Mən yazar idim o rəssam. Mən möhtəşəm düzürdüm sözləri... Hissləri ağ vərəqə o isə boya ilə rəsm vərəqinə.Əslində, ikimizdə bir-birimizi dəli kimi sevirdik. Əvvəl ağıllı idik amma özümüzdə bilmədən dəli olduq. Bir gün söhbət edirdik. Qərar verdik o rəssam mən yazar olum.
O rəsmlərində, mən isə yazılarımda bir-birimizi sevdiyimizi göstərirdik. Heç vaxt dildən istifadə etməzdik. Ancaq yaradıcılıqla. Belə deyək sevgini incəsənət qatmışdıq...
İçimizdə olan sevgi bizi yeyib bitirirdi. Çünki, bir birimizlə sevgi barədə danışmırdıq. Yalnız, incəsənətlə sevgini ifadə etməli idik.
Bunun üçün hər gün çalışırdıq. O fırça ilə möhtəşəmliyi portetdə təsvir edir, mən isə qələmlə ağ vərəqə sözləri bir birinə bağlayırdım. Hər dəfə daha möhtəşəm olması üçün daha çalışırdıq. O çəkir, mən yazır... O çəkir... Mən yazır...
Bu sadəcə sevgi deyil həmdə böyük incəsənət idi. Sevgimizlə iki sevgi sənəti birləşdi. Biz, sadəcə, sevgini düşünürdük və fırça və qələmlə ifadə etməyə çalışırdıq.
Sonda bizim əsərlər dünya şöhrətində yayıldı. Onun rəsmləri möhtəşəm qalereyalarda əsrarəngiz gözəllik saçırdı. Mənim əsərlərim isə bütün nəşriyyatlarda saysız-hesabsız çap olunurdu. Bütün dünya bundan danışırdı.
Mən indidə yazıram o bunu oxuyacaq və onu çox sevdiyimi biləcək. Yəqin, indi oda əlində fırça boya nəsə möhtəşəmlik yaradır...
Bu möhtəşəm incəsənət nümunələri idi... Amma heçkim bilmədi ki, bütün bu möhtəşəmliyin tək səbəbi sevgi idi. Bizim sevgimiz...
Möhtəşəm sevgi möhtəşəmliyə səbəb olur. İncə hisslər incə işləri möhtəşəmləşdirir... Möhtəşəm sevgi... Möhtəşəm İncəsənət... Möhtəşəm... Sevgi...