Gözüyaşlı yorğun eşşək
Kirimişcə yükünü çək,
Bu yol gec-tez bitəcək,
Yorulmaq sənə qalacaq...Sən belə fağır olanda,
Yükün lap ağır olanda,
Kürəyin yağır olanda,
Ümid palana qalacaq...Bu palan zalımdı, zalım!..
Səni hər gün zora salıb,
Axır bir gün yola salıb,
Səndən balana qalacaq...