Ön Söz

182 35 21
                                    

Aydınlığa çıxmaq üçün hər zaman bir işıq axtararıq.Qaranlıq, bizi boğar, üstümüzə gələr. Qaranlıqdan qaçmağa çalışaraq bir şeylər əldə etmək istərik. Uşaqlıqdan böyüyənə qədər bizlərə qaranlıqdan, pis əməllərdən uzaq durmağımızı deyiblər. Qaranlığa bulaşmamış aydınlığı istəyirik. Bu cəhd etməmiş bir şeyə nail olmaq kimidir.
Çoxu insan qara rəngli görünənlərdən qorxar. Onlara qaranlıq nəyinsə bədbəxtçiliyindən xəbər verər. Cəld uzaqlaşarlar. Kimiləri qaraya ümüdsüz proses kimi baxırlar. Kimiləri üçünsə qara onlara çıxış yoludur. Hər zamanki, kimi fərqli insanlar və fərqli düşüncələr.
Dünya da qara və ağa mənsub insan anlayışı vardır. Kimisi qaraya kimisi isə ağa. Əslində bu insanların xarakterindən asılıdır. Qaranlıq tərəfi ağır gələn qaranı, aydınlıq tərəfi ağır gələn isə aydınlığı seçər. Hərçənd bu beləliklə düzgünlük qazanmır. Hər insan pis xarakter daşıyır bu onun pis olduğu mənasını daşımaz. Çoxu insan içlərində həm qaranı həm ağı bəsləyirlər. Qara mənsubları ağdan azacıq qırıntılar daşıyır.
Bəziləri isə kiməsə görə qaranı seçərək dəyərsizləşdirir. Kiməsə görə qaranlığa bürünürlər.
Lakin elə kütlə də var ki, onlar doğulandan qaraya mənsubdurlar...
Ən azından kimlərsə qaranı seçərək aydınlığı da yaşayırlar.

Mavi AzadlıqHikayelerin yaşadığı yer. Şimdi keşfedin