Əli baba uzaqdan gələn eybəcər sifətli, qara papağının altında gözləri siçovul kimi parlayan poçtalyonu görüb cəld və iri addımlarla ona tərəf getdi. Düz iki həftədən çox idi ki, onun gətirəcəyi məktubun yolunu gözləyirdi. Adəti üzrə poçtalyonun əlindəki bağlamanı alıb poçt üçün ayrılmış otağa apardı. Xəlvətcə məktubların arasından gözlədiyi məktubu götürüb qoynunda gizlətdi.
Sentyabr ayının son günləri idi. Isti və mülayim cənub küləyinin gətirdiyi sərinlik ilk dəfə idi ki, Əli babaya bu qədər xoş təsir bağışlayırdı. Ömrünün bu qoca çağında , həyatının darbadağın məqamında işartısı çoxdan sönmüş ümidlərinin bir məktubla közərməsi möcüzə olmuşdu. Illər idi ki,işğal olunmuş vətən torpağında sayı heç on beş olmayan üzdən iraq insanlarla- düşmənlə yaşamaq məcburiyyətində qalmışdı. Əli babanın əsirlik həyatı rayonun mərkəzində yerləşən balaca bir idarədə çalışanların qul-qaravaşlığını etməkdən, bəzən də döyülmək və söyülməkdən ibarət idi. Bu həyatı yaşamağa o sadəcə məcbur olunmuşdu. Dəfələrlə qaçmağa və intihara cəhd göstərsə də faydası olmamışdı. İstəmədiyi və razılaşmadığı qədərinin dəyişəcəyinə isə çox təsadüfən əlinə keçdiyi məktub sayəsində inanmışdı. Üzərində ev ünvanı və veriləcək sahibi göstərilmədiyindən zibil qabına atılması əmri verilmiş məktubu Əli baba marağından açıb oxumuş və intizarla digər məktubların yolunu gözləmişdi.
Qocalmış, əlləri işləməkdən çat-çat olmuş, beli kirpi kimi bükülmüş, sifəti qırışlar içində itibbatmış Əli baba fürsət tapıb, kiminsə gəlməyəcəyi,viran qalmış evlərdən birinə çəkilib, qoynunda gizlətdiyi məktubu həyəcanla açıb oxudu.səsindəki sevincə səbəb olan bu məktub təsəvvürü belə çətin olan həyatında ümidlərini alovlandıran sayca beşinci məktub idi. Təsadüflərin şansa sığındığı anda əlinə keçmiş ilk aldığı məktub da onu ən azı bu qədər sevindirmişdi. Məktubu yazan azərbaycanlı hər il bu vaxtlarda məktub göndərəcəyinə söz vermiş və sözünü tutmuşdu. O vaxtdan bu vaxta qədər hər dörd mətubu oxuduqdan sonra içindəki ümidsizliyi söküb atmış, cəhənnəmi xatırladan bu günlərdən xilas olacağına inadla inandırmışdı özünü . Lakin bu dəfəki məktubu oxuduqdan sonra sifətinə sanki qara bulud gəldi. Sətirlərin başında axıtdığı göz yaşları məktubun son sətirlərində donaraq buz olub, elə bil, sifətini dəldi. Məktubu yollayan gənc bir daha yazmayacağını bildirirdi. Çox məyus halda bəlkə səhv anlayıb deyə təkrar oxumağa başladı. Yox, düz anlamışdı. Qəmli düşüncələrlə nəzərlərini son sətirlərə təkrar- təkrar dikdi :
"... bu gün gələcəyimlə bağlı xəyal etdiyim daha bir arzum gerçəkləşdi. Ilk kitabım işıq üzü görüb: " Günəş olaram mən də!" . Çox tezlikə növbəti kitablarımı orada qələmə alacağıma inanıram. Məndən nigaran qalma . Kəndimizə, evimizə, çoxlu salama de. (Nənəm dedi ki, toyuqlarımıza dən səpməyi unutmasın) Daha məktubumu gözləmə çünki tezliklə özüm gələcəm. ( Artıq böyüdüyümü, on beş yaşında olduğumu da unutma)
Hörmətlə:Özün Cavidan. 05.09.2011"
Əli baba: " əgər məktubu gəlibsə özü də mütləq gələcək!" düşüncəsi ilə özünü təsəlli edərək məktubu saxladığı digər dörd məktubla bir yerdə şüşə qaba yerləşdirərək gecənin qaranlığında boyük bir çinarın gövdəsindəki oyuqda gizlətdi.
Cavidan yeni kitabının təqdimat mərasiminə bu qədər oxucunun gələcəyini təsəvvür belə etməmişdi. Çünki nə qədər sevildiyini bilsə də yad bir ölkədə imza gününə bu qədər oxucu yığmaq istedad işi idi. Mərasimdən sonra dost- tanışların yorucu və uzun aylardan sonra hansı xarici ölkədə dincələcəyi sualına gənc və bacarıqlı yazıçı cavab olaraq sadəcə gülümsəyirdi. Doğurdan da dincəlməyin və stressli iş həyatından uzaqlaşmağın vaxtı çatdığını o, hər kəsdən yaxşı bilirdi. Həyəcanla saata baxdı. Düz üç saat var idi təyyarənin üçmağına . gecikməmək üçün cəld yaşadığı evə gedib yol çantasını götürməli idi. Surətli addımlarla maşınına minib, evinə doğru yol aldı. Yol boyunca həyəcanla keçmişlə gələcək arasındaki xəyal məsəfəsini aşdı. Otuz beş il bu şəhərdə yaşamaq, uşaqlıq və gəncliyinin ünvanı olan bu şəhərə yovuşmaq onun ürəyində çoxlu "niyələr?" birikdirmişdi. Özəl səbəblərdən ailəsiylə vətəni tərk edib, yad bir ölkədə uyum salmaqda illərlə çətinlik çəksə də Pekin həyatına uyum sala bilmiş, həyatının çəmini buralarda tapmışdı. Bu illər ərzində Azərbaycana dəfələrlə getmək imkanı olsa da Bakıda özünü yarımçıq hiss edirdi. Orada özünü qonaq bilməsinin, boşqabında deyilmiş kimi hiss etməsinin əslində səbəbi var idi. Vətən torpağının onu bəxtiyar etməsinə baxmayaraq öz ata- baba yurduna-- cəbrayıla getmək istəyinin dilək olaraq qalması sanki qanadınl qırırdı. Əgər poçtalyon Yu-lan qarşısına çıxaraq:
-hə, gedirsən demək? Demişdimmi sənə bir gün hər şey istədiyin kimi olacaq?- suallarını yağış kimi yağdırmasaydı, bu düşünəclərlə nə vaxt evə gəlib çatdığını,yol çantasını götürüb döndüyünü xatırlamazdı Cavidan.
Mehriban simalı Yu-lanı bu şəhərə köçdüyü ilk gündən tanıyırdı. Yu-lan Cavidanın təkcə qonşusu deyil, həm də aralarındaki yaş fərqinin böüyk olmasına baxmayaraq içini tökdüyü dostu idi. O da övladı olmadığından Cavidanı çox sevirdi. Bu qız həmişə ona yaradıcı və qeyri-adi gələrdi.
-hə gedirəm. Bir gün xəyalımın gerçəkləşəcəyinə sən inandırmışdın məni. Bax bu da biletim - deyib üzərində Pekin-Bakı-Cəbrayıl yazılmış bileti Cavidan Yu-lana göstərdi.
Ağlamamaq üçün Yu-lanın yumru yanaqlarını ovuclarına alıb sıxaraq öpdü və tələsik sağollaşdı.
Pekin-Bakı-Cəbrayıl hava yolçuluğu Cavidanın otuz beş illik həyatındaki ən böyük zaman yolçuluğu idi. Hətta bir an həyəcandan bu uzun yolun heç bitməyəcəyini zənn etdi. əgər o istəsəydi bu həyəcanına beş il bundan öncə də son qoya bilərdi. Lakin işğaldan sonra el-obasını xəyal etdiyi kimi görməmək düşüncəsi qorxuzmuşdu onu. Nənəsinin söylədiyi bənövşəli bağçalarını, bağlı-bağatlı, Xan çinarlı , buz-bulaqlı Cəbrayılı görməz deyə çox götür-qoy etmiş və bu günü gözləmişdi. əyalət televiziyasının gənc yazarı israrla dəvət etməsi bu həsrətin bitiş nöqtəsi olmuşdu.
Cavidan ayaqlarının vətən torpaqlarına dəydiyi ilk andan qelbini hiss etmədi. Bu o qədər qəribə hiss idi ki... ifadə edilməyəcək qədər məhrəm və batini. Havanı ciyərlərinə çəkib, göyün üzərinə səpələnmiş dan ulduzlarına baxıb : " bu da hər zaman maraq etdiyin həmin səmadır, Cavidan" - deyə göz yaşlarında boğularaq öünə indi - otuz beş il sonra cavab verdi.
Artıq Cəbrayılda keçirdiyi dördüncü gün idi. Özünü bütov və xoşbəxt hiss edirdi. Təkidlər sayəsində vaxtından tez onun haqqında hazırlanmış proqrama qonaq olan Cavidan jutnalistin son suallarını verəcəyini eşidəndə səbəbini özü də bilmədən çox sevindi. Yazıçının bu hissini üz ifadəsindən anlayan jurnalistin " Cavidan xanım, əgər sirr deyilsə uşaqlığınızda məktub yazmışlığınız olubmu?" sualını uşaqlara məxsus təbəssümlə " əlbəttə, hər yaradıcı və ürəyindəkiləri qələmə almağı sevən yeniyetmə və gənc kimi mənimdə olub" deyə cavablandırdı. "bəs məktubun ünvanına çatacağına necə, inanardınızmı?" sualına isə " bu bir uşaq təxyyülü olduğu üçün əslində inanmazdım. Elə hey yazardım. " cavabını verdikdən sonra jurnalist həm Cavidan xanımı, həm də ekran başındaki seyirciləri maraqlı və heyrətlərini gizlədə bilməyəcəkləri sujetə baxmağa dəvət etdi.
Istək və xəyallarımızın reallaşması bəzən möcüzə kimi görsənir bizə. Bir ay bundan öncə rayonumuzun mərkəzində hər kəsin yaxşı tanıdığı əsirlərlə yaşı olan Xan çinarın gövdəsinədki oyuqda gizlədilmiş şüşə qabın içindən tapılmış məktublar buna şahid olan insanları çox təəccübləndirdi. Belə ki,araşdırmalar zamanı məktublardan bəlli olub ki, məktubun sahibi hamımızın sevdiyi və bugünki verlişimizin qonağı məşhur yazar Cavidan xanımdır. Bu həqiqəti doğrulamaq üçün görüntülərdən gördüyünüz kimi göndərildiyi ünvanla əlaqə saxladıq. Məlum oldu ki, həqiqətdə məktubu Cavidan xanım deyil, poçtalyon olan qonşusu Yu-lan xanım yollamışdı. O, yazarın bu hadisədən xəbəri olmadığını məhz bugün ona söyləməyimizi xaiş etdi. Balaca bir qızın xəyallarının məktubla quş olub uçması bu hadisəni bilən və araşdıran hər kəsi heyrətlər içərisində bıraxdı. Daha da maraqlısı o idi ki, özündən qırx beş yaşındaki məktubu Cavidan xanıma kim saxlamışdı?