Gecənin xoşbəxtliyindən yata bilməyən Fərhad və Arzu.
Səhər açılar açılmaz anası ilə atasının ayılmasını sevinclə gözləyən Fərhad, anasının ayaq səslərini uzaqdan eşitdi və dərhal yanına bir uşaq kimi qaçdı.
"Ana,atam hanı? Oyanmayıb hələ?"
"Oğlum,nə olub? Gözlə bir,indi oyanmışıq,o da gəlir"
"Hə,hə.. Tez gəlin sizə deyəcəklərim var "
Fərhad anası ilə atasını mətbəxtdə 15-20 dəqiqə gözlədikdən sonra onlar daxil oldular. Fərhad ayağa qalxıb onlara bu şad xəbəri,Arzunu deməyə başladı ki anası Nübar "Oğlum,gözlə süfrəni hazırlayım" deməsi ilə pozdu.
"Ana,bir gözlə,keç sizə sözüm var"
"Yaxşı,yaxşı."
"Ana ,ata. Sizə deyəcəyim söz budur ki, mən.."
Fərhadın telefonuna zəng gələr və "Lənət" deyərək sözünü kəsər,əlini cibinə salaraq telefonu çıxarar. Zəng edən işdən bir nömrə idi və təcili açması lazım idi.
"Bağışlayın,işdəndi,bu zəngi açmalıyam"
Fərhad telefonu açdı.
"Alo,buyurun"
"Alo,Fərhad bəy, sizi sabah günorta saatlarında şirkətdə gözləyəcəyik. Hazırladığınız dizayn işlərini də mütləq gətirərsiniz."
"Yaxşı,sabah orada olacam,çox sağolun,başqa sözünüz yoxdursa?"
"Yox,yox.. Elə bunu deyəcəkdik. Sağolun"
Fərhad telefonu söndürər və yenidən sözə başlayar
"Oğlum, sabah işə gedəcəksən?"
"Hə ana, bir dəqiqə ,indi sizə deyə bilərəm axır ki"
Artıq Fərhadın belə danışmasından anası və atası söhbətin nə olduğunu lap yaxşı anlamışdılar.
"Mənim sevdiyim bir qız var və siz onu tanıyırsınız. Sizlərə bu günə kimi deməmişəm,çünki bu münasibət hələ yenidir. Amma mən ona dünən gecə evlilik təklifi etdim. Biz yaxın bir zamanda evlənəcəyik"
Onlar Fərhadın bir sevdiyi olduğunu anlamışdılar. Amma məsələnin bu dərəcəyə çatacağı heç ağıllarının ucundan belə keçməmişdi.
"Belə tez? Evlilik qərarı belə tez verilməməlidi. Əminsən buna? Peşman olmayacaqsan ki?" deyə atası dilləndi.
"Əlbəttə tezdir. Belə tez qərar vermək də nəyə lazım?!" -Nübar bir az narahat oldu.
"Yox,yox.. Biz sadəcə bu qərarı almışıq. Hələ tələsmirik. Artıq aylardır sevgiliyik və o mənim uşaqlıq dostum Arzudur"
"Nə? Bizim Arzu?"
"Hə,ana.. Mən onu sevirəm"
"Elə şüphələnmişdim mən.."
"Ana.. Mən çox xoşbəxtəm. Və qərarım da qətidir. Biz evlənəcəyik"
Fərhad anası və atası ilə danışdıqdan sonra Arzuya zəng edib,onu evlərindən alıb görüşmək istəyirdi.
"Alo,Arzum"
"Fərhad,necəsən?"
"Yaxşıyam,çox yaxşıyam.. Sən necəsən?"
"Mən də həmçinin. Bu gün mənimlə gələrsən? Məqalələri çap etdirəcəm. Sonra isə müdirin yanına,iş yerimə gedəcəm."
"Əlbəttə,elə mən də sənin yanına gələcəkdim indi. "
Telefonu söndürdükdən 1 saat sonra Fərhad qapını döyər və Arzu sevinclə qapını açıb onu qarşıladı. Sonra birlikdə nəşriyyata gedib,o işi həll etməliydi.
Artıq havalar da get-gedə istiləşməyə başlayırdı, əvvəlki qədər buzdan deyildi yollar. Fərhadla Arzu əl-ələ tutaraq daha rahat gəzirdilər..Arzu bir çox məqalələr yazdı və hamısını əlinə toplayaraq Fərhadla birlikdə iş yerinə getdilər. İş yerinə çatdıqda heç öz otağına girmədən Bəhram bəyin otağının qapısını taqqıldadaraq,daxil oldu.
"Oo,kimləri görürük? Arzu xanım?"
"Bəhram bəy,bağışlayın,bir az gecikdim"
"Ümidvaram ki,gətirdiyin xəbərlər gecikdiyinə dəyəcək."
"Buyurun,baxın"
Arzu kağızları,qəzetləri müdirin masasına buraxdı. Bəhram bəy onlardan birini əlinə alaraq oxumağa başladı.
"Bir çox qadınlar uşaqlarını bağçaya qoya bilmirlər,çünki onların maddi problemləri çoxdur və hətta buna görə də işləmək kimi bir haqqları belə əllərində olmur. Yalnız maddi problemlərdən asılı deyil,hətta ailə böyüyü olan şəxs buna icazə verməməsindən irəli gəlir"
-Eh,bu çox sadədir,bunu heç yazmasan da olardı Arzu. Nə bilim e,məni heç təəccübləndirmirsən.
Bəhram bəy kağızı digər tərəfə ataraq,əlinə digərini alır və oxumağa başlayır.
"Xərçəng xəstəsindən əziyyət çəkən bir çox insanlar var. Və çox təəssüfki onlardan bəzilərinin maddi problemləri olduğundan müalicəsini davam etdirə bilmir,bəziləri isə heç müalicəyə başlamağa gücü çatmır....."
-Arzu,yenə maddi problemlər..
Bəhram bəy bu səfər ümidini təmiz itirir və bu kağızı da kənara ataraq,digərini oxumağa başlayır.
"Dünən universitetdə keçirilən "Rəsm Sərgisi"ndə bəzi hadisələr öz əksini tapıb. Burada nümayiş olunan rəsmlərin hamısı Fəridə Salmanova adlı gənc tələbəyə məxsusdur deyə hər yerə qeyd olunub. Amma nəzərə alaq ki,bunları edən həmin gənc tələbə deyil, bir başqasıdır . Rəsmlər isə oğurluq malıdır...."
-Nəəə?? Bu doğrudur??
-Əlbəttə.Bunu öz qulaqlarımla eşitdim.Rəsmlərin hamısı oğurlanmışdır.
-İnana bilmirəm. Aman Allah.. Bu xəbər hər yeri çalxalayacaq. Amma sənin adın gizli qalmalıdır.Bəli,bunu bilirəm.
-Sən bu işi çox yaxşı bacarırsan,Arzu. Sən həqiqətən ən yaxşı jurnalistsən!
-Çox təşəkkür edirəm,çox sağolun - deyərək Arzu sevinclə otaqdan sağollaşaraq çıxdı.
****
"Fərhad,Fərhad...."
Deyərək qaça-qaça gəlib Fərhadın boynuna sarıldı.
"Arzu,nə oldu? Necə keçdi?"
"Əla!əla!"
"Çox sevindim!" deyərək Fərhad Arzuya bərk-bərk sarıldı.
dayanacağa piyada yolu gedərkən Fərhadla Arzu xeyli söhbət etdilər.
"Arzum,biz dünən üzükləri taxdıq. Artıq nişanlı sayılırıq,bilirsən? Deyirəm bəlkə,nişanımızı qeyd edək, evlilik isə bir müddət sonra olar?"
"Bilmirəm ki, tez deyil ki?"
"Yox, amma yenə də sən bilərsən"
"Əslində,pis olmaz. 1-2 həftəyə hazırlıqları görməyə başlayarıq,1 aya nişanımızı qeyd edərik"
YOU ARE READING
Keçmişimi Anlatma (TAMAMLANDI)
Romanceİki uşaqlıq dostu illər sonra rastalaşar və yenidən əlaqələ qurarlar. Jurnalistlik oxuyub ,işləyərək öz ayaqları üzərində duran gənc qız Arzu və təhsilini yarım buraxmış Fərhad'ın hekayəsi. 🔥🔥🔥 Fərhad Arzunun gözlərini açdı və Arzu əllərini üzü...