5. bölüm

136 12 1
                                    

Arzu bütün gecəni yata bilməmişdi, müdirin dedikləri hələdə ağlının bir ucunda idi. Gah işdən ayrılmaqı, gah da bacaracağını düşünüb davam etməyi düşünürdü. Üzərini dəyişib, çölə çıxmaq istəyirdi. Bəlkə bir az diqqətcil olarsa, yeni məlumatlardan faydalana bilərdi. Üşümüş əllərini, ocağın üstündə isidirdi. 1stəkan isti çay töküb, qazın altını söndürdü. Bir neçə dəqiqə sonra evdən çıxmağa hazırlaşıb,qapını bərk bağladı. Açarları çantasına atıb, pilləkənlə düşməyə başladı. Binanın aşağısına gəzərək getdi və Fərhad əlində şokoladla Arzuya yaxınlaşıb , yanağından öpdü. 

-Gələcəyini bilmirdim, xəbər edərdin gərək
- Axı dünən demişdik, bu gün dünən getdiyimiz yerə gedəcəkdik.
-Eh, mən onu təmiz unutmuşam. İş barəsində düşünürdüm,ağlımdan çıxıbdır.
-Getmirik?
-Bilmirəm. Heç halım da yoxdur.
-Necə istəyirsən elə olsun..

-Ya da.. Ya da gəl gedək. Boş-boş gəzməkdənsə, insanlarla danışım,onları dinləyim.


Fərhadla Arzu uzun yol getdikdən sonra həmin küçəyə çatdılar. Bu küçəni bir az gəzdikdən sonra qarşıdakı kiçik bir mağazadan ağsaqqal bir kişi çıxdı.Bir az Arzu ilə Fərhada baxıb, sonra sözə başladı:


-Ey,siz.Bəri baxın görüm

Arzu ilə Fərhad ətrafa,sonra isə bir-birinə baxıb "Bizə mi deyir görəsən" baxışı etdilər.


-Sizinləyəm!

-Bizimləsən,dayı? ( Onlar qoca kişiyə baxıb, səsləndilər)
-Hə,bayaqdan sizə səslənirəm. Bəri gəl görüm sən
-Buyurun. (Arzu kişiyə yaxınlaşaraq)
-Siz burada qalansız? Heç görməmişəm 
-Xeyr, biz bura baxmağa,insanlarla danışmaqa, ehtiyacları var mı deyə soruşmağa gəlmişik.

Kişi Arzunun ilk əvvəl ayaqqabısına sonra geyiminə qəribə baxışla baxdı.
- Sənə nə bizim ehtiyaclarımızdan?.
-Elə deməyin, bəlkə köməyim toxunar. Həm də insanların yaşadığı həyatı maraq edirəm.
- Nəysə. Səni görməyim yaxşı oldu. Mən buradan çıxa bilmərəm,evdə çörək pulu gözləyən ailəm,uşaqlarım var. Mən burdan oraya gedib gələnə kimi, bəlkə də buraya bir müştəri gələr. Bunu aparıb bizim evə qoya bilərsən? Düz o qarşıdakı evdi, bax. İçində çörək və bir az da tərəvəz var. Ev də bu qarşıdakı görürsən ha, damı qırmızı olan. Bax oradı. Desən ki, Əliağa göndərdi məni, özləri bilər.
-Bəli,əlbəttə.

Arzu kişinin ona verdiyi çantanı götürüb, Fərhadla gəzərək o evə getdilər. Gəlib darvazanın qapısını açdıqdan sonra, evin dağınıq və tökük olduğunu görüb pis oldular. Həyətə addım atan kimi ayaqları palçığa batdı və eləcə asta-asta addımladılar. Evin qapısını döyüb, səs etdilər.

-Bizi Əliağa göndərdi. Sizə bunları verməyimi istədi

Qapının arxasından uşaqların səsləri gəlirdi. Qapının arxasında qulaq asıb gülürdülər, bir-birlərinə isə "sakit ol" deyirdilər.2dəqiqə sonra qapını bir cavan qadın açdı və bizə baxıb:

-Siz kimsiz? - dedi.
-Bizi Əliağa göndərdi. Sizə bunları verməyimi istədi. Buyurun. (Əlindəki çatanı qadına uzatdı)
-Çox sağolun.( Qadın Arzunun və Fərhadın ayaqqabılarına baxaraq), " Buralar palçıqdır, gərək darvazadan səs edərdiniz özüm gələrdim"
-Eybi yoxdur. Əslində biz burada qalan biriləri deyilik. Bura gəlib insanlarla danışmaq istədik. Sizin həyatınız, yaşamınız məni çox maraqlandırır. Ev dağınıq,tökük-tökükdür.
-Keçin içəri..
Qadın onları içəri dəvət edərək, əlindəki çantanı mətbəxə aparıb qoydu. 2stəkan isti çay töküb yanlarına gətirdi. Evdən gələn uşaq səslərindən bir-birini eşitmək olmurdu. Onlar otağa gəlib,yeni qonaqlara salam verdilər.Arzu onlara baxıb:
-Necə şirin uşaqlardır. Anası sizsiniz?

-Bəli..
-Siz işləyirsiniz, yoxsa?
- Xeyr, 3uşaqla necə işləmək olar ki? Həm də buna  həyat yoldaşım da icazə verməz. 
- Niyə uşaq baxçasına qoymursunuz ki?
-Boşuna xərc olmasın, özüm uşaqlarıma baxıram evdə. Həm dedim axı həyat yoldaşım icazə verməz mənə.
-Başa düşdüm..Amma qadının işləməsində nə var ki? Ehtiyaclar olur. Hər dəfə öz ehtiyaclarına görə də pul istəmək olmaz axı. Ya da nəsə darda qaldıqda sənin də cibində pul olsa pis mi olar?

-Düz deyirsən, amma icazə verməz ...
-Başa düşdüm.. Bəs nə kimisə ehtiyaclarınız var? Biz köməklik edə bilərik
-Xeyr. Çox sağolun.

Arzu ilə Fərhad ayağa qalxaraq, evdən çıxdılar. Bir az gəzikdən sonra Arzu Fərhada baxıb:
-Bəlkə elə bunu bir məqalə olaraq yazım? 
-Nəyi?
-Qadının danışıqlarını,hisslərini. İcazə olmadığı üçün çalışa bilmədiyini. Məcbur belə həyat yaşadığını,uşaqları baxçaya pula görə qoya bilmədiklərini. 
-Bilmirəm, bəlkə yeni məlumatlar əldə etdin? Səbr et. Mən də sənə köməklik edəcəm.
-Yaxşı,gözləyək..İndi hara gedirik?
-Hım.. Gəl mənimlə.


Gecə düşdü və 2saat sonra Fərhad Arzunun əllərindən tutaraq "Gəl, qaçaraq gedək, bax qarşıdadır" dedi.

Onlar qaçaraq getdilər və Fərhad çatmağa az qalmış Arzunun gözlərini əli ilə bağladı. 
-Narahat olma, çox az qalıbdır. 
-Yıxılacam indi, bura daşlıqdı.
-Mən baxıram yerə, sən rahat gəz.Mən səni yıxılmağa qoymaram. Əgər yıxılsan səni tutaram.

Fərhad Arzunun gözlərini açdı və Arzu əllərini üzünə qoyub dodaqlarına tərəf yaxınlaşdırdı.Gecə vaxtı hündür bir yerdə,bütün şəhər ayaqları altında idi. İşıqlı Bakı yenə çox gözəl görünürdü. İşıqlar parıldayır, qaranlıq şəhəri bəzəyib, gözlərdə xoş bir mənzərə yaradırdı. Küləyin səsi və şəhərdəki maşınların səsi qulağa gəlirdi.Arzu Fərhadın əlindən tutaraq bu mənzərənin gözəlliyinə dalmışdı.Onlar bir-birinə tərəf dönərək, göz-gözə gəldilər. Fərhad Arzuya sarılmamaq üçün özünü güclə saxlamışdı. Arzu isə onun gözlərinə baxıb təbəssüm edirdi. Boynuna sarılaraq ona çox xoşbəxt olduğunu dedi. 
- Arzu, çox gözəl baxırsan mənə, baxışlarında itirəm, yox oluram. Çox gözəl gülürsən, insan bu mənzərəni buraxıb, səni izləmək istəyir.Sənin incə əllərin mənim yanaqlarıma toxunsa,,heç tərpənmədən, heç dinmədən eləcə qalaram.İtirərəm ünvanı, qeyb olaram kimsəsiz, səssiz küçələrdə.Sən mənim qaranlıqdan gələn işığımsan.. Sən mənim səmamsan,ucu-bucağı bilinməyən, görünməyən. Mən dənizəm, sən dalğa. Var olursan burada.. məni mən edirsən,gözəlləşdirirsən. Mənim qəlbimin bir açarı var. Qapıları bağlıdır, bircə sənə açıq. Amma yenə də açarları səndədir.
Arzu onun gözlərinə baxaraq bu sözləri dinlədi və Fərhadın əlini öz qəlbinə uzadaraq qoydu.
- Bax, qəlbimin ritminə. Sən yanımdasan deyə dəyişir, elə olur ki ritm tezləşir, elə olur ki dayanır eləcə.. Sən buradasan. Qəlbim sənin evindir, səni orada gizli bir yerində saxlamışam. Bir də ağlımın bir küncündəsən. Hansı ki daima sənin adın olur dilimdə. Bir şeylərlə məşğul olduqda, sən gəlirsən ağlıma. Oturub səni düşünürəm, ağlıma qarşı çıxmıram. İşimi atıb, səni düşünməklə məşğul oluram. Davam etdirirəm xəyallarımı, gecə-gündüz. Tək qəlbimdə və ağlımda deyilsən. Gecələr də səninlə oluram, yuxularımda... Mən həmişə səni görürəm, məsafələrin önəmi yoxdur, gözümü yumduqda buradasan.

Sanki dünyada zaman dayanmışdı, sadəcə bu 2 gənc sarılaraq, hiss edirdi sevgilərini.


Keçmişimi Anlatma (TAMAMLANDI)Where stories live. Discover now