Arzu bu sözlərin qarşısında nə cavab verəcəyini bilmədi. O bu səfər həqiqətən sevildiyini hiss etdi,insanların yalan dünyasından bezmiş və doğrularla üzləşməyə başlamışdı. Arzu Fərhadın bu sözlərinə bir kəlimə belə söyləmədən, ağlında "Görəsən mən də onu sevirəmmi" deyə düşünürdü. Bu qədər sevinc,özləm hissi boşuna ola bilməzdi ki.Yəqin elə mən də Fərhadı sevirəm." - dedi.
-Fərhad, nə deyim bilmirəm. Bu sözləri düzünü desəm, ilk dəfə birindən eşidirəm.Hələ məni kimsə sevməyib, yalan dünyam olub. İnsanlar saxta,xəyanətkar və alçaq olub! Mən hələ heç kimə inana,güvənə bilməmişəm.İnsanları səhv tanımışam, amma sonra anladım ki, onların hamısı yalançıdır! Amma, sən mənim dünyamdaki tək həqiqət olmuş ola bilərsən. Düzünü desəm, mən də sənə qarşı bir şeylər hiss etdiyimi düşünürəm. Sən yanımda olmazkən sənin üçün darıxıram, hər dəfə yanımda olmanı istəyirəm..
-İnana bilmirəm, axır ki cəsarət edib söyləyə bildim və sənin də deməli mənə qarşı hisslərin var. Nə yaxşı ki səni sevdiyimi dedim!
-Bilmirəm, hisslərimin nə olduğuna anlam verə bilmirəm.
-Eybi yoxdur, mən səni neçə il gözləmişəm, yenə gözləyərəm.
Belə bir gecədən sonra Arzu yatağında uzanıb, Fərhadın dediklərini və öz söylədiklərini, xüsusən də nə söyləyəcəklərini düşünürdü. O qədər qərarsız idi ki, özü də buna sinirlənib özünü danlayırdı. Fikir almaq üçün yaxın dostu, rəfiqəsinə zəng edib, sabah görüşmək istədiyini söylədi.
Daha dan yeri ağarmadan, Arzu gözünü açıb, yerində o tərəf-bu tərəfə tərpənirdi. Birdən qapı çaldı və tez qaçıb qapını açmağa getdi.
-Arzu, tez danış,hər şeyi, tez.. (Leyla qapı açılar açılmaz bu sözləri deyib, ayaqqabısını əyilib çıxarırdı)
-Leyla, gözlə bir. Hər şeyi anladacam indi.
Bir az soluqlandıqdan sonra, Arzu 2 stəkan isti çay töküb stolun qarşısına keçdi. Oturub, öz-özünə gülür, gah da gözü yol çəkirdi.
-Ey, Arzu?! Deyirəm bəlkə, daha anladasan. Axı öldüm burda, səbirim çatmır.
-Mən deyəsən aşiq olmuşam
-Nə???? Sən bunu indi deyirsən mənə?
-Dinlə bir. Yeni anladım bunu. Dünən gecədən düşünürəm.
-De görək, kimdir aşiq olduğun insan?
-Fərhad. Biz uşaqlıq dostuyuq, avtobusda rastlaşdıq,ilk əvvəl tanımadım, amma sonra bildim kimdir. Sonra əlaqə saxladıq, görüşdük,vaxt keçirtdik. Mən bağlandım ona..Onun yanında özümü heç olmadığım qədər xoşbəxt hiss edirdim.
-Və mən bunları indi bilirəm? Yaxın dostuq,özüdə.(Baxışları dəyişər və fikirli-fikirli üzünü çevirər)
-Leyla, dost idik də onunla. Nə deyəcəkdim axı?
-Məni boş ver. Fərhada denən hisslərini..
Arzu ilə Leyla sağollaşdıqdan dərhal sonra, Fərhadı görmək üçün zəng edib,görüş təyin etdilər. Onlar ilk dəfə çay içdikləri kafede oturub bir az danışdıqdan sonra, Arzu hisslərini Fərhada söyləməyə başladı.Fərhad səbirsizliklə Arzunun deyəcəklərini dinləyir və gözlərinə diqqətlə baxıb,sanki o gözlərdə itirdi.-Fərhad,mən sənə dünən dedim, hisslərimi. Bildin ki,sənə qarşı boş deyiləm.Mən düşündüm ki,bu hissin bir adı var. Onun adı "Eşq"dir. Mən də səni sevirəm..
Fərhad sevincdən dili tutulmuş halda, "Səni çox xoşbəxt edəcəm. Biz birlikdə çox xoşbəxt olacağıq" deyə söz verdi. Və Sənə bir xəbərim var, Mən Fransaya gedəsi olmadım, burada səninlə qalacağam. Ailəm özü Bakıya 1-2 günə gələcəkdir.Getməyimə ehtiyac yoxdur.Həm işlərimi də həll edərəm.-Buna çox sevindim, deməli getməyəcəksən.(deyərək Fərhadın əlindən tutdu).Yaxşı yadıma saldın,sən nə işləyəcəksən?
-Əslində mən memarlıq üzrə oxuyurdum, amma bəzi problemlər nəticəsində yarım qaldı.İndi təklif aldığım iş inşaat sektorundadır. İnşaat sektorunda bir iş binasının dizaynını verəcəm.
-Bu əladır! Bəs nə kimi problemlər?
-Adi şeylərdir,heçnə..( Fərhad sözü fırladaraq,daha çox uzanmasını istəmir və əllərini çəkib, saçlarını düzəldir)
-Elə olsun,mən qalxmalıyam. Bu gün iş yerimə gedəcəm..Lazım olan sənətlər var.
Arzu ilə Fərhad ayağa qalxdı.Fərhad qolunu arzunun çiynindən keçirərək, "Bu gün həqiqətən sevindirdin məni"- dedi. Arzu ona baxaraq təbəssüm etdi. O paltosundan telefonunu çıxardıqda, Leyla zəng etdi və işlərin necə olduğunu soruşdu. Arzu ona hər şeyin yolunda olduğunu bildirdi və telefonu söndürdü. Fərhad qəribə bir baxışla Arzuya baxaraq:
-Leyla kimdir?
-Mənim ən yaxın dostumdur.Vaxt keçsin, sizi tanışdıracam.
-İndi eşidirəm adını..Heç dememişdin.
-Hə, heç söhbəti açılmamışdı axı,amma indi bildin də.
Fərhad bu söhbəti çox dərinə getmək istəmədi, "Tanışdırarsan onda,yaxşı..".
Fərhadla Arzu soyuq küçələrdə əl-ələ xeyli addımladılar,onların üzü gülür, ara-sıra isə göz-gözə gəlirdilər.Fərhad bəzən Arzuya baxıb, ona bir şeylər deyəcəkmiş kimi olur, sonra fikrini qarşıya verərək özünü toparlayır. Küçədə səssizlik var idi, bomboş...İnsanlar öz evlərində ocaq qarşısında isinərkən, bu iki gənc bu soyuqda birlikdə olmağı seçirdi. Gəzdikləri yer bir az dağınıq idi, evlər tökülmüş vəziyyətdə, yollarda küləyin əsintisi ilə uçuşan yarpaqlar var idi..Bir-iki insan keçirdi küçədən, ayaqlarında cırıq ayaqqabı və üstlərində köhnəlib,düymələri qopmuş cırıq paltolar. "Bu evlərdə yaşayan o qədər insan, necə isinir görəsən?" deyə düşünürdü Arzu. Fərhada baxıb, "Bu insanlar üçün bir şey etmək istəyərdim,kaş əlimdə olsa da onlar üçün sığınıb isinəcək ev, yeyəcək isti yeməklər və geyinəcək bir çox paltar verə bilərdim. Bunu edə bilərəm! Onlara sadəcə bir ev verə bilmərəm. Axı niyə bu qədər insan,belə yaşamalıdı?" -dedi.
-Haqlısan,sənin qəlbin çox təmizdir. Biz əgər istəsən sabah buraya gəlib insanlar üçün bir kömək lazımdır mı deyə soruşarıq. Onların əgər ehtiyacı varsa, yardım edərik.
-Əlbəttə, çox istəyirəm. Amma durduq yerdə necə soruşa bilərik ki? Onlar buna razı olmazlar axı..
-Biz bir yolunu taparıq..Arzunun üzü güldü və sevincək halda Fərhada sarılmaq üçün özünü saxlaya bilmədi.Artıq onlar iş yerinə çatacaqlardı ki, Arzu Fərhada "Əgər istəsən məni içəridə qapının qarşısında gözləyərsən, işim çox azdır,sənəd götürəcəm sadəcə.."- dedi.
-Əlbəttə gözləyəm.
Arzu iş yerinə çatdıqdan sonra, qapını açaraq içəri daxil oldu. O gəlib öz otağının qapısını açıb, açarları masanın üstünə qoydu. Rəfdə olan sənədlərə göz gəzdirib,ona lazım olanı axtarırdı. Bu sırada, Müdir açıq qapını taqqıldadaraq Arzuya səs etdi.
-Arzu, bu gün iş günü deyil. Nəsə olubdur?
-Xeyr, Bəhram bəy. Sadəcə lazım olan sənədlər var idi. Onu alıb göz gəzdirəcəkdim.
-Arzu, mənim otağıma gəl bir dəqiqə.
- Əlbəttə..
Arzu müdirin arxasıca gedib,otağa girir.
-Arzu, sən nə üzrə işləyirsən?Jurnalistsən,elə deyil mi?
-Elədir.
-Son zamanlarda yazdığın məqalələrə göz gəzdirdim,heç diqqət cəlb etmir. Bəlkə bir dəfə belə oldu bir daha olmaz deyə düşündüm, amma ki artıq neçənci dəfədir belə olur. Sən yazdığın məqalələr insanı cəlb etməlidi, oxumağa həvəs oyatmalıdı. Arzu, sən burda çalışan birisən, illərdir buradasan və o qədər yazılan maraqlı məqalələrin var, 3-4 məqaləyə görə səni qovmaq istəmərəm...Sənə bir daha şans verirəm.Hər gün baş verən monotonları deyil də, maraqlı məqalələr yazarsan yaxşı olar. Əks halda, qovulacaqsan. Yazacağın məqaləni gözləyəcəm. Ümid edirəm,əvvəl yazdıqların kimi maraqlı olar.
-Başa düşdüm, mən də bunu hiss etmişdim.. Yaxşı Bəhram bəy. Maraqlı bir hadisələri yazmağa,tapmağa çalışacam yenidən. Başqa sözünüz yoxdursa?
-Xeyr.. Çıxa bilərsən
Arzu otağına qayıdıb sənədi götürərək qapını bağladı. 1-ci mərtəbəyə tez addımlarla düşərək, Fərhadın yanına getdi. Üzgün sifət halı ilə Fərhada "Gedə bilərik,işim bitdi"-dedi.Onlar qapını açıb, gəzərək dayanacağa doğru getdilər.
-Bəlkə artıq deyəsən?
-Nə? Nəyi?
-Elə bilmə ki hiss etmədim.Bayaqdan kefin yoxdur, və bir yerlərə baxıb nəsə düşünüb, öz-özünə "Yox,olmaz" deyirsən.
-Eh.. Axı əlbəttə olmaz!
-Arzu, bax görüm mənə. Nə olmaz?
- Müdir Bəhram bəy, maraqlı məqalələr yazmadığımı dedi. Haqlıdır da, mən axır vaxtlar işimi yaman axsatmışam. Məqalələrimi insan açıb oxumaq belə istəmir. Mən elə bayaq müdir dedikdə, işi buraxmalı idim!
- Nə danışırsan, nə işi buraxmaq. Müdir sənə nə dedi ki?
-Əvvəlki kimi maraqlı məqalələr yazmasam, hər gün baş verən monotonları deyil də oxumaqa həvəs yaradanları yazmasam,işdən qovulacağam.
-Sən neçə ildir işləyirsən orada?
-Artıq 4-5 il olar.
-Bu qədər ildir yazılan məqalələri qırağa atıb da, 2-3ü bəyənilmədi deyə işdən qovmaq da nədir?
-Haqlıdır, kim yanında belə işçini saxlayar ki?
-Sən nə dediyini bilmirsən. Narahat olma, yenə bacaracaqsan. Biz elə birlikdə taparıq!
-Artıq bir ümidim yoxdur, əl çəkmək istəyirəm alınmaz deyə. Amma illərdir məqsədim bu olub. Bəlkə də bacardım.Çünki bu mənim işimdir!
-Bəli, sən rahat ol..
Arzu ilə Fərhad dayanacaqa vardıqdan sonra, Fərhadla birlikdə bir az söhbət etdilər. Avtobus gəldikdə Fərhad Arzunun yanaqlarından öpərək, "Sən narahat olma,hər şey yaxşı olacaq" dedi. Arzu əllərindən tutaraq, "Yaxşıkı varsan, indi narahat deyiləm,əksinə bacaracağımı bilirəm."- deyib, avtobusa mindi.Pəncərə kənarında oturub,Fərhada əl salladı.
YOU ARE READING
Keçmişimi Anlatma (TAMAMLANDI)
Romanceİki uşaqlıq dostu illər sonra rastalaşar və yenidən əlaqələ qurarlar. Jurnalistlik oxuyub ,işləyərək öz ayaqları üzərində duran gənc qız Arzu və təhsilini yarım buraxmış Fərhad'ın hekayəsi. 🔥🔥🔥 Fərhad Arzunun gözlərini açdı və Arzu əllərini üzü...