Thomas öldükdən sonra cənazəsi üçün Berlinə yollandıq. Yolboyu Ella və İsaac ağladı. Mən Thoması tanımadığım üçün ağlaya bilmirdim. Ama bir insanın ölümünə hər zaman pis olmuşam. Ona görə vəziyyəti pozmamaq üçün məndə başım aşağı hüzünlüydüm. O qədər artistliyin də yeri yox idi. (Yəni sinənə döyə-döyə ağlmaq).
Biz artıq Berlinə çatmışdıq. Hamımız yerə endik və cənazəyə doğru yeriməyə başladıq. Çox uzun vaxt keçmədiki ağbəniz, hündür boylu, ağlibaslı bir kişi yolumuzu kəsdi. Bu vaxt biz cənazə yerindən təxminən 50 metr aralıdaydıq. Cənazə yeri(məzarlıq) elədə böyük yer deyildi. Sahəsi təxminən 370 kvadrat kilometr ya olar, ya olmaz. Məzarlığın səliqəliyi elə girişindən görünürdü. Gözəl palıd ağacından sıralanmış səkilər, parisdəki asfaltın qurulmasında istifadə edilən daşlarla qurulan yol və s. Kimi gözəllikləri özündə birləşdirirdi. Lakin məkanın zahiri gözəl olduğu kimi, daxili gözəl deyil. Ölülərdən ibarət bir məkana heç kim gözəl deməzdi. Məndə elə.
"Bura girmək qadağandır." Dedi ağbənizli kişi.
"Niyəki Antony? Bəs bu qədər insan necə yığışıb bura?" Dedi İsaac. Demək İsaac bu kişini tanıyırmış. Həqiqətəndə İsaac düz deyirdi. Bəs bu qədər insan necə yığışmışdı bura? Kişinin cavabını maraqla gözləyirdim.
"Sadə insanlar yığışa bilər. Ama ruhanilər - Yəni Əbyədin düşmənləri bura girə bilməz." Dedi Antony.
"Yenə Əbyəd. Bu məxluqdan qurtula bilməyəcəyik biz?" Dedi ağlaya-ağlaya bağıran Ella.
"Sakit ol Ella. Əbyəd buranı tutub. Yanındakı bütün cinlər buradadı. Yəni bütün Məclis alanı belə gəlsə bunları dayandıra bilmərik." Dedi Antony.
"Bəs Əbyəd bura gələcəyimizi haradan bilirdi" dedim Antony'ə.
"Birincisi, cinlər nəyin, kimin harada olduğunu yaxşı bilirlər. İkincisidəki Əbyədin burda olması Thomasın ailəsi üçün yaxşıdı Nadir" dedi Antony. Buda adımı bilirdi. Artıq öyrəşməliydim bu hala. Hər kəs mənim adımı soruşmadan bilirdi. Boş vaxt tapıb İsaacdan bunu öyrənməliydim. Bəs bunun Thomasın ailəsi üçün yaxşı cəhəti nə idiki?
"Thomasın ailəsi niyə?" Dedim təəccüblü şəkildə.
"Ona görəki Əbyəd Thoması yolda zərərsizləşdirib. Sonra "ya sən, ya ailən" deyib. Thomas isə özünü seçib ailəsini sağ qoymaq üçün. Əbyəd Thoması oradaca öldürüb Məclis alanına tullayıb. Və ailəsinə dəyməyəcəyinə söz verib. Ailəsini qorumaq üçün buradadı. Ona görə bizi belə cənazəyə buraxmır." Dedi Antony.
"Bəs ailəsinə zərər verə biləcək qüvvələrdəmi var?" Dedim.
"Bəli. Teykəl(cin). Thomasın ən qəddar düşməni. Onunla mübahisədə ailəsini məhv edəcəyini demişdi. Thomasda ölməmişdən qabaq ailəsini Teykəldən qorumaq üçün Əbyədə tapşırdı. Əbyəd sözünə sadiqdi. Ona görə qoruyur."
Bu nə qarmaqarışıqlıq idi belə."Bəs Teykel buradadır?" Dedim
"Eşitdiyimə görə həpsdən qaçıb. Yəni bəlkədə bura gəlir." Dedi İsaac.
"İnanmıram bura gələ. O Əbyəddən qorxurdu. Bura gəlməyə cəsarət edə bilməz." Dedi Antony.
"O zaman biz gedək" dedim İsaac'a.
"Məncədə gedək. Burda qalmağın yeri yoxdu." Dedi İsaac.
"Bəs Thomas?" Dedi Ella.
"Onu Əbyədi yox edəndən sonra tək qoymayacağıq." Dedim. Mənim bu cəsarətim hər kəsi ruhlandırmışdı. Oradan çıxıb Məclis alanına qayıtdıq. Ella ilə vidalaşıb Evə getdik. Bu yorğunluqdan yemək belə yeməyi unudmuşduq. Çarpaya uzanıb yuxuya daldıq. Mən necə olmuşdusa başımı yastığa qoyan kimi yatmışdım. Ama həmişə çarpaya uzandıqdan 2 saat sonra yuxuya dalırdım. İndi isə yorğunluqdan tez yatmışdım. Birdən baş ucumda nurani bir qadının əyləşdiyini gördüm. Üzündən nur yağan xanım mənə gülümsəyərək baxırdı. Tez diksinib əyağa qalxdım. Axı böyük gələndə həmişə uzandığın yerdən əyağa qalxmalısan. Məndə buna istinad olaraq əyağa qalxdım.
"Xeyrəbanu xanım?". Mən bu xanımın adını hardan bilirdim? Tapdım. Adını beyin impulsu ilə mənə göndərniş olmalıydı. İsaac mənə bundan bəhs etmişdi.
"Bəli oğlum. Mənəm. Başının dərtdə olduğunu görüb gəldim."
"Çox sağolun. Ama başım niyə dərtdədirki?" Bu sualın cavabı mənə çox maraqlı idi. Ona görə diqqətlə dinləyirdim.
"Əbyəd səninlə vuruşmaq istəyir. Və meydana minlərlə ruhani insan yığışacaq. Səni orda məhv edəcək. Və sənin etibarın əyağlar altında tapdalanacaq." Dedi üzülən xanım.
"Bəs mən neynəməliyəm?" Dedim.
"Oyanandan sonra İsaacla yanıma gəl. Başa salacam." Deyib uzaqlaşdı.
Mən oyanıb İsaacın yanına getdim. "İsaac, məni Xeyrəbanu xanımla görüşdür."
"Xeyrəbanu xanım?" Dedi təəccüblə.
"Bəli."
"Niyə?"
"İsaac danışmağın vaxtı deyil. Getməliyik." Dedim
"Yaxşı." Dedi və divana uzanıb, gözümüzü yumub havaya qalxdıq.
DAVAM EDƏCƏK.
Not: Yeni bölüm biraz gec gələcək. Səhhətimlə bağlı problemlər var. Biraz gözləyək