Arzu Xəstəxanada

123 13 3
                                    

Arzu ilə Fərhad birlikdə çox gözəl vaxt keçirirdilər, Arzu bir oğlana qarşı ilk dəfə belə hisslər keçirirdi. Gecə başını yastığa qoyduqda, ağlında Fərhadı düşünüb ona içdən gələn sözlərini deyirdi. Həqiqətən görüşdükdə isə sadəcə gözlərinə baxar və düşündüklərini də unudardı. Fərhad da həmçinin, Arzunu düşünüb onunla bir çox xəyallar qurardı. Onunla edəcəklər siyahısını belə hazırlamaq istəmişdi, həyatını onunla keçirməyi düşünürdü. Onlar birlikdə ən gözəl cütlük olmuşdular, həyatın dadını birlikdə çıxarmaq,əylənmək istəyirdilər.

Arzu qarşısına qoyduğu məqsədi gərçəkləşdirmişdi. O bir jurnalist idi. Adi jurnalistlər kimi yox, insanlara maraqlı hadisələri anladan,kömək edən birisi idi. Çantasını yığıb evdən çıxdı və asta addımlarla getdi. Dağınıq saçlarını əli ilə gah o tərəfə, gah da bu tərəfə  edirək düzəldirdi, əlindəki şokoladdan bir dişdək alaraq günə xoş başlamaq istədi. Bu səfər onu narahat edən saçlarını,birdəfəlik əsəbi halda arxaya doğru çəkdi. Şokoladını heç fərqinə varmadan az qalsın bitirəcəkdi ki tez çantasını açaraq ora atdı. Qarşıdakı mağazaya girərək, oradan su alacaqdı ,yolu tam keçəcəkdi ki, qarşıdakı maşın az qalsın Arzunu vuracaqdı. Arzunun qarşısından sürətlə keçdi, ona sürtünərək keçməsi belə an məsələsi idi. Arzu günə belə əsəbi başlamışdı və bərkdən sürücüyə yolun ortasında qışqıraraq  "Adam kimi də sürə bilmirsiz, elə bil buradaki can deyil!"- dedi.
Saçını yenidən arxaya atıb, əsəbi addımları ilə yolun geri qalanını keçdi. Mağazaya qəribə baxışla girib,insanlara tərs-tərs baxdı. Burada işləyən Mədinə xala ona baxıb,soruşdu;
-Arzu? Nə olub sənə de görüm
- Heçnə ay Mədinə xala. Elə çıxmışdım çölə, yaman əsəbiyəm. Bu əsəblə inanmıram ki günüm xoş keçsin.
-Niyə əsəbləşmisən? Heç səni belə görməmişdim. Şən bir qız idin,sən mağazaya girəndə insanların ruh halı dəyişir lap. ( təbəssüm edərək)
-Eh, işlər yolunda deyil. Yaman pisəm, heç inanmıram ki bacaracam. Elə qalmışam çöllərdə ki,məlumat toplayım.
- Nə olub ki ?
- Müdir deyir ki, axır vaxtlar bildiyimiz,hər gün baş verən hadisələri qeyd edirsən. Əvvəlki kimi deyilsən, yeni xəbərlərlə bir məqalə yazmasan qovulacaqsan.
- Aa, sən orada gör neçə ildir işləyirsən,nçnçnç!
-Eeh ,Mədinə xala, haqlıdır da. Mən işçiyəm,bəyəm kim yanında bacarıqsızı tutub boşuna da maaş verərki?
-Elə demə,sən bacarıqlı qızsan. Elə jurnalist olmaq da tam sənlikdir. Narahat olma, yaxşı olacaq,mən inanıram sənə.
- İnşallah elə olar... Hə, mən su almaq üçün girmişdim. Evdən elə çıxmışam ki, heçnə vecimə olmadı,necə çıxdığımı xatırlamıram.
-Hə hə,buyur keç.( Arzunun qarşısından çəkildi)

Arzu qarşıya keçib suyu götürdü,indi ağlına gəldiki Mədinə xalanın qızı Züleyxa xərçəng xəstəsi idi və müalicəyə başlayacaqdı. Onun yanına gedərək,qızının halını soruşdu.
-Necə də yadımdan çıxıbdır, Züleyxa müalicəyə başlayacaqdı,necədir indi?
-Heç demə,əldə ovucda olan, neçə ildir güclə topladığımız pulu müalicəsi üçün veririk, elə 2 gündür ki başlayıbdır, amma hələ həkimlər bizə düzgün,dəqiq cavab verə bilmir.
- Mən onu bu gün görmək üçün gedəcəm,onunla danışmaq istəyirəm. Tək qalmasın.
- Hə qızım, get. Tək qaldıqca daha da pis olur,mənə də işdən çox qalmağa icazə vermir, pul qazanmaq üçün məcburam nə edim? Ehh..
- Başa düşürəm sizi, indi bu dəqiqə mən Züleyxanın yanına gedirəm.
-Get, qızım,get.. Mən də elə bayaq danışdım onunla,həkimə zəng etdim, əlindən telefonunu da alıblar qızın, indi orada sıxılar o.

Arzu Mədinə xala ilə sağollaşıb mağazadan üzgün çıxdı. Əsəb hissi yox olmuşdu və xərçəng xəstəliyinə tutulan gözəl insanları düşünüb, onlara çarə tapmaq istəyirdi. İndi çox insan gözəl həyat yaşayır, amma bu xəstəlikdə olan insanlar,həyatla artıq vidalaşdığını düşünür və günləri sayaraq, göz yaşlarını gizlədirdilər,güclü olmağa çalışırdılar. Ya da belə deməyək, onlar həqiqətən də güclü insanlardır ki, mübarizə aparırlar, bunu bilərək günlərini gözəl yaşamağa,davam etməyə baxırlar. Arzu dayanacaqda dayanan avtobusa qaçaraq getdi,avtobus işə düşəcəkdi ki, Arzu arxadan əl sallayaraq arxasıca qaçdı və tənginəfəs qapıdan içəri daxil oldu. Ayaqüstə durub eləcə Züleyxanın halını və  bu xəstəliyi tutmuş bir çox insanı düşünürdü. Az yaşlılar var idiki cüzi şeylərlə xoşbəxt olurdular. Əllərində oyuncaqlarla oynamaq üçün dost axtarırdılar.Hələ onlar üzülməyi,dərd çəkməyi bilmirdilər amma bu xəstəliklə həyatlarında bir yetişkin insan kimi üzülməməyə,güclü qalmağa çalışırdılar. Həyatla mübarizə aparır,gərçəkləri bilərək yenə də bir yetişkin kimi hər şeyin yaxşı olacağını düşünürdülər...

Keçmişimi Anlatma (TAMAMLANDI)Where stories live. Discover now