Oturacaqların birində oturaraq dolu gözləri ilə mavi səmaya baxdı.. Beynində sərgilədiyi suallar onu yeyib-bitirirdi.
"Axı niyə? Nə səbəbə? Axı xoşbəxt idik,nişanlanırdıq.."
Həmin an Fərhaddan gələn zəng ilə göz yaşlarını silib,səs tonunu düzəldərək zəngi açdı.
"Bəli?"
"Arzu,sənsiz qala bilmirəm,mən gəlirəm səni aşağıda gözləyəcəm çıxanda xəbər edərsən"
"Hara gəlirsən?"
"Leylagilin evinin yanına"
"Tanıyırsan ki?"
"Yox,hardan tanıyım. Adresi de,gəlim"
"Ehtiyac yoxdu,mən parkdayam indi işə gedirəm. Sağol"
Arzu telefonu üzünə söndürdü və burada oturmağın mənasiz olduğunu düşünüb ayağa qalxdı, dayanacağa dogru getdi.
Leyla isə nə edəcəyini hələ bilmirdi. O an Fərhada zəng edib hər şeyi özü danışmaq istədi. Fərhad bilinməyən nömrəni açdı.
"alo,kimdir?"
"Leyla,Leyladır. Fərhad,Arzu ilə danışmalıyıq. O bizim şəkillərimizi gördü"
"Nə?! Nə danışırsan?! Bizim şəkillərimizi axı necə,necə görə bilər ,hə?!"
"Fərhad olan olubdu,xahiş edirəm. Görüşək və ona hər şeyi tək-tək anladaq,xahiş edirəm"
"Yaxşı,lənət olsun,yaxşı!"
Arzu artıq iş yerinə çatırdı ki, Fərhadın dayanmadan gələn artıq 12-ci zəngini açdı.
"Nə istəyirsən,Fərhad?"
"Elə şüphələnməli idim,biz yer təyin edəcəkdik,amma sən işə gedirsən!"
"Fərhad,məni narahat etmə."
"Arzu, xahiş edirəm. Görüşək,danışaq. Açıqlayacayıq"
"Fərhad mən artıq iş yerimdəyəm,məni həqiqətən narahat edirsən! Sağol."
Arzu öz otağına səssizcə qalxdı və masasının qarşısında oturdu. Həmin vaxt Bəhram bəy içəri girdi
"Arzu,xoş gəlmisən"
"Xoş gördük,Bəhram bəy." deyərək Arzu ayağa qalxdı.
"Necəsən? İşlər necə gedir?"
"Yaxşıdı.. "
"Eşitdim nişanlanırsan? Tarixi de biz də gələk"
"Hələ tarix dəqiq deyil.."
"Hə,yaxşı ,Arzu. Yeni iş yoldaşınız var"
"Eləmi? Kimdir?"
"Tərlan"
"Hə,lap yaxşı"
"Artıq bizlərlə çalışacaq.. Tərlan.. Tərlan gəl,bax bu da Arzudur"
Tərlan otaqdan çıxaraq Arzunun otağına keçdi.
"Salam,salam" Tərlan əlini Arzuya uzatdı.
"Salam. Xoş gəlmisən. Yeni işin uğurlu olsun"
"Çox sağol"
****
1 saat sonra
Fərhadla Leyla Arzunun iş yerinə gəlmişdilər. Otağa keçərək yalvar yaxar Arzu ilə bir təhər danışmaqın yolun axtarırdılar. Arzu onların hələdə bir-birinə baxıb "Əvvəl sən" deyə səslənmələrini görəndə daha da qəzəblənirdi.
"Siz mənimlə məzələnirsiz? Söhbətin nə qədər ciddi olduğunu deyəsən bilmirsiniz! Siz anasından nəyisə gizlədən 2 uşaq deyilsiniz ki,bir birinizə "Əvvəl sən söylə" deyəsiniz. Siz mənə açıqlama verməyə gəlmisinizsə,açıqlamanızı verin!Lənət olsun! Sən necə sevgilisən,Fərhad!? Hələ sən necə dostsan,Leyla?! Siz ikiniz,mənim arxamdan necə vurdunuz? Necə məni saf vəziyyətinə salıb oyun oynadınız!"
"Arzu,elə deyil e, sən həqiqətən səhv anlamısan" (Fərhad sözə başladı)
"Hə,Fərhad düz deyir. İndi o sənə hər şeyi danışacaq"
"Leyla,sən niyə gəlmisən? Məgər bunu tək deməli idim?"
"İlahi,sən mənə səbr ver! Münasibətinizi açıqlayırsınız e,bir az insanda abır-həya olar!". Deyə Arzu tükənmiş səbrini göstərdi.
"Əşi,səhv Leyladadır. Nə deyə şəklimizi saxlayır? Deməli mənə qarşı planları var"
"Fərhad bunu gələndə də deyə bilərdin! Mən sənə nə plan quracam? Arzu hal-hazırda o şəkillərin açıqlamasını istəyir,niyə otaqda olmasını yox"
"Gedin burdan!" (Arzu yüksək səslə)
"Yaxşı,yaxşı. Arzu,qulaq as. Sən gördüyün kimi deyil,yəni biz sevgili olmamışıq. Mənim ilk sevgim sənsən"
"Bəs o nə şəkillərdi?"
"Biz sevgili deyılık.. Biz..."
"Biz bacı və qardaşıq!" deyə Leyla Fərhadın tamamlaya bilmədiyi cümləni tamamladı.
"Nə???" (Arzu təəccublə )
"Hə,eşitdiyin kimi, biz bacı-qardaşıq" (Fərhad)
Bu vaxt Leyla cəsarətini toplayıb hər şeyi başdan anlatdı.
"Arzu,mən evladlığam. Sənə bunu demişdim,məni bir ailə böyütdü və mənim təhsilimdə də kömək etdilər. İndi tək yaşayıram,çünki nə qədər etsələr də öz ailəm deyildilər və mən də yük olmaq istəmədim. Mən 3 yaşında olarkən tərk olundum. O vaxt isə Fərhadın 5 yaşı var idi. Az da olsa məni xatırlayırdı. Bir gün anamız ilə atamız danışarkən,Fərhad bunu eşitmişdi. Hər şeyi.. Bir qızları,yəni mənim olduğumu və məni əsla uşaqları olmayan bibimgilə verdiklərini .. Amma bibimgil mənə 7 ay baxdılar, sonra hamilə olduğunu öyrəndi. Məni öz ailəmə qaytarmaq istədi amma ailəm artıq məni istəmədi. 2 uşağa baxmaq çətin olar deyə düşündülər. Fərhad bunları 2 il əvvəl öyrəndi. Və məni axtardı. Bibimin məni hansı ailəyə verdiyini araşdırdı. Məni tapdı və "Mən sənin qardaşınam!" dedi. Biz vaxt keçırdık.. Amma bunu ailəmiz kimsəyə demirdi,biz niyə deyək? Ona görə ,səndən də gizlətdik"
Arzu təəccüblə yaxın dostu Leylanın dediklərini dinlədi və bir cavab belə verə bilmədi.
"Hə,gərçəklər bunlardır. İndi Leyla,de görüm niyə otağa şəkillərimizi asmısan?"
"Eeh,lap böyütdün, dedim axı biz bacı-qardaşıq. O otağı bizə həsr etmişdim,şəkilləri kimsə görməsin deyə otağı bağlamışdım"
"Axı, bu nə böyük təsadüfdür" (Arzu fikirli şəkildə öz-özünə söylədi)
"Hə,təsadüflərə inan." (Fərhad qıyıq səslə)
"Yaxşı,gəlin barışaq. Boşuna aramızda küslük,ayrılıq olmasın" (Leyla ayağa qalxıb Arzuya sarıldı)
Onlar üçü də sarılıb barışdılar və hər şey öz yerini tapdı.

CZYTASZ
Keçmişimi Anlatma (TAMAMLANDI)
Romansİki uşaqlıq dostu illər sonra rastalaşar və yenidən əlaqələ qurarlar. Jurnalistlik oxuyub ,işləyərək öz ayaqları üzərində duran gənc qız Arzu və təhsilini yarım buraxmış Fərhad'ın hekayəsi. 🔥🔥🔥 Fərhad Arzunun gözlərini açdı və Arzu əllərini üzü...