Arzu ailəsi ilə

99 13 1
                                    

Saat 04:00

Arzu yuxusundan dik atılaraq oyandı, üzünə düşmüş saçını əli ilə arxaya atıb tərini sildi. Gördüyü yuxu onu çox qorxutmuşdu və 1stəkan su içmək üçün ayağa qalxdı. Onun otağı yola tərəf baxırdı və hər gecə maşın səslərini eşidərdi. İndi gecə 4 olduğundan yoldan nadir hallarda maşın səslərini eşitmək mümkün olurdu. Arzu isti ədyalının altından çıxa bilmir, su içmək üçün mətbəxə getməyə ərinirdi. Bir az hava istiləşmişdi deyə,gecə pəncərəni açıq qoyub yatmışdı. Külək pərdəni yerindən oynadırdı və səsi hər saniyə gəlirdi. Arzu əli ilə gözlərini ovuşdurub, ayağa qalxdı. Pəncərəni bağlayıb,pərdəni düzəltdi. Ədyalın altında isinmiş ayaqlarını soyuq parket üzərində saxlaya bilmir, mətbəxə doğru tez qaçırdı. 1stəkan suyunu tökdükdən sonra, 1uddum içmək üçün aldı və soyuq olduğu üçün onu daha da üşütdü. Bir az sudan içib, mətbəxin işığını yanılı qoyaraq öz otağına keçdi. Ədyalını qaldırıb, tez yatağına uzandı və çənəsinə qədər ədyalı çəkdi. Ayaqlarını yığcam formaya gətirib,isidirdi. 1-2dəqiqə isindikdən sonra əlini uzadıb telefonu götürdü. Gecənin 4ü.. Və Arzu Fərhada mesaj yazmaq istəyirdi. Əvvəlcə nə yazsın deyə düşünürdü,yazıb-yazıb silirdi.
-Fərhad, indi sən yatmış olarsan, mən indi yuxudan oyandım və sənə yazmaq istədim. Amma indi nə yazım bilmirəm. Gecən xeyrə, Səni sevirəm!

Arzunun gözlərində telefona baxmağa hal qalmamışdı, qapanırdı.. Telefonu kənara qoyub, sağ tərəfə çönərək gördüyü yuxunu fikirləşdi. Gördüyü yuxunu isə bilmək elədə çətin deyil. Dünən xəstəxanada gördüklərindən sonra, gecəni xeyli düşünmüşdü. İnsan gün boyu nəyi çox düşünərsə,bu yuxusuna da təsir edər.

Saat 09:00

Arzu bu gün telefonunda vaxtını qurmuşdu ki, saat tezdən 09:00da oyansın. Bu gün də saatını hər 5-10 dəqiqə sonraya qurdu ki, çalan saatı rədd etdikdə yenidən çalsın və oyana bilsin. Bunu məncə çox insan edir...

Arzu yatağından qalxdı.Üst-başını geyinib, əl-üzünü yuyub və yeməyini yedikdən sonra qapını bərk bağlayıb,açarlayıb pilləkənlə düşməyə başladı. Aşağı mərtəbələrdən səslər gəlirdi və eşitmək mümkün olmurdu. Sadəcə kimlərinsə orada danışdığını bilmək mümkün idi. Pilləkənləri düşdükcə səslərin arasından öz adının da səsləndiyini eşitdi. Yəqin ki onu axtaran birisi var idi. Ya da insan bəzən kiminsə onu çağırdığını,onun adını səsləndiyini eşitdiyini sanar,cavab verər və elə şey olmadığını anlar kimi hadisənin yenidən baş verdiyini düşündü. Səslərin gəldiyini mərtəbəyə düşdükdə "Arzunun anasıyam mən,burada hansı mərtəbədə qalır o? İş yerindən tapmışam adresi" -sözlərini eşitdi.
Arzu pilləkəni cəld düşüb, maraqla səs gələn mənzilə baxdı.

-Ana?
-Qızım! Eh ,səni güclə tapdım!İş yerindən axtardım, elə əsl ana da belə olar.. -(Fəxrli bir səs tonu ilə)

Arzu nifrət baxışı ilə anası Reyhana baxdı. Və bu mənzərə..... Atam Kazım da burdadır!

(Günə bir dəfə də olsun xoş başlayım,nə olar axı?! Olmalı idi də bu! Gözləmirsən,gözləmirsən, birdən gəlirlər!) -Arzu  bunları düşünərək  qəzəblə ailəsinə baxırdı.

-Xeyirdimi?
-Eh qızım,  başımıza gələnləri bir bilsən.

- (Bilirdim elə,yoxsa niyə axtarasınız ki məni?) Mənə "Qızım" demə. Başınıza nə gəldiyi ilə də maraqlanmıram. İcazə verin həyatımı necə yaşayırdımsa davam edim.
Arzu onların qarşısından sərt şəkildə keçib pilləkəni enməyə başladı.
-Arzu, sənə belə tərbiyə verməmişdim mən! Ayıb olsun sənə! İcazə verməsəydik bu gözəl həyatı heç ağlına da gətirə bilməzdin! Unutma.
-Nə danışırsan? Nə istəyirsiz yenə məndən? Mən tərbiyəmi səndən almamışam onsuzda və sizdən də icazə almadım, siz məni onsuzda qovmaq üçün bir bəhanə axtarırdınız. İndi də niyə gəldiyiniz məni maraqlandırmır. 
-Bir qulaq as da, borclara girmişik,nə edək bilmirik, sənə verəcəyimiz o ərazini də satdıq,nə edək axı? Məcbur idik
-Satın,bundan mənənə? Onsuz bilirdim ki,mənim olmayacaq. Özümə bir həyat qurdum və gözəl də evim,yaşayışım və sənətim var.
-Tək bu deyil,  bacın İncidə böyrək çatışmazlığı var

Arzu bir az fikirli onlara baxdı:

-Bundan mənənə? Allah köməklik etsin.

-Nçnçnç! Çox vəfasız bacısan,çox! Səni belə bilməzdim.. Heyf, İnci də sevinmişdi ki bir əlac taparıq.
-Nəəə??? Nə danışırsan sən? Nə əlacı? 
- Əməliyyat olacaq deyirəm, böyrək çatışmazlığı var,Arzu. Axırı pis olacaq,ölə bilər. Bu yaşda qız dərd çəksin? Ağrı çəksin?
-Çıx get burdan! Nə danışdığını bilmirsən.. Mən də sənin qızınam.

Atası Kazım,Reyhanın qolundan tutub geri çəkdi və özü qabağa gəldi.

-Vəfasız! Sənin kimi qızımız olacağına, olmazdı daha yaxşı.. Səndən nə övlad, nə də bacı olar!

Arzunun əsəbdən gözləri dolar və sözlərini titrək səslə söyləyər:

-Gedin buradan! Necə çıxdınızsa həyatımdan, maraqlanmadınızsa mənimlə indi də elə gedin,maraqlanmayın, heç nə də istəməyin. Buna haqqınız yoxdur!
-Gəl,gəl, bundan adam olmaz! Nahaq biz bura bu vəfasızın yanına gəldik. - Kazım Reyhanın qolundan tutaraq pilləkənə doğru apardı.

Arzu əsəbdən öz-özünə danışıb,onlar düşdükdən sonra çıxıb getdi.

Keçmişimi Anlatma (TAMAMLANDI)Donde viven las historias. Descúbrelo ahora