Arzu binanın aşağısına enərək dayanacağdan aşağıda Mədinə xalanı görmək üçün mağazaya getdi. Onun yanına gedib bir az söhbət etmək istədi. Mağazadan içəri daxil olaraq,onu çağırdı. Mədinə xalanın səsi bir az uzaqdan gəldi, get-gedə yaxınlaşmağa başladı və daha aydın eşidildi.
-Arzu,qızım ,sənsən?
- Bəli, mən gəldim.. Necəsiz Mədinə xala?
-Şükür Allaha,qızım. Sən necəsən?
-Mən..Yaxşı..
-Deməli,nəsə olubdur. Danış görək.
-Anamgil gəlibdir. Bir az danışıb getdilər,guya indi onlar məni görməyə gəlmişdilər,dediklərinə görə. Sonra məlum oldu ki, ərazimi satıblar.. Və hələ biri də var, nəysə..
-Nə ərazi? Nçnç, belə də ailə olar? Bir də bunu demək üçün durub gəliblər,ehh..
-Yox,tək bu deyil. Bacımın böyrək çatışmazlığı var,məndən kömək istəyirlər.
-Sən nə dedin?
-Nə deyəcəm? "Yox" dedim,əlbəttə ki.
-Nə bilim...
-Necə ki? Kömək edim?
-Bacındır deyə dedim. İstəmirsənsə məcbur deyilsən ki.
- İnci ilə aram yaxşı deyil. Mənim ailəm yoxdur demək olar ki, onların hamısı mənə yaddır. Yad insanlara köməklik edəcək deyiləm.
-Düz edirsən. Baş qoşma sən onlara. Elə bil analıq,atalıq ediblər bir də gəlib kömək istəyirlər.
-Nəysə Mədinə xala. Mən Züleyxanın yanına getdim axı dünən, bir az qəribə danışdı. Hələ də ağlım onda qalıbdır. Çox pis oldum o elə danışanda. Orada yalnızdır. Hər şeyi də alıblar əlindən, deyirəm bəlkə sən icazə alasan gedəsən yanına? Tək qalmasın. Mən də hər gün yanında ola bilmirəm,işlərim olur.
-Haqlısan, amma mən də axı pul qazanmalıyam ki,onun müalicəsini edə bilək. Ehh, sanki mən istəmirəm qızımla olmağı. Nə edim axı? Bu nə həyatdır..Belə yaşamaq olar?
-Mədinə xala, mən sizi üzmək üçün demədim. Demirəm işdən ayrılın,icazə alın 1-2 gün Züleyxanın yanında qalın.Həqiqətən də o, orada yalnızdır.
-Yaxşı,görüm icazə verəcək mi müdir.
-Verər,verər. Nəysə,mən gedim indi işlərim var.
-Yaxşı qızım, hələlik.
Mədinə xala Arzuya sarılıb öpdü.Fərhad yorğun olduğu üçün bütün gecəni yatmışdı, səhər qapının bərk döyüntüsü ilə bu günə gözlərini əsəbi açdı. Ayağını sərt formada yerə qoyub, dağınıq,bir az da qıvırcıq saçlarını qaşıdı. Əlini yumruq formasında tutub yatağa vurdu və qalxdı.
"Mənim evimin qapısın kim,nə haqla bu cür döyə bilər?! Gəlirəm,gözlə!"
Qapını sərt şəkildə açdı və qarşısında ailəsini gördü. Anası Nübar və atası Məmməd..
-Nə olub oğul? Yaman yatmışdın, min dəfə döydüm qapını, gördüm eşidən deyilsən,mən də sərt döyməyə başladım.Fərhad saçını düzəldib;
-Hə,keçin ana. Buyurun.Atası içəri keçib,ayaqqabılarını çıxardı.
-Xoş gəldin,ata.
-Xoş gördük. Sən Fransaya gəlmədin,amma bax biz gəldik bura. Evində bizə də yer var?
-O nə deməkdi ata? Əlbəttə,heç eşitməmiş olum.Nübar xala əlindəki çamadanları,torbaları yerə qoydu,sarı saçlarını arxaya doğru düzəltdi. Fərhadın yanaqlarında tutub, öpdü.
-Necə yatmışdınsa eşitmirdin, deyəsən çox yorğun idin.
-Hə,ana. Elə idim..
- İş məsələn noldu? Gedirsən?
-Hələ yox,bir iki dizayn şəkilləri çəkib verəcəm, hələ ki vaxtım var. 1aya başlayaram işlərimə də.Onlar içəri daxil oldular, Fərhad isə üst-başını geyinmək üçün otağa keçdi. Əlinə telefonu alacaqdı ki, Arzu ona zəng etdi. Fərhad yorğun olsa da ona bildirmədən,gülərək cavab verdi.
-Arzum, necəsən?
-Yaxşıyam. Sən necə?
-Mən də yaxşı.. Nəsə olub?
-Xeyr, deyəcəkdim ki,boşsansa bəlkə bu gün görüşək.
-Mən bir azdan gələrəm. Harda görüşək?
-Bizim kafede səni gözləyəcəm.
-Hələlik.
ESTÁS LEYENDO
Keçmişimi Anlatma (TAMAMLANDI)
Romanceİki uşaqlıq dostu illər sonra rastalaşar və yenidən əlaqələ qurarlar. Jurnalistlik oxuyub ,işləyərək öz ayaqları üzərində duran gənc qız Arzu və təhsilini yarım buraxmış Fərhad'ın hekayəsi. 🔥🔥🔥 Fərhad Arzunun gözlərini açdı və Arzu əllərini üzü...