Dörd divara sığınmaq
Hər şeyi başa düşüb, yenə də qəbullana bilməmək
Bu boz şəhərə nifrət edib,
Həm də sevmək
Gözlərdə qorxu var,
Qazanıb sonra itirmək
Xalqım yaxşı olan hər şeyi pisləşdirməkdə bir nömrədir,
Yaxşıları yola salmaq,
Pislərə dəyər vermək
İlahi söhbətlərlə dolu gecə,
Tanrım, niyə uduzan biz oluruq hər dəfə?
Şeirlərim ölür bu boz diyarda,
Fikirlərimi yandırırlar,
Hislərimi lağa qoyurlar,
Arzularımı tapdalayırlar, Tanrım, bu Bakı niyə bu qədər qəddardı?...
Qəlbim güclə yaşayır,
Hər aldığım nəfəs məni düşünməyə vadar edir,
"Mən bu dünyaya niyə gəldim?"...(c) RAMİN SƏKKİZ / 2016. #Gecədoluşeir.
ESTÁS LEYENDO
Gecələrin səsi.
Poesía"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi. (c) Ramin Səkkiz. 2016. Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.