"Bəlkə də hər şey başqa cür ola bilərdi"- deyə düşündü gənc adam. Əlində siqareti asta asta közərdikcə zəif,dərin baxışları harasa zillənib xəyala dalmışdı. Arada xırda öskürəyi otaqdakı sakitliyi pozurdu. Sinəsində ağrı verici xırıltı vardı. Hər nəfəs alışında içini incidirdi. Siqaretdən bir qullam alıb əlindəki vərəqdə nəsə yazamağa başladı. Əlini çənəsinə qoyub nə fikirləşdisə kağızı bükməliyib yaxınlıqdankı zibil qutusuna atdı. Otağı bu cür bükülmüş kağızlarla dolu idi. Küncdəki masanın üzərində viski və bir ədəd viski bakalı vardı. Masaya yaxınlaşıb viskidən bir qurtum alıb otaqda var-gəl etməyə başladı. Fikirlərdən az qala beyni deşiləcək həddə idi. Çarpayının bir küncündə oturub siqaretdən birini də yandırıb bir qullam aldıqdan sonra başını iki əlinin arasına alıb aşağı saldı. Neçə gündən bəri beynini didib parçalayan düşüncələr vardı. Heç özüdə bunun nə olduğunun fərqində deyildi.
Aşağıdan kimsə onu çağırdı.
+Mehdiii, ay Mehdii
Yerindən cəld qalxıb pəncərədən aşağı baxdı. Əliylə gəlirəm işarəsi edib cəld paltosunu geyinib çölə qaçdı....
Nihad Öztürk-Dəlixanadan sevgilər. Axtarış
YOU ARE READING
Dəlixanadan sevgilər
Mystery / ThrillerDəlixanadan növbəti məktub sizlərin qarşınızda...