Mədinə xala gözünü açana qədər Arzu baş ucunda,stulda əyləşib onu gözləyirdi. Yavaş-yavaş gözlərini açdıqda dərhal dikələrək "Qızım,qızım!" deyə səsləndi. Arzu ayağa qalxaraq onu nə qədər sakitləşdirmək istəsə də,bu qeyri mümkün bir hal idi. Mədinə xala həkimlə birlikdə təlaşla Züleyxanın otağına qaçdı.Mədinə onun saçlarını asta-asta sığalladı. Qapalı gözlərinin bir daha açılmayacağını,soyumuş vücudunun bir daha tərpənə bilməyəcəəyini və ona toxunan əli hiss edə bilməyəcəyini bilirdi.
"Kaş ki,sənin ziyarətinə çox gələrdim.."
Mədinə xala yanağına axan göz yaşını əli ilə silərək sözünə davam etdi.
"Hər şey yaxşı ola bilərdi.. Bilərdi.."
O an həkim müdaxilə etdi.
"Mədinə xanım, yəqin ki mərasimi bu gün edəcəksiniz."
"Hə.. Bu gün.." dedi və köksünə oturdu ...
*****
Bu gün keçirilən mərasimdə Arzu Fərhadla birlikdə gəlmişdilər. Mərasimdə Mədinə xalanın yanında olan iki gənc ona dəstək oldular. Gecə yarısı Fərhad Arzunu evə ötürdü və Arzu onu evə dəvət etdi. 2 stəkan isti kofelərini içib, bitkin vəziyyətdə səssizliyə son verdilər.
"Arzu, pis olma"
"Necə olmayım ki? Ehh."
"Siz Züleyxa ilə çox yaxın idiz?"
"Yox, biz sadəcə qonşu idik. Bəzən danışardıq. Heç dost da demək olmaz. Sadəcə xətrimizi çox istəyirdik. Amma adam pis olur da. Mədinə xala mənim anam kimidi. Ona görə çox pis oldum.. "
"Başa düşürəm.."
Həmin an Arzunun telefonuna zəng gələr və zəng edən şəxs anası idi. Arzu telefonu açdıqda səsini belə çıxarmadı.
"Arzu?? Alo"
"Hə?"
"Qızım,biz razı olduq bu işə"
Arzu təəccüblə üz ifadəsini dəyişdi.
"Həqiqətən?"
"Hə,qızım"
"Buna çox sevindim!"
"Amma, bir şərtlə"
"Nə?"
"İnciyə kömək edəcəksən. O elçilikdə,nişanda və toyda,hər gözəl anında iştirak edəcəyik"
"Nə danışırsan?! Belə də ana olar?! Eh! Söndür! Söndür!"
Deyərək Arzu telefonu üzünə söndürüb ,qəzəbli halı ilə telefonu masaya atdı.
"Nə olub?"
"Eh,nə olacaq ? İnciyə kömək et biz də hər gözəl anında iştirak edək"
"Aaa. İnana bilmirəm"
"Nə bilim,vallah! Çox fürsətçi ailəm var."
YOU ARE READING
Keçmişimi Anlatma (TAMAMLANDI)
Romanceİki uşaqlıq dostu illər sonra rastalaşar və yenidən əlaqələ qurarlar. Jurnalistlik oxuyub ,işləyərək öz ayaqları üzərində duran gənc qız Arzu və təhsilini yarım buraxmış Fərhad'ın hekayəsi. 🔥🔥🔥 Fərhad Arzunun gözlərini açdı və Arzu əllərini üzü...