Soyuq bir hava idi. İnsanlar əllərini cibinə qoyaraq,titrək bir vəziyyətdə, küləklə mübarizə aparırdı. Sifətlərinə dəyən külək,onları üşüdür və cəld addımlarla irəliləyirdilər. Küçələrdə insanların qaçarkən olan addım səsləri, avtobus səsləri və küləyin səsi var idi. Yarpaqlar ağacdan qoparaq düşür,buludlar çoxalıb ildırım səsini çıxarırdı. Və mən, işdən çıxıb qaçaraq dayanacağa doğru gedirdim. Dayanacağa çatdım və əllərim cibimdə,isinmək üçün o tərəf-bu tərəfə hərəkət edirdim. Papaq sürüşüb gözlərimin üstünə düşürdü,mən isə hər dəfə cibimdə isinmiş əlimi çıxarıb onu yuxarı qaldırırdım. Nəhayət ki, avtobus gəldi. O bir az qarşıda saxladı və mən qaçaraq ona çatmaqa çalışdım, qapısı açıldı mən isə tez daxil oldum. Papağımı çıxardım. Heç boş yer yox idi,o qədər yorğun idimki ayaq üstə durmağa taqətim qalmamışdı.Ah, ən arxada oturacaq boşdur,tam da pəncərə kənarında oturmaq istəyirdim. Oturduqda bir az rahatlayıb başımı pəncərəyə yasladım,pəncərəyə damla-damla yağış damcısı düşməyə başladı. Ən sevdiyim hava...sakitlik...yağış səsi...ən əsası yorğunluq var idi üstümdə. Mən yağışı izləyib fikrə gedərkən,qarşımda əyləşən insanın mənə səsləndiyini heç eşitmirdim. Birdən mənə barmaqlarını toxundurub "Xanım, sizin adınız Arzudur?"-, dedi. Mən 4-5 saniyə baxdıqdan sonra, Bəli siz də mənə tanış gəlirsiniz,amma tam olaraq çıxarda bilmədim .
- Mən Fərhad. Siz ki məni tanımalısınız. Biz əvvəllər çox yaxın dost idik,mən səni uşaqlıqdan tanıyıram.Təxminən bundan 10-15il əvvəl.
- Ahh,mən hələdə sizi tanıya bilmədim..Təəssüf ki.
-Eybi yoxdur, biz dost idik, mənə siz deyə xitab etməyə bilərsən.Bax nə deyirəm, qarşıda bir Kafe var,biz orada oturub bir az söhbət edək,həm mənim sənə özümü tanıtmaq şansım olar. Nə deyirsən?
-İnankı, çox yorğunam və halhazırda yuxudan başqa heçnə istəmirəm.
-İsti çaya yox deyirsən?
-Mənim işlərim var,bəli.
-Təsadüflərə inanıb, şans əsəri bəlkə nə vaxtsa qarşılaşmağı gözləyəcəm?Ya necə?
Mən təbəssüm edib başımı pencereye yasladım və o isə hələ mənə baxıb bəlkə də cavab verəcəyimi düşünürdü.
Mən gördüm ki, qarşımdakı oğlan düşmək üçün ayağa qalxdı və mənə Kaş ki icazə verərdin özümü tanıtmaqa dedi. Təsadüfə bax ki, o da mənim düşəcəyim dayanacaqda düşür. Mən arxasıyca gedərək, "Sən də mi burada düşürsən?" dedim. Və mənə tərəf dönərək" Bəli, sən də?" . "Gördüyün kimi."
Biz dayanacaqda düşdük və mənə gələn mesaja baxmaq üçün telefonu çantamdan çıxarırdım. O an Fərhad mənə:
- Biz əvvəllər eyni məhlədə qalırdıq,birlikdə oyunlar oynar,səni hərkəsdən qoruyardım.Tək mənimlə dost olmanı istərdim,sən də mənə qarşı bunları edərdin.Bir oyuncaq ayın var idi, adı, adı nə idi unutdum, ağ rəngdə idi və hara getsən yanında olardı. Bir dəfə palçıqa düşmüşdü və çoxlu ağlamışdın,mən sənin göz yaşlarını sildim və birlikdə sənin evinə gedib anana verdik. Hər dəfə biz məhlədə oyun oynarkən,sən susadıqda bizim evə gedib anamdan 1stəkan su istəyərdin. Anamın adı Nübardır. Bunları da mı xatırlamadın,Arzu?
Mən bir yandan gözüm çantada,telefonu axtarırdım,bir yandan isə onu dinləyirdim.Və başımı qaldırıb gülərək:
- Fərhad, mən tanıdım,bildim kimsən,bunu bayaq da deyə bilərdin,indi bildimki sən mənim ən yaxın dostum Fərhadsan.
-Bəli, mümkündürsə bir əlaqəmiz olsun və dostluğumuz hələ də davam etsin. Olar mı?
-Bilmirəm,biz uşaqlıqda 9-10 yaşlarında dost idik. İndi gör neçə illər keçib,əvvəlki kimi ola bilmərik ki, dəyişmişik,böyümüşük və mənim kifayət qədər yerini dolduran dostlarım var.
-Bunu deyəcəyini heç düşünmürdüm.Biz uşaq deyilik ki dəyişməyək,yox,yenidən oyunlar oynayaq. Əlbəttə böyümüşük,dəyişmişik.Amma mən yenə də səni əvvəllər necə çox istəyirdimsə,indidə elə çox istəyirəm.Sənin dəyişən o xasiyyətlərini tanımaq istəyirəm,yenidən dost olmaq istəyirəm.Uşaqlıq dostluğundan fərqli olaraq,gənc dostlar olaq və dərdlərimizi bölək,yanımızda olaq,sevincimizi paylaşaq.1B+do
YOU ARE READING
Keçmişimi Anlatma (TAMAMLANDI)
Romanceİki uşaqlıq dostu illər sonra rastalaşar və yenidən əlaqələ qurarlar. Jurnalistlik oxuyub ,işləyərək öz ayaqları üzərində duran gənc qız Arzu və təhsilini yarım buraxmış Fərhad'ın hekayəsi. 🔥🔥🔥 Fərhad Arzunun gözlərini açdı və Arzu əllərini üzü...