Birinci hissə

58 8 2
                                    

-Vaqonları yoxladınız? - konduktor uca səslə qışqırdı.
- Hə, ser.
- Onda hərəkətə keçsinlər.
Yeddi saatlıq yolumuz başlasın.Mən və Lera Montdidierdən Marselə getmək qərarını çoxdan almışdıq, ancaq onun nişanlısı Fabrizionun o qorxunc qəzanı keçirməsi bu səfəri gecikdirdi.
Aralıq dənizi sahilində yerləşən Marsel mənə hələ balacalıqdan maraqlı gəlirdi.Bizim səfərimizin mənim marağımla əlaqəsi belə yoxdur.Leranın bəzi sənədləri orada qalıb, mən də bundan yararlanmaq üçün ən yaxın dostuma yoldaşlıq edirəm.
Bu ekspresin mənim diqqətimi çəkdiyi yer onun hər stansiyada vaqonlarının ayrılması idi.Londondaki metroda konduktorun bu qədər qısa yoxlamağı indi mənə aydın idi.
Leranın dediyinə görə bizimlə birlikdə on nəfər Marsel vaqonunda gedir
Mən kupeyə göz gəzdirirdim.Kupe çox da geniş deyil idi,lakin çox işıqlı və təmiz idi.
Lera masaya bir neçə sənəd töküb baş sındırırdı, mən isə gözəl Montdidierə baxırdım.Birazdan Parisdən keçəcəyik deyə yuxulamamaq üçün Lera ilə söhbət etdik.
- Bu nədir?
- Bir məhkəmə.Torpaq, mülk üstündə bir-birini qıran Tibl qardaşalrının məhkəməsi.Nənələri Heyzl Tibldən onlara miras qalan Krampl malikanəsini bölə bilməyən qardaşların məhkəməsi.Böyük qardaş Tom Tibl evin yetmiş beş faizini istəyir, yəni pul olaraq.Hardasa altı yüz yetmiş üç milyon funt sterlinq edir.O biri qardaş-Tim Tibl bununla razılaşmır.Ona da iki yüz iyirmi beş milyon funt sterlinq düşür.
- Nə? İki yüz iyirmi beş milyon funt sterlinq və razılaşmaq istəmir?
- Hə, əziz dostum.Hələ bu nədir ki, Tom Tiblın vəkili, səncə, kimdir? Erik Ceferson.
- Nə? !
Erik Ceferson? Lera, məncə,ümid bəsləmə.Ancaq nə etmək olar?
- Hə, o.Mən də ona baş sındırıram.
Lera öz-özünə danışarkən mən gözəl Eyfelə ağzımın suyunu axıdırdım.Necə də gözəldir!
Konduktor hər vaqon ayrılanda gəlib kupeləri yoxlayırdı. Altıya on dəqiqə qalırdı.Bizim üç stansiyamız qalmışdı.
Avallona çatanda sürücü dəyişildi.Nəhayət, Avinihona çatdıq.Hardasa yarım saat qədər yolumuz qalmışdı.Ancaq yolun yarısında bir hadisə baş vedi.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Mar 14, 2019 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Marsel ekspresiHikayelerin yaşadığı yer. Şimdi keşfedin