Şad Xəbər

8 2 0
                                    

Sərin yaz havası. Neçə gündür ki, həyətimizi ziyarət etməyən bayquş yenidən yaşlı palıd ağacının budağında özünə yer düzəltdi. Adətimizə görə, bayquşun ziyarəti xeyirə əlamət deyil. Bu məqsədlə əyilib yerdən kiçik daş parçası götürüb onu həyətdən qovmaq üçün ağaca atmaq istəyəndə, birdən nənəm eyvandan qışqırtı ilə məni harayladı. Cəld tərpənərək evə qaçıb nənəmin yanına qalxdım.
-Nə olub, nənə, niyə ağlayırsan?
-A bala, evimiz yıxıldı. Baban meşədə ayağı ilişib dərin çalaya  düşüb. İndi qonşu zəng edib dedi ki, xəstəxanadadı.
-Yaxşı, sən narahat olma, mən indi tez ora gedirem.
Cəld qaçaraq evdən çıxıb bərk sürətlə xəstəxanaya getdim. Onun yatdığı palatanı tibb bacısının köməkliyi ilə tapıb içəri girərək babamı gördüm.
-Baba necesen, yaxşısan?
-Nece olacam, bir dənə olsun nə kəklik vura bildim nə də ki, ələ gəlimli bir şey. Axx..., necə qaçırdım o kəkliyi?!
Babamın vəziyyətini bildikdən sonra, nənəmə qorxulu bir şey olmadığını xəbər vermək üçün oradan ayrıldım. Həyətimizə çatıb qapını bağlamaq istədikdə arxadan səs gəldi. Bu həmin bayquşun səsidir. Yarımçıq qalan işimi tamamlamaq üçün yenidən bir daş tapıb bayquşu həyətdən qovmaq istədim. Yolda qaçaraq xəstəxanaya getdiyimdə elə hey düşünürdüm ki, babamın başına gələn ani hadisə, bayquşa görə oldu. Ancaq indi, bir anlıq, əlimi havada saxlayıb fikrə getdim. Şər işə əlamət olduğu bilinən bayquş haqqında düşüncələrim tamam dəyişdi. Bəlkə də xeyirə əlamətdir. Çünki, babam da olsa, əyləncə məqsədiylə heyvanın canını almaq işi baş tutmadı. əlimdəki daşı yerə atıb nənəmin yanına getdim. Hər şərdə bir xeyir varmış...

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Feb 04, 2016 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Şad XəbərHikayelerin yaşadığı yer. Şimdi keşfedin