudan. Sözlər. Sözlər.. O qədər tez dəyərini itirdi ki. Əslində hər şey çox gözəl başlamışdı. Öyrədəcəm dedi, kiçik bir uşaq, bütün bildiklərimi, bölüşəcəm dedi. Başladı. Yazdı. Bütün varlığını sözlərə keçirib beynini qurban verdi. Sonra? Sonra keçirik ikinci misraya. Anladı ki bir qəpiklik önəmi yoxdu yazdıqlarının. Korlar dünyasındadı. Hər kəsin gözü var. Və hər kəs görür. Və hər kəsin gözü öz həyat xəttinin sındığı nöqtəsini görüb. Artıq heç bir gözün ehtiyacı yox sözlərə.

Bax elə o zaman o uşaq dəyişdirdi xəttini. Bəlkə dedi, bəlkə. Bir ovuc istilik axtaracasına, bəlkə dedi. Bəlkə, hisslər hər şeyi dəyişdirər? O zaman hisslərə inandı. Və artıq sözlərində məna yox idi, sadəcə hisslər var idi. Hisslər. Elə hisslər ki, ilk öncə özü bürünürdü bu əzaba. Sonra sözlərə keçirib kağıza həkk edirdi. Baxdı. Baxdı və gördü. Gördü ki insanlar, yenə elə eyni səbəbdən. Hisslərdən də yoxsundular. Hiss etmirlər. Həm kor həm hissizdilər. Yaxşı dedi. Və ən bərbat yolu seçdi. Ən sonuncu yolu.

Atıb bütün sözləri seçdi deyilməyənləri. Deyilənlə nə fayda vardiki? Heç bilirsən mi ki insanlar nədən yazır? Əslində özlərindən. İnanki özlərindən. İlk yaratdığı bütün obrazlar özü olar. Öz xəyallarını reallaşdırar. Öz reallıqlarını yaradarlar. Sonra anladıqda ki heç kimin vecinə deyilsən. O zaman dəyiş xət. Vəcə olan üç beş obraz yaradıb salırsan ortaya. Hekayələr uydurursan, ya da şeirlər. Amma yenə də yenədə o zibil xasiyyətindən əl çəkmirsən. Ortalığa öz hisslərini səpirsən, ya da xatirlələrini. Bir obrazın avtobusun sonuncu oturacağında oturub başını şüşəyə yapışdırar, sənin kimi. Heç kim bilməz. Başqa bir obrazın dəli kimi bir şəhər arzulayar, amma o şəhərin qarını görmək ona nəsib olmaz. Necə ki sənin bir qış günü uzaq düşdüyün o şəhərdən. Bir obrazın qərar verər. Gedər sevdiyinin gözünün içinə baxar. Tam sevdiyini demək istəyərkən, qız "dostluq"-larının yaxşı getmədiyini və əlaqələrini kəsmək istədiyini deyər. Ora, ortaya bir hiss tulluyarsan, heç mövzuyla əlaqəsi olmaz, amma bir xəstəlikdə, o yaxını gördükcə hiss etdiyin boşluğu ifadə edərsən. Və ya başqa bir obrazını öldürərsən, acı çəkdirərsən, və ya xoşbəxt edib bir iki xəyalını ona verərsən. Üç şəhərdən danışarsan, hər şəhərdə bir səfil. Əslində səfilliyindən gedə bilmdəiyin şəhərlər olar onlar. Və ya başqa gür. Sən özünü gizlədərsən ora. Tam açıq olanda gördülər də belə gizlini görəcəklər?

Bəs kim görəcək deyilməyənləri. Elə bir musiqiyə qulaq asarsan, deyərki "Geri dönəcəm", deyər ki "Mən qayıdacam", deyər ki "yenidən gələcəm. O sözləriylə ümidsiz soxuşdurar sənə. Ya da guya bir sevinc verərə. Amma bir bax deyə bilmədiklərinə. Bax gör havaq getdi? Bəlkədə çoxdan gedib. Sənin gördüyün boşluğun qara rəngi..

Soyuq daha da ürküdücü gəlir. Dumanın içində nə var görən? Yazmağın da mənas yoxdu artıq. Qaçmaq lazımdı. Ya da xatırlamaq lazımdı, keçmişi. Artıq qaçmış olduğunu. Hara qaçırsan qaç özndən qaça bilməyəcəksən. Amma o kiçik uşaq qaçdı. Özündən qaçdı. Özüdə elə bir qaçdı ki, itib qaldı, Azdı bir küçədə, bir küncdə. Gəlib tapa bilmədi özünü yenidən. Tapmaq istəmirdi bəlkə də? Bəlkə elə bütün uydurma obrazlar özündən qaçmaq üçün imiş? Və beş il sonra yuxudam oyandıqda, anladı ki, elə ilk günkü yerdədi.

Tüsdüm dumana qarışanda çatacam ona.

Muzafferus
12.11.2015



Nar dənələriМесто, где живут истории. Откройте их для себя