Digərləri üçün o məsələ xeyli müddət müzakirə mövzusu olduqdan sonra unuduldu. Bir daha kimsə o uşaqla dost olmaq, hətta yanında oturmaq istəmədi. Lamiyə özü də bu uşaqdakı qəribəliyi sezmiş, baş qoşmasa daha yaxşı olacağına özünü əmin etmişdi. Bir gün dərsdən evə qayıdarkən parkda həmin uşağı itiylə gəzərkən görəndə xeyli təəccüblənmişdi. O itiylə qaçır, oynayır və gülümsəyirdi.
Lamiyəni gördükdə ona yaxınlaşıb salam vermiş, söhbət etməyə çalışmışdı. Beləcə məlum olmuşdu ki, əslində uşaq o yaralı quşu yerdə tapmış, o an qorxduğundan vəziyyəti etiraf edə bilməmişdi. Lamiyə ona şübhə ilə yanaşsa da sonralar onun yaxşı biri olduğuna inanmışdı.
Lamiyə telefonu keçirib ayağa qalxdı. "Qonağın" yatdığı otağa yaxınlaşıb qapını dinləməyə çalışdı. İçəridən zəif xorultu səslərinin gəldiyini eşidəndən sonra qapını yavaşca kilitlədi.
Əslində gözləri yuxusuzluqdan ətrafı görməz olmuşdu, lakin Lamiyə yata bilmirdi. Yatması üçün özünü rahat və güvəndə hiss edəcəyi tək yer öz evi idi.
Divanın bir küncündə oturub dizlərini özünə tərəf çəkdi və yavaş-yavaş yuxuya getdi.
Səhər hələ yenicə açılırdı ki, Lamiyə qorxu və dəhşət içində yuxudan ayıldı. Göydən yüzlərlə yaralı quşun yağdığını görmüşdü. Onlar hər yana yağırdılar.
Yerindən qalxıb cəld mətbəxə qaçdı və əl üzünü yuyub sakitləşdi. Birdən ağlına yan otaqdakı yad adam gəldi və cəld o biri otağa keçib qapını açdı. Adam hələ də huşsuz halda yatırdı. Lamiyə özünə və qonağına səhər yeməyi hazırlamaq qərarına gəldi.
Lakin sonra nədənsə fikrini dəyişib çantasını da alıb çölə çıxdı. Kənd meydanına tərəf irəlilədi.
Elə yenicə çatmışdı ki,ətrafda polis və əsgərləri görüb duruxdu. Əhalini meydana çağırırdılar. Hamı olduqca narahat görünürdü. Lamiyə vəziyyəti başa düşməyib ətrafdakıların danışdıqlarını dinləməyə çalışdı.
-Vay başımıza gələnlər ay bacı. Görürsənmi camaatın canına necə qorxu salıblar?
-Ay bu müharibəni eliyənin lap atasına lənət! Gül kimi balalarımız gedir.
-İndi də bu çıxdı başımıza.
-Hansı satqın,xain, haramzada gizlədibsə ta onu. Vallah sapı özümüzdəndir. Elə yaxşı eliyirlər gəlib qırırlar bizi.
Lamiyə çaşqın halda meydandakıları dinləməyi kəsib diqqətini meydanın ortasında dayanıb ətrafdakıların diqqətini cəlb etməyə çalışan mülki geyimli şəxsə yönəltdi. Adam izdihamı sakitləşdirməyə nail olduqdan sonra yüksək və sərt səs tonuyla danışmağa başladı.
-Salam. Mən leytenant Hacıyevəm. Dünən sizin kənd yaxınlığındakı atışmalarda qarşı tərəfdən bir əsgərin sərhəddimizi keçdiyini gördüyünü iddia edən bir neçə nəfər şahidimiz var.-ətrafda narahatlıq,qorxu və narazılıq nidaları ucaldı.
Kəndin ağsaqqallarından olan Akif kişi üzünü əhaliyə tutaraq:
-Əziz kənd sakinləri, başımıza böyük müsibət gəlib! Bu erməni köpəyoğlu bizi müharibə meydanında qırmaqdan doymadı, indi də gəlib evimizə, yuvamıza girib bizi öz yerimizdə qırmaq istəyir. Anamızın, bacımızın namusuna göz tikir. Hansısa şərəfsiz, binamus xainlər də pulun qarşılığında öz elini, öz namusunu satır. Lap gəlin mən sizə ondan da artığını verərəm!-deyə qışqırırdı ki, vəziyyəti pisləşdi və yaşlı adam yerə yıxıldı.
Lamiyə cəld izdihamı yarıb adamın yanına gəldi. Nəbzini ölçüb vəziyyətini yoxladı. Digərləri onu hospitala apararkən Lamiyə hələ də eşitdiklərini dərk edə bilməmişdi. Söhbət ondan gedirdi! Vətənini satan o idi. Amma o bunu bilərək etməmişdi. İndi də vəziyyətdən necə çıxacağını bilmirdi. Əgər onu evində gizlətdiyini eşitsələr nə deyərdilər? Aman Allah!
ESTÁS LEYENDO
Quşların azadlığı
Historia CortaÜz qapağına görə @Ulker_Suleymanova sağolsun :) Qısaca, müharibə və onun insanların həyatına təsirindən bəhs edir.