Dəli divanə olub eşqindən şair,
Vəsf edir xəyalını hər gecə-gündüz
Səmadan gəlir sətirlər kədərə dair,
Tanrı qəm silahıyla vurur qəlbimi dümdüz...Sıxışıb dörd divara, dönürəm sağa-sola,
Qızıl saçlı balaca qızın gözləri önümdə
Bu boz şəhərdə birtəhər davam edirəm yoluma,
Cənnət baxışlı qız hər an könlümdə...Sev Bakını, bu şəhərdə bizim xatirələr,
Dalanlarda qırılıb qalan ümidlər şəhəri
Qəlb sahilimə yan alır gəmilər, ayrılır sevgililər,
Gecə kədərə boğulanlar göz yaşıyla açır hər səhəri...İncə səslər, yorğun baxışlar,
Göydən yağır şeirə əsalət
Musiqiylə azalır sanki ağrılar,
Təəssüf yoxa çıxıb dünyada ədalət...Qərb sevincdə, şərq qəmdə,
Çünki ölür günəşi görmədən körpələr
İnancları yalana qatıb əslində,
Tanrıyla savaşa girir ölkələr...Eşq ilə yoğrulsun xəmiri dünyanın,
Kaş, sevənlər ayrılmayaydı
Fəryadı dəhşətlidi bu kainatın,
Kaş, bu ürəyim sənsiz qalmayaydı...(c) Ramin Səkkiz / 2016. #Birşairingecəkədəri.
ŞİMDİ OKUDUĞUN
Gecələrin səsi.
Şiir"Gecələrin səsi" - romantikayla nifrətin və boz şəhərdə sevginin cəmiyyətə qarşı mübarizəsi. (c) Ramin Səkkiz. 2016. Qeyd: Kitabın cover-i Məhəmməd Osmanov (İyirmiüç) tərəfindən hazırlanmışdır.