Səssiz

171 19 9
                                    

Yolu bilməklə getmək arasında kəskin fərq var.(The Matrix)




Mehir Rüstəmova.

Adımın mənasını bilmirəm.

Bəli,adımın mənasını bilmirəm.Qeyri adi ad olduğundan normalda hamı mənasını soruşur.Heç araşdırmamışam, çünki, mən adımı belə insanlardan gizlədən birisiyəm.

"Heyy,burdasan" -Leyla.

Eyni kafedə işləyirdik.Həyatımda olan nadir insanlardan birisi idi.
Ümumiyətlə həyatıma nadirən biri girirdi.Düz 3 ildiki yaxınıq,dost deyilik ama həmişə yanımdadır və bacardığım qədər mən də onun yanında olmağa çalışıram.

"Harda olmağımı istəyirsən?"

"Mehir,yeri get gözüm görməsin"

"Yaxşı,yaxşı qalx ayağa gedək,Orxan da acdı"

"Aaa,deməli Orxanı fikirləşirsən?"dedi səsində təəccüb var idi.

Bunu deyəndə bilirdim ki Leyla yenə yozacaq düşüncəmi.Ona elə gəlirdi ki, Orxanın məndən xoşu gəlir.Amma Orxan mənim sadəcə iş yoldaşımdı,yəni bu mənə görə belədir. Leyla ki Leyla...

"Kifayətdir Leyla,uşağın yanında belə sözlər danışma,səhv başa düşər.Biabır etmə məni."

"Vayyy"dedi saxta həyəcanla" uşaq,muşaq.Görürəm yaman şəxsiləşdirmisən Orxanı" Bunu deyəndə göz qırpdı ve şirin şirin gülümsədi.

"Sənə nə desəm boşdur, onsuz da .Mən qalxdım yuxarı"

Kafemiz eleqantlıqdan uzaq bir kafedir. 28 may yaxınlığında şirin, özünə uyğun, çox da cəlbedici olmayan bir yerdir.

Yaşadığım yerə yaxın olduğuna görə işləmək üçün buranı seçmişdim.Kafe-restoran sayılırdı.Elə çox müştərisi olmurdu,ən azından bizə bəs edirdi.Aylıq maaş dəyişirdi.Bəzən 300, bəzən 500 manat civarında olurdu. 3 işçi vardı: mən,Leyla,Orxan bir də Kamal aşbaz olaraq işləyirdi.
Məncə Kamalın yeməklərinə görə bu kafe hələ də yaşayırdı.Mənim,Leyla ve Kamalın 20,Orxanın ise 21 yaşı var .Leyla ile Kamal sevgili idi.Kamal bizdən sonra işə başlamışdı.Məncə həyatda görüb göre biləcəyiniz ən şirin cütlük onlar olardı. Əlbətdəki Leyla kimi bir qıza ancaq Kamal dözə bilərdi...

Kafedə 3 müştəri qalmışdı.Orxan hesabı hazırlayırdı.

"Hansı müştərinin hesabıdı?" Orxanın məni görmədiyi hər halından bəlliydi.Dik atıldı.Baş barmağını damağına qoyub yuxarı qaldırdı,bizim millətdə batil inanclar böyükdən kiçiyə həmişə var idi.

Əslində belə baxanda Orxan yaraşıqlı oğlan idi.Mavi badamı gözləri,xırda burnu,çox yüngül saqqalı,alt dodağına baxanda dolğun üst dodağı,2 nömrə saçları ilə tam olaraq babyface idi.Normal boyu var idi.1.65 boyumla menden azca hündür görünürdü.

"Qorxutdun"dedi "Orda tək oturan qız,inanırsan Mehir,bir oturuşda 4 dilim pizza yedi e. Qadın dediyin incə olar. Əslində biraz yaşı var kimi görünür"səsində həqiqətən az da olsa qınama var idi.

Dediyi qıza baxdım,25-26 yaşlarında olardı.İşdən çıxıb bura gəldiyi hər halından bəlli idi.Çox incə və gözəl idi.Uzun qara saçları,hiss elədiyim qədərilə qəhvəyi xırda gözləri ilə uyğur türklerinə bənzəyirdi.Saçlarının arasında dən dən qızıl rənglər diqqətə çarpırdı.Qara paltosu və qara marka çantası ile özünə baxdığı bilinirdi. İnsanın baxdıqca baxası gəlirdi. Hər zaman gözəl ve özünə baxan insanlara qarşı bir həssasiyətim olub.

İŞIQWhere stories live. Discover now