QARIŞIQ VƏZİYYƏT

38 7 0
                                    

Arzu Fərhadın gözlərinə baxaraq,astaca dedi.

"Sən kimsən?"

Fərhadın dünyası dağılmışdı sanki.. Belə cavabı heç gözləmirdi,ola bilməzdi,mümkün deyildi..

"Mən sevgilinəm.."

Arzu halsız olduğu üçün gözlərini tez-tez qapayıb,açırdı. Həkim otağa daxil oldu.

"Xəstə gözlərinu açıb?"

Fərhad həkimə baxaraq
"Bəli"

Həkim Arzunun yanına yaxınlaşaraq,yaddaşında bir problem olub olmadığını yoxladı.

"Niyə xəstəxanada olduğunu bilirsən?"

"Xeyr.."

"Bəs, qarşındakı bu şəxsi tanıyırsan?"

"Xeyr,tanımıram"

"Gözlərini açmadan əvvəl,sən harada idin? Yəni bu xəstəxanada olmadıqdan əvvəl."

"Mən, mən işdən çıxırdım və dayanacağa doğru gedirdim"

"Bəs sonra?"

"Yağışlı hava idi,çox üşüyürdüm. Avtobus gələr-gəlməz minib,ən arxa oturacaqların birində əyləşdim, pəncərəyə yaslandım"

Fərhadın qəlbinə sanki bir bıçaq saplanmışdı. Bu ki onların tanışma günü idi..

"Sonra, kimsə yanımda əyləşdi. Nə dediyini tam olaraq xatırlamıram amma, mənim tanışım olduğunu və ona tanımaq üçün şans verməyimi istədi"

"Bu qəza necə oldu bəs?"

"Avtobusdan düşdüm və sonrasına dair heç bir fikrim yoxdur"

"Başa düşdüm"

Həkim Fərhada çölə çıxması üçün işarə etdi və birlikdə çölə çıxdılar.

"Fərhad bəy, siz onun hansı gündən danışdığını bilirsiz?"

"Mənimlə tanışdığı gün.. Onun yanında əyləşən elə mən idim. Həkim,o məni tanımadı.."

"Təxminən nə qədər müddət əvvəl?"

"Aylar əvvəl"

"Başa düşdüm, əgər bura qədər xatırladısa,çox güman ki, hər şeyi zamanla xatırlayacaq"

"O məni unutdu,bəs qəlbi? Necə olur ki, insan ağlı tanımırsa, qəlbi də vəfasız çıxsın,unutsun? O məni sevirdi..Məni xatırlasa,qəlbi də sevəcək?"

"Bu barədə heç bir şey deyə bilmərəm.. "

Həkim onun yanından ayrıldıqdan sonra Fərhad fikirdən özünü yeyib-bitirirdi. Axı bu qəzanı kim etdi?

Xəstəxanada Arzunun ailəsi də,iş yoldaşları da var idi. Hər kəs pərpərişan oturub Arzu üçün dua edirdi. Tərlan Arzunu tanımamasına baxmayaraq,onun üçün çox pis olmuşdu. Fərhada yaxınlaşıb, bu qəzanın necə baş verdiyini soruşdu. Sonra ağlına həmin məqalə gəldi. Keçən dəfə Arzu ilə danışdıqda, qəribə üz ifadəsi var idi.

"Fərhad,gör nə deyirəm. Sən bilmirsən, universitetdəki sərgi haqqındakı məqaləni bəlkə elə Arzu yazıb?"

"Nə dəxli var ki?"

"Mən Arzuya demişdim ki,onlar doğru zamanı gözləyirlər.Həmin şəxsi tapıb bunun cəzasını verəcəkdi."

Həqiqətən də bunu edən elə onlar olmalı idi. Yoxsa başqa kimin Arzu ilə düşmənliyi ola bilərdi ki?

Keçmişimi Anlatma (TAMAMLANDI)Où les histoires vivent. Découvrez maintenant