Birlikdə xoş vaxt

53 9 0
                                    

Bu gün Arzu ilə Fərhad gecə saat 4ə qədər oyaq qalmışdılar,yatmaq üçün özlərinə yer düzəltdilər və yatdılar..

Səhər açıldıqda isə Arzu daha erkən oyanan olmuşdu. Fərhad oyanıb mı deyə baxmaq istəyirdi və elə onun qaldığı otaqla üzbəüz Fərhadın yatdığı salon görünürdü. Qapının qarşısından Fərhada baxdı və yorğanın onun üstündən sürüşüb yerə düşdüyünü,sadəcə bir qisminin Fərhadın üzərində olduğunu gördü. Salona keçib yorğanı yerdən qaldıraraq Fərhadın üzərinə örtdü və heç fərqində olmadan birdən gözlərini onun gözlərindən silkələdi. Necə məsum yatdığını və necə səssiz qalışını izləyirdi.. Sadəcə nəfəs alış verişini duymaq olurdu. Arzu yerə oturaraq başını Fərhadın sinəsinə qoydu. Qəlb döyüntüsünü dinləmək onu sanki rahatladırdı..

Həmin vaxt Fərhad yavaş-yavaş gözlərini açdı və qəflətən başını qaldırdı. Arzu tez başını çəkdi..

-Oyanmısan?

-Yeni oyandım..

-Mən də daha durum,yaman çox yatdıq..

-Yox,saat hələ 9dur.

-Saat erkən olanda niyə həmişə hava belə soyuq olur? Və bu vəziyyətdə sən niyə evdə ayaqyalın gəzirsən?

-Iı,indi oyandım dedim axı

-Get corablarını geyin,sonra nəsə yeyək çıxaq

Arzu sanki getmək istəmirdi, Fərhad belə deyərkən bir az pis olmuşdu və ondan sıxıldığını düşünməyə başlamışdı. "Mənimlə bir olmaq istəmir ki? Mən onu sıxıram? O mənim yanmda sıxılır?" kimi düşüncələri beyninin bir kənarında dolaşdı.. Sonra Fərhad ona baxıb gülümsündü.

-Niyə susdun? Getmək istəmirsən?

-Nə? Yox, gedək.. (Yəqin ki məndən sıxılır, onu çox sıxmayım və burada onunla qalmaq istədiyimi bildirməyim)

Fərhad ayağa qalxaraq, əl-üzünü yumaq üçün ayaqyoluna getdi. Arzu isə mətbəxə keçərək,qazın altını yandırdı,çayı isitmək üçün üzərinə qoydu.

Fərhad əlini üzünü yuduqdan sonra, Arzuya otağın qarşısından yüksək səslə səsləndi:

-Arzu, sənə heç yaxın dostumdan bəhs etmişdim?

-Kimi deyirsən?

-Cəlil

-Yox

-Qəribədir..

-Adını eşitmişdim

-Hə biz danışmırdıq. Srağagün barışdıq, elə yəqin buna görə mövzunu açmamışam

-Ola bilər,çay da isindi,mətbəxə gəl

Çaylarını içib bitirdikdən sonra,hazırlanaraq evdən çıxdılar. Fərhad Arzunun şərfinin açıdığını görüb, onu özü sıx bağladı ki,üşüməsin.. Sonra burnu qızarır..
Arzu yol kənarındakı ensiz daşlar üzərində gəzərkən yıxılırdı, Fərhad onun əllərindən tutaraq yıxılmasına mane olurdu.. Daima uşaq kimi hərəkətlər edən Arzu daha Fərhadı sıxsın istəmirdi.. Çünki bəzən Fərhad ona elə baxırdı ki, o özünü sadəcə mənasız bir axmaq kimi hiss edirdi.

-Sən də haqlısan..

- Necə?

-Belə baxmaqda.. Bəlkə də içində "Bu uşaq niyə yanımdadır?!" deyirsən.

-Nə danışırsan,Arzu?

-Deyirəm ki,daha ciddi olacam. Sən bilirsən ki ,mən onsuzda ciddi,kobud biriyəm.. Amma mövzu sən olduqda,yanında şıltaqlıqlar edən "Uşaq Arzu" oluram..

Keçmişimi Anlatma (TAMAMLANDI)Where stories live. Discover now