Qarnı böyüklər

46 10 1
                                    

-Dünən yenə gəlmişdi qarnı böyük fikri kiçiklər. Bir az danışdılar, dedilər, güldülər. Sanki mənim xəbərim yoxdu heçnədən... Yalandan təsəlli verdilər mən də, başımı yellədim.

Qardan zəhləm gedir. Çünki nə qədər ələşirəmsə onun rəngini tapa bilmirəm. Ağ bəlkə bir az boz. Uşaqlığdan yadımda qalanlar bunlardı. Səmanı sevmirəm çünki sənə mavi ola bilər amma mənə qaradı. Mən səsləri sevirəm. Yağışın səsi, küləyin səsi, qarda yeriyəndə çıxan o xışıltı... Qarnı böyük fikri kiçiklər mənə kor deyir sanki onlar görə-görə məndən fərqlənir. Yağış nə qədər bərk yağsa onu o qədər çox sevirəm. Külək nə qədər bərk əssə ona o qədər yaxın oluram. Mən səslərlə yaşayıram. Qarnı böyük fikri kiçiklərdən qorxun hər zaman. Onlar həm kar həm kor həm lal olurlar.


People in my headWhere stories live. Discover now