Saat 22:00 idi. Hava çoxdan qaralmışdı. Kəndin cığırlarında, həyətlərdə və dağın ətəyində kimsə yox idi. Qorxuducu sükutu şiddətli atışma səsləri pozurdu. Kəndin əhalisi bu hala çoxdan alışmışdı və hər dəfə atışma səsləri gələndə müharibəni, ona səbəb olanları lənətləyirdilər. Evlərin demək olar ki, hamısının damında, qapısında, divarında güllə izləri vardı. Lakin bununla belə kimsə öz doğma ev-eşiyini tərk etmək istəmirdi.
Həmin gecə kəndin əhalisi yenə evlərində sakitcə atışmanın kəsəcəyi anı gözləyirdi.
Lakin bu dəfə atışma səhərə qədər kəsilmədi. Bir anlıq düşündülər ki, bu sondur, düşmən gəlir.Lamiyə otaqda oyan-buyana gedir, arabir yerə çökür, əlləri ilə qulaqlarını örtürdü.
Gözlərində qorxu, narahatçılıq və təlaş sezilirdi. Bütün bədəni buz kimi soyumuş, dodaqları əsirdi. Qonşusu Rasim baba belə şeylərin tez-tez olduğunu və sabaha hər şeyin qaydasında olacağını bildirib getmişdi. Bu onu sakitləşdirsə də, Rasim babanın üzündəki narahatlıq gənc qızı daha çox şüphəyə salmışdı.
25 yaşlı Lamiyə bir neçə gün əvvəl bu kəndə hospitalda həkim işləmək üçün göndərilmişdi. İlk başda canla-başla bu vəzifədən yapışsa da, indi öz fikrinə görə özünü danlayırdı. İnsan ölümün kölgəsindən belə qorxub fikirlərini dəyişə bilər. Buna görə onu kim qınaya bilər ki?
Çöldə çaxan ildırım və anidən başlayan gurultulu yağış onu hürkütdü. ayaqlarını özünə tərəf Qalxıb bütün işıqları söndürdü, pərdələri çəkdi, qapını yoxladı və mətbəxdən bir bıçaq götürüb yanındakı masaya qoydu. Yenidən kresloda oturanda diqqətini bir nöqtədə cəmləşdirdi, əlləri ilə qulaqlarını örtdü, sonra da ağlamağa başladı. Əsəbləri pozulmuşdu və çox qorxurdu. Lamiyə belə şeylərə nifrət edirdi, insanların bir-birinin həyatına qıymasına, qarşı cəbhədəki insanların onların evini güllələməyinə məna verə bilmirdi. Axı onlara nə etmişdi? Dövlətə, orduya ya da kiməsə nə kimi ziyanı dəymişdi ki, indi onu və bu kənddəki digərlərini öldürməyə çalışırdılar? O müharibə meydanında ayaq altda qalmış bir qarışqa qədər önəmsiz idi. Müharibə qurban tələb edir,elə deyilmi?Lamiyə kreslonun bir qoluna söykənərək əliylə üzünü örtmüşdü. Atışma səsləri kəsilmək bilmirdi. Birdən şüşəyə bir güllə dəyib onu çilik-çilik etdi. Lamiyə qışqıraraq mətbəxə qaçdı. Mətbəxdəki geniş masanın arxasında gizlənərək özünə təsəlli verməyə çalışdı.
"Qorxaq olma! Qorxma! Qorxma!"
Mətbəx qapısından otağa tərəf boylanıb qırıq şüşəni gözdən keçirdi. Bir müddət düşündükdən sonra ağlına bir fikir gəldi. Qorxa-qorxa mətbəxdən kiçik koridora çıxdı və çöl qapısına tərəf yönəldi. Həyətdə işıqlar yanırdı və çöl az da olsa aydınlanırdı. Yanlız dərin nəfəs almağa çalışdıqdan sonra başa düşdü ki, bayaqdan nəfəsini tutub saxlayıb. Əlləri titrəyərək qapını açıb çölə çıxdı. Atışma səsləri hələ də gəlirdi. Çöldə leysan yağış yağırdı.
İlk öncə zəif, sonra sürətli addımlarla evin arxasına tərəf yönəldi. Həyətdəki taxta parçalarından bir neçəsini qucağına yığıb geri qayıtdı. Qapının ağzına çatanda ətrafa göz gəzdirdi. Bir an Lamiyəyə elə gəldi ki, çöldə nəsə hərəkət edən qaraltı görür. Buna məhəl qoymadan içəri keçib qapını kilitlədi. Mətbəx şkafından mismar və çəkic götürüb otağa qayıtdı. Taxta parçalarını da alıb sürünərək pəncərənin altına gəldi. Ehtiyyatla taxtaları alt-alta bir-bir mıxlayıb boşluğu tamamilə qapadı. Əlindəki çəkici yerə atıb alnını sildi. Yerə uzanıb dərin nəfəslər aldı. Kiminsə olduca yavaş şəkildə qapını döyməsi ilə Lamiyənin ürəyi az qala ağzından çıxacaqmış kimi oldu. İlk başda düşündü ki, ona elə gəlir, lakin qapının yenidən döyülməsilə anladı ki həqiqətən də orda kimsə var...
YOU ARE READING
Quşların azadlığı
Short StoryÜz qapağına görə @Ulker_Suleymanova sağolsun :) Qısaca, müharibə və onun insanların həyatına təsirindən bəhs edir.