UnUt GeTsİn

27 3 1
                                    

Həyatı boyu neçə dəfə aşiq olar bir insan,ya da heç aşiq olarmı?
Mən aşiq oldum ona,necə bir insan olduğunu görmədi eşq koru olan gözlərim...
O mənə nə etsədə,çox sevdim onu,çox...

Rahib Qasımov'dan
                         "Unut   Getsin"
Həmşəki kimi gözəl bir Bakı səhəri,quşların səsi,insanların işə getmə təlaşı,adət halını almış hərəkətlər...

Bu qədər insan içində , balaca ,bir o qədər də cılız olan Aytac,bu qarmaşanın içində ,məktəbə çatmağa çalışırdı,Metroya minə bilmişdi,çox sevinirdi,çünki 1-2 dəfə bu yollarda əzilmə təhlükəsi yaşamışdı...

Qafqaz Universitetinə,el deyimiylə "öz biliyinə"girənlərdən idi Aytac,hələ o ,uşaq ikən itirmişdi valideynlərini,nənəsi Məsmə  xala ilə  yaşayırdı keçən ilə qədər,yəni nənəsinin ölümünə qədər...
Zorluqlarla böyümüşdü Aytac,həyatın ona   nə qədər acımasız davrandığını bilirdi,amma yenə də hər şeyə qarşı anlayışlı olmağa çalışırdı,bəlkə də,bu idi onu başqa qızlardan fərqləndirən...

Çətin bir həyatı vardı qarşısında, əmisinin arvadı ilə yaşayırdı,əmisi Rusiya'ya pul qazanmağa gedib gəlməyənlər klubundan idi...
Əmisi arvadı Cahanə ,əmisinin heyfini yazıq qızdan çıxarırdı.
Dərsdən gəlib,kafedə "offisiant"kimi işləyirdi ,bu sevimli qız...Qazandığı pul isə Cahanənin bordadığı oğlu Səlimə xərclənirdi...

Hər axşam ana-atasının şəkillərinə baxır,hüzünlənirdi,o gözəl gözlərindən axan gözyaşlarının səbəbi alçaq insanlar və həyat ,ya da el arasında deyilən "alın yazısı" idi...

Bir gün yenə hazırlaşaraq gəldi məktəbə Aytac.Bu günün digər günlərdən fərqli və həyəcanverici olacağını bilmədən başlamışdı günə...

Tənəffüsdə düşdü həyətə,oturdu yaşıl otların üzərində.Az keçməmiş yanına elə bir oğlan oturdu ki,üzünü çevirib baxsaydı görərdi onun necə yaraşıqlı olduğunu...
Birdən Aytacın yanındakı oğlandan səs gəldi " Salam,mən Samir"
Cavab vermədi Aytac...
"Bu qədər gözəl bir xanımın adının olacağını düşünürəm"
Üzünü çevirdi Samirə doğru "Salam,mənim də adım Aytac,məmnun oldum,icazənizlə dərsə girməliyəm"

Xoşu gəlmişdi oğlandan Aytacın,amma onun qəlbində belə şeylərə yer yox idi,ya da o,özü özünü aldadırdı...

Samir ,Aytac yanından gedən kimi durdu otların üzərindən və dostlarının yanına getdi...
"Sarış noldu? Tuta bilmədin qızı?"

"a kişi,qız məndə,narahat olmuyun"

"Ə,indiyə kimi heç bir oğlana üz vermiyib o qız,sənin başının razmeri deyil)))"

"Başım yekədi mənim"

Aytacın Samirdən xoşu gəlmişdi,dərsdə onun üzü gəlirdi gözünün qabağına,özünü neçə dəfə ayıltmağa çalışırdı,amma nafilə,artıq sevgi deyilən şeyin bir tərəfində o vardı...
Samirin niyyətini bilmirdi,bu alçaqlığı bilsəydi,onun üçün çox daha yaxşı ola bilərd.

Günlər ,həftələr keçir,Samir getdikcə Aytaca yaxınlaşırdı,Bu gün sözləşmişdilər,şəhərdə görüşüb,sinemaya gedəcəkdilər...

Sinemaya getdilər , "Delibal" filmi nümayiş olunurdu,filmin sonlarında Aytac hönkürtüylə ağlamağa başlamışdı,Samirlə çox yaxşı vaxt keçirirdi,yetimin bu həyatda üzünü Samir güldürmüşdü sadəcə,amma Samirin niyyəti heç də yaxşı deyildi...

Sevgili olmuşdular artıq,hər şey Aytaca görə çox yaxşı gedirdi,
Samir varlı bir ailənin uşağı idi,axır vaxtlarda məktəbdə dərslərə girmir,evə gec gəlirdi,ona görə də atası maşınını ,pulunu əlindən aldı.

Samir çarəsiz qalmışdı,dostlarıyla gecə bara getməliydi,amma pulu yox idi,çarəyi Aytaca zəng etməkdə tapdı,bir az şirin söhbətdən sonra,əsas məsləyə toxundu,
"Bilirəm bunu sənə deməməliyəm,amma çox çarəsizəm,nə olar anla məni,anam xəstədi,onun dərmanlarını ala bilmədim,atam verdiyi pulları itirmişəm,tək çarəm sənsən."

"Sən narahat olma,sevgilim,mən görüm neyniyirəm,sənə məlumat verəcəm"

Aytac kimnən pul istəsə də,tapa bilmədi,axırda son çarə olaraq ,anasından ona xatirə qalan üzüyü satmaq qərarına gəldi,üzük həm köhnə ,həm də dəyərli idi,
Aytac onu yaxşı bir qiymətə satmaq istədi,amma üzüyü 250 manata satmaq üzrə razılaşıb satmışdı artıq,Samirə zəng elədi,pulu tapdığını, hər şeyin yaxşı olacağını deyirdi ...

Samir ,Aytacdan pulu aldı,qəşəycə xərclədi,bar,içki,qızlar...

Sabah məktəbdə dostlarına danışdı bu olanları...
"Samir, sevgilin nətərdi?"
"çox safdı eyy, öyrəşməmişəm belələrinə"
"gör də neynirsən"
"bu gün aparacam evə"
"nəyə ə?"
"uşağ olarsan"

Bu söhbəti Aytacın məktəbdəki ən yaxın dostu Nərgiz eşitdi, Samirin çirkin planlarını ona demək istəyirdi,məktəbdə onu axtardı tapa bilmədi,telefonla zəng elədi, məşğul idi...

Nərgiz Aytaca eşitdiklərini deməliydi mütləq, çox zəng elədi, Aytac eşidə bilməzdi ki...

Samir dərs bəhanəsiylə zor da olsa,Aytacı evə gətirə bildi,sonra isə olanlar oldu,,,

Aytac, Samirin qollarında idi,bütün həyatı kirlənmişdi,amma peşimançılıq hissini keçirmirdi,Samir yanında yatır,o isə doya-doya izləyirdi...
Telefona baxmaq ağlına gəldi, Nərgizdən gələn zəngləri gördü, əyninə Samirin paltarını geyinib çıxdı otaqdan,zəng elədi Nərgizə,,,
"Nərgizdən eşitdikləri isə,çox acıydı onun üçün..."

Samir yuxudan duranda yanında Aytacı görmədi, özündə peşmançılıq hissini keçirməyə başladı,xəbəri yox idi ki,məktəbin ən ağıllı qızlarından olan Aytacı dizə gətirmək istərkən ona aşiq olduğundan...

Samir həyatında ilk dəfə belə hislər keçirirdi,Aytaca etdiyi zənglərin sayı hesabı yox idi, sevgisini etiraf etməyə gecikmişdi...

Sabahısı gün Aytac'ın "intihar" etdiyini öyrəndi,bütün dünyası başına yıxılmışdı, özünü günahkar hiss edirdi,,,

Nərgizin ona gətirdiyi məktubu oxuduqdan sonra,Samirdən bir daha xəbər alına bilmədi, nə ölüm xəbəri,nə də yaşadığı xəbəri gəlmədi...

Məktubda belə yazmışdı:
Bu məktubu oxuyanda, artıq mən həyatda olmayacam...
Samir,bi şey soruşmaq istiyirəm,niyə?
Niyə mən?
Anamı ,atamı ,nənəmi,evimi itirdim bu həyatda,namusumu da itirdim sayəndə...

Peşiman olmamışdım ilk öncə, amma öyrəndiklərim,mənim namussuz alçaq birisi olduğumu və sənin də belə biri olduğunu öyrətdi mənə...

İnan ki,sənə belə,özümə nifrət etdiyim kimi nifrət etmirəm,bütün günah məndədi,sənin necə biri olduğunu anlamadım,görmədi bu kor gözlərim...

Əlvida deyirəm sənə, son sözüm də belə olsun :" Mən səni çox sevdim,çox"

Sevgi bu həyatda ən önəmli şeylərdən biridir,bəzilərimizin həyatında,amma çalışın ki, sevəcəyiniz insanı yaxından tanıyın.

"Son peşmanlıq nəyə yarar?
Hər şeyin bir bədəli var..."

Unut GetsinWhere stories live. Discover now