Nişan❤️

41 7 1
                                    

Həmin günü Fərhadla Arzu nişan üçün məkan baxmağa getmişdilər və artıq nişan tarixini Arzu öz iş yoldaşlarına deyə bilərdi. Səhərsi günü işə sevinclə gələn Arzu, ilk qarşısına çıxana nişan tarixini deyib onu dəvət edərdi. Elə bunlardan biri də Tərlan idi. Kiçik toqquşma nəticəsində Arzu dik atılaraq;

"Ay, diqqətli olmaq lazımdı"

"Bağışla,fikrim yayınıqdı"

"Nəysə,nişanlanıram və səni də dəvət edirəm,gələrsən hə?"

"Niyə gəlməyim? Əlbəttə,gələrəm. Biz iş yoldaşıyıq"

"Sevindim!"

Arzu gülərək Bəhram bəyin otağına yaxınlaşdı və taqqıldadıb içəri daxil oldu. Ona da tarıxı dedikdən sonra, öz otağına keçdi. Masanın qarşısında əyləşib, bəzi sənədləri gözdən keçirdi. Bir neçə dəqiqə sonra açıq qapını taqqıldadıb içəri daxil olan Tərlan dərhal sözə başladı.

"Arzu,əyləşə bilərəm?"

"Bəli,buyur"

"Sən burada çoxdandı işləyirsən,az-çox xəbərin olmuş olar"

"Nədən?"

"Bir qulaq as.. Bir məqalə yazılmışdı, universitetdəki sərgi haqqında. Onu kim yazıb bilmirsən?"

"Yox.." Arzu başını aşağı salıb işi ilə məşğul oldu.

"Hə,o kimdirsə,yazıq. "

"Niyə ki?"

"Onu tapsalar məncə çox pis olacaq. Bəlkə də artıq axtarmağa çoxdan başlayıblar"

"Tapsaydılar,tapardılar. Aradan gör neçə həftə keçib. Boş şeylərdir"

"Sənə elə gəlir. Bəlkə də tapıblar,doğru zamanı gözləyirlər"

"Nəysə.. "

"Hə, deməli nişanlanırsan"

"Hə.."

"Adı nədir ki?"

"adı Fərhaddır..Sən niyə bu qədər sual verirsən?"

"Mən? Mən danışmasam dayana bilmərəm,öyrəşməmişəm təkliyə"

"Başa düşdüm.. Mən də artıq gedim,işlərim bitdi"

"Yaxşı,hələlik"

Tərlan otaqdan çıxdıqda Arzu qaşlarını qaldırıb dərin nəfəs aldı,sonra hazırlaşıb, iş yerindən çıxdı. Dayanacağa kimi Tərlanın dediklərini uzun-uzun düşündü. Bəlkə həqiqətən də doğru zamanı gözləyirdilər..

2 həftə sonra

Artıq nişan günü gəlib çatmışdı. Hər bir yaxınlar bu gözəl gündə iştirak etmək üçün burada idilər. Amma,təəssüf ki Arzunun ailəsindən başqa. Arzu bu vəziyyətə nə qədər bəlli etməsə də,çox pis olmuşdu. Axı həyatında bir dəfə olur və ailəsi niyə onu tək qoydu? Nişan başlamamış Fərhadla Arzu təklikdə bir qədər söhbət etdilər. Sonra buraya gələrək, bu gözəl günlərini birlikdə qeyd etdilər. Nişanın yarısında Arzu qapıdan gələn insanlara diqqətlə baxırdı ki, bunlardan biri də ailəsi idi. Tez ayağa qalxaraq,onlara tərəf getdi və əllərindən öpdü. Bacısı İnci ilə qucaqlaşıb,hal-əhvalını soruşdu.

"Səni tək qoyası deyildik" deyə anası söylədi.

"Yaxşı ki də tək qoymadınız,çox pis olmuşdum,gəlin keçin"

Burada Fərhadın da ailəsi var idi və görüşmək üçün ayağa qalxmışdılar. Onlar xeyli söhbət etdilər və sonra Arzu Leylanın əlindən tutaraq  anası Nübarın yanına gətirdi ki,tanışsınlar.

"Nübar xala, baxın bu mənim ən yaxın dostum Leyladır"

"Elə mi? Çox şad oldum ,qızım" deyərək gülümsündü.

"Həmçinin,mən də.."

Leyla Arzunun qulağına ;

"Niyə burdayam? Mən öz masama əyləşəcəm,Arzu. Burada olmamalıyam"

"Yaxşı,yaxşı.. Bağışla.."

...
Sonra Arzunun iş yoldaşları təbrik etmək üçün ona yaxınlaşdılar. Tərlan xüsusən Arzunun qulağına fısıldandı;

"Arzu, Fərhadla yaraşırsız ha"

"Haha,çox sağol" deyərək Arzu gülüş atdı.

Nişan boyu əylənən nə qədər ailə var idi .. Nişanın bitməsinə az qalmış, Fərhadla Arzu əl-ələ buradan ayrıldılar, və ilk görüş yerlərindən olan Bakı mənzərəsinin ən gözəl göründüyü yerə qalxdılar. Yenə gecə idi və yenə soyuq idi.. Yenə sarılaraq tökdü içlərini bir-birlərinə.

"Ehh,hələ də inana bilmirəm,biz nişanladıq.. Nişanlıyıq" deyə Fərhad Arzunun əllərindən tutub,parlaq gözlərinin içinə baxdı.

"Artıq sevgilidən də ötəsən mənim üçün. Yaxşı ki səninlə o avtobusda rastlaşdıq və hal-hazırda mənim həyatımı tamamlayan ən vacib parçasan"

"Arzum,səni çox sevirəm!"

"Səni çox sevirəm!"

Fərhad Arzuya yaxınlaşıb gözlərini bağladı. Yavaşca toxundu soyuqdan titrəyən dodaqları. Nə gözəldir gecələr,nə gözəldir soyuq havalar. Əgər onları sevib,sarılanları varsa..

Keçmişimi Anlatma (TAMAMLANDI)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ