son iki saat ərzində olanlar.... susurdu qadin...
pəncərədən görünən buludlarla örtülmüş hava... noyabr ayi olmasina baxmayaraq hazir idi artiq qar dənələrinin havadan yerə süzülərək uşaqlari sevindirməsinə, bütün pislikləri gizlətməyə, qadinin göz yaşlarini buz parçasına çevirməyə.. yaxşi bunlari keçdik, bəs evsizlər, kimsəsizlər, insanlarin arasinda itib batan onlarca bir tikə çörəyə möhtac olanlar? Düşünmürdü belə soyutmaqa davam edirdi insafsizcasina. Hava qaraldiqca binalarda işıqlanan pəncərələr, pəncərələrin arxasindaki kölgələr , kölgənin sahibi insanlar. Digər otaqdan gələn səslər, məktəbdən çıxan uşaqların çığırtıları, yan qonşunun xişilti ilə səslənən radio səsi, küləyin köhnə pəncərələrdən gəlməsinə səbəb olan viyiltisi içində qeyri mümkün idi. qulaqciqlarda səslənən mahniya uyqunlasmaqa çalişan hiçqirilari eşitmək..
Düşüncələrindən oyanmasina ,əli ilə cəld uz gözünü təmizləməyə səbəb olan qapi döyülməsi. Zamanin necə keçdiyinin fərqində belə deyildi. Qulaqciqlari əlində idi artiq. telefonu alib saata baxmaq istəsədə cəsarət etmədi bilirdi çünki, hər keçən günü onun əleyhinə işlədiyini. Azca boğulmuş sanki illərinin yükünü saxlayan xiriltili səsi ilə "buyur gəl " deyə səsləndi
Səssizcə açilan qapidan irəliyə atilan hər adim köhnə döşəmənin cirildamaqina səbəb olurdu. bir anda qəlbinin atmasina eşidə biləcək qədər səssizləşdi otaq . Yorgun amma səsində azca gülümsəmə sezilən səsdən gələn suallari "Hər şey əladi narahat olma" deyə cavablandirdi. Deyəsən hec nə anlamamişdi..
#nami