#1

200 24 20
                                    

Səhərin mehi hər tərəfə yayılmışdı.Hava çox soyuq idi.Bu qış fəslinin olmasından irəli gəlirdi.Sanki hər kəs harasa tələsirdi.İnsanların təşvişindən hiss olunurdu ki həftənin 1ci günüdür.Küçədə 50-55 yaşlarında bir kişi göründü.Üzündə kobud və soyuqqanlı ifadə var idi.Oda hər kəs kimi iti addımlarla evinin yaxınlığındakı öz dükanına tələsirdi.Üzündəki bu kobud ifadə hər zaman mağazasının qarşısında soyuq betonda yatan evi olmayan paltarları cırıq ayaqqabıları yay ayaqqabıları olan həmin yoxsul adamı görməydən irəli gəlirdi.Artıq 1həftə idi ki bu evsiz adam onun mağazasının qarşısında qısılıb yatırdı.Mağaza sahibi hər zaman əsəbləşib hər gün həmin evi olmayan insanın üstünə soyuq su tökməklə oyandırırdı.
Hər dəfə evsiz adamın üstünə su töküb oyandıranda qonşu mağazalardakı satıcılar bu daş ürəkli adama əsəbi ifadə ilə baxırdı.Çünki bu evsiz adam sadecə yatmağa yer axtarırdı və mağaza sahibinədə bunun ziyanı olmurdu.Hər dəfə bu yoxsul adamı soyuq su ilə oyandıranda mağaza sahibinə səmimi ifadə ilə gülüb xahiş edirdiki burda yatmağa imkan versin.Lakin mağaza sahibi əsəbi şəkildə qışqırıb qovurdu.
Ama bir gün hər şey dəyişdi... Mağaza sahibi gələndə evsiz adamı həmin yerdə görmədi.Ətrafda polis maşını və polislər var idi. 3-4 polisdə mağazasının qarşısında dayanmışdı.Qəribə baxışlarla polislərə baxıb onlara yaxınlaşdı dedi:
-Salam.Nəsə baş verib burda??
-Salam bəli axşam burda bıçaqlanma hadisəsi baş verib, elə bizdə hadisəni dəqiqləşdirmək üçün mağazanın sahibini gözləyirdik.Sizsiz sahibi mağazanın?
-Bəli mənəm... Heç axşam mən burda olmamışam xəbərim yoxdur olanlardan.
-Sizin mağazanızda gizli kamera var?Yəqinki hadisə necə baş verib kameraya düşüb.
-Bəli...Bəli kamera var gəlin içəridədi komputer.Komputerin yaddaşına yazılır kameranın çəkdikləri.
Polis və mağaza sahibi içəri keçdilər.Komputeri açıb dünənki tarixin axşam saatlarına qoydu.Videoda həmin evsiz adam göründü həmişəki kimi mağazanın qarşısında yatmışdı.Lakin 1saatdan sonra 3 maskalı şəxslər yaxınlaşıb əlindəki soyuq silahlarla mağazanın şüşələrini sındırmaq istəyəndə həmin evsiz insan yuxudan oyandı maskalı şəxsləri mağazadan uzaq tutmağa çalışdı 3-4 dəfə maskalı şəxslər mağaza qarşısında yatan adamı yıxıtmaq cəhdi baş tutmadı.Maskalı şəxslərdən biri cibindən bıçaq çıxarıb 7dəfə həmin adamı bıçaqladı.Qaçaraq burdan uzaqlaşdı maskalı şəxslər.Növbəti gün səhər qonşu mağaza sahibləri yerdə cəsədi görüb polislərə xəbər verirlər.
Mağaza sahibi olanları görüb göz yaşlarını saxlaya bilmədi.O özünü günahkar hesab edirdi.Sonradan başa düşdü ki hər zaman mağazasının qarşısında yatan yoxsul, kimsəsiz adam onun mağazasını qoruyurdu...

Sonrakı Peşmançılıq  #watty_aze2016Where stories live. Discover now