İlk görüş,İlk çay!

220 18 7
                                    

Arzu Fərhadın bu sözlərini dinlədikdən sonra sakitcə təbəssüm edərək "Yaxşı,mən bu barədə düşünəcəm" .Çantasını düzəldər və "Artıq getməliyəm,işlərim var,çox yorğunam.Sənə əlaqəmiz olsun deyə nömrəmi verə bilərəm. Vaxt olsa,görüşərik,danışarıq." deyər.
Fərhad nitqi tutular,sevincdən əli ayağı dolaşar və razılıq bildirər.

Axşam Arzu bu soyuq ve külekli havada pəncərənin qarşısına keçər, bir az seyr etdikdən sonra pəncərəni örtüb əlinə kitab alaraq oxumağa başlayar. Yatağına gedib, ədyalın altına girdikdən, rahatladıqdan sonra kitabı oxumaq üçün açdıqda, telefonuna mesaj səsi gələr.Mesajı yazan Fərhaddır. 

"Salam. Sabah səninlə görüşmək istərəm. Əgər sən də razısansa bir yer təyin edək,səni görmək mənə yaxşı təsir etdi,sən mənim şanslı dostumsan,yenə mənə uğur gətirdin.Bilirsənmi,bu gün iş təklifi aldım,səninlə sağollaşdıqdan sonra mənə zəng gəldi, elə gözlədiyim işdən idi. Dostum,əgər sabah görüşmək səni narahat edirsə,ya da bir işin varsa, ertələyə bilərik."


Arzu oxuduqda bir az təbəssüm olar üzündə və eləcə mesajları yazıb silər. Görüşə getsinmi,getməsinmi deyə düşünüb qərar verə bilmirdi.

"Fərhad, əslində sabah iş çıxışı boşam. Görüşə bilərik, sənə mesaj olaraq yeri atacağam, əgər sənə də uyğundursa saat 18:00 da görüşə bilərik.Sənin adına çox sevindim,dostum.Ümid edirəm ki, işin könlüncə olar və səsin yüksəklərdən gələr.Hələlik."


İşdən çıxmaq üçün saatın 6 olmasını gözləyirdim,amma heç cür bu vaxt tez keçə bilmirdi.Sanki söz veribdir ki,bu gün Arzunun görüşü var, qoy çox gözləsin iş yerində. Nə isə, burada yarım qalan bəzi işlərimi həll edim, sonra yenidən saata baxacağam. Hələki 2 saat var.

Vaxt keçib bitdikdən sonra, saatın 6olduğunu görən Arzu cəld paltosunu üzərinə keçirib, papağını taxıb,şərfini boğazına dolayaraq qaça-qaça qapıya gedər. Qapını açdıqda Fərhadla göz-gözə gələn Arzu, kiçik səslə gülər və Fərhadla salamlaşar. Fərhad əlini cibinə salaraq  bir şokolad çıxarar
 - Elə bilmə ki,şokolad sevdiyini unutmuşam. 
-Nə? Ahahaha, sən həqiqətən yaxşı birisən! Amma,məni aldada bilmərsən. Hər qız şokolad sevər.
-Elə olsun, bəs məgər, hər qız sadəcə südlü şokoladları sevər? Buna necə?

-Ahh..İndi bildim ki, məni çox yaxşı tanımısan. Və məni anlayan yeganə insan belə ola bilərsən. Zamanla görərik artıq.
-Mən səni həmişə anlayan insan olacam, yanında olacam və mən sən yıxıldıqda əllərindən tutacam,sən qalxdıqda səninlə birgə sevinəcəm. Sən də elə məni çox yaxşı tanıyacaqsan.Mən bunları xatırlayıram amma sən, heç adımı belə eşidəndə tanımadın. Biz dostluqumuzu bitirsək,sən heç axtarmarsan yəqin. Hə dost? (Zarafatyana gülərək bu sözləri deyib,əlini Arzuya uzatdı)

- Dedim axı, zamanla bilərik. Mən elə dost deyiləm.Bax sən elə məni bu barədə səhv tanımısan.Mən səni tanımadım deyə,bu o demək deyil ki dostluğum da pis olacaq. Mən hər kəsə qarşı belə soyuq davranıram. Sevdiklərim xaric.( Fərhadın əllərinə dəyərək,geri çəkdi)
-İndi mənimlə çox xoş danışırsan,onsuzda zarafat edirdim.Yaxşı,dadsız söhbətləri bağlayaq.İş günün necə keçdi? Heç yadına düşdüm?

-O qədər məşqul idim ki,düzünü desəm çıxana yaxın səninlə görüşəcəyimi xatırladım.Biz indi hara gedirik?

-Sadəcə bir az gəzək,sonra isə dünən rədd etdiyin isti çayı içək,yaman soyuqdur.
-Elə olsun...

Bir az gəzdikdən sonra,Kafeyə gedib çay içdik və indi üstümdə günün yorğunluğu var.Fərhadla günüm həqiqətən heç olmadığı qədər gözəl keçdi,yaxşı ki qarşıma çıxdı. Bəzən heç gözlənmədik,həyatınızın ən mənasız və sıxıcı anında,hər şeyə maraqınız itdiyi zamanlarda elə biri gələr ki,həyatınıza həm dad,həm rəng gələr.Oyandıqda,yatdıqda üzünüz gülər.Dəli kimi uzanıb bir nöqtəyə baxıb fikrə gedərsən.Birdən heç gözlənmədik anda həyatınıza insan girdikdə sözün əsl mənasında, həyat çox dəyişir,gülmək üçün səbəblərin artır.



Keçmişimi Anlatma (TAMAMLANDI)Donde viven las historias. Descúbrelo ahora