-Ata!-deyə sayıqlamağa başlamışdı.
Dəniz gözlərini açdıqda özünü xəstəxananın otağındakı çarpayıda gördü.Gecədən bəri onun gözlərinin açmasını gözləyən anası Gülay divanda bürülərək yatıb qalmışdı.Birdən Dənizin gözünün önündə nələrsə canlandı:dəniz sahilində bağırışları,gələn xəbər,yalvarışlar,ağlayışlar.Sonra əlini ürəyinin üstünə qoydu.Gözündən bir damla yaş axdı və :
-Ata!-deyə fəryad etdi.
Sanki birdən qarşısında atası Kamranın xəyalı canlandı.Çarpayısının yanında oturdu,bir əli ilə Dənizin əlini tutdu,digər əli ilə isə Dənizin gözündən axan yaşı sildi.
-Ata!Darıxdım!
-Məndə,qızım!Məndə!
Gülay oyandı.Dənizin öz-özünə danışdığını gördü.Gülay:
-Qızım!Oyanmısan.
Dənizin qarşısındakı atasının xəyali yox oldu.Dəniz hələ gözünü çarpayıya dikmişdi.Sanki atasının xəyalı hələ də orada idi.Dəniz qışqırdı:
-Ana,sən nə etdin?
-Qızım,mən nə etdimki?Öz-özünə danışırdın.
-Ana,mən dəli olmamışamki öz-özümə danışırdım.Sən görmədin atam qarşımda idi.Amma indi...İndi yoxdu...
-Qızım,Dənizim!Atan öləli artıq 1 ay olub.Sən hələ atanın xəyalları ilə yaşayırsan.
-Sən mən dəli olduğumu fikirləşirsən?
-Yox,qızım,elə demək istəmədim.
-Xeyr,mən başa düşdüm.
-Gözlə,Dənizim,qulaq as başa salım.
-Mən başa düşəcəyimi,başa düşdüm.Bəsdi artıq!Bezdim!Mənim atam yaşayır istəyirsənix inanın,istəyirsəniz inanmayın.Mənim atam məni buraxıb getməz.O gələcək.Gəlməsə elə mən özümdə gətirərəm!Həə,gətirərəm!
Gülay zarafatsız artıq qızının dəli olmağa başladığını fikirləşdi.Dənizi sakitləşdirdikdən sonra həkim Abdullayevlə danışdı.Həkim Dənizin otağına gəldi.Dəniz anasının və həkimin içəriyə gəldiyini görmədi.O yenədə xəyali atası ilə danışırdı:
-Mən də sənin üçün darıxmışam,ata!Hə düz deyirsən.Məncədə.
Gülay həkimə baxdı.Həkim başını bulayıb otaqdan çıxdı.Gülay özünü həkimə çatdırdı.Gülay həkimdən nə qənaətə gəldiyini soruşdu.Həkim:
-Məncə siz haqlısınız...
..Dəniz otaqda tək idi.Birdən həkim Dənizin qəbul etməsi üçün dərman gətirdi.Dəniz dərmanları görüb əsəbləşdi.Qışqırmağa başladı:
-Siz mənə yenə də inanmırsınız.Yenə də.Yetər artıq!Bəsdi!
Çarpayısının yanındakı stolun üstündəki gülü,lampanı,dərmanları dağıdıb tökdü.Həkim onu nə qədər sakitləşdirməyə çalışsada bacarmadı.Səsə Gülay və digər həkimdə gəldi
-Doktor Abdullayev,nə qədər çalışsamda sakitləşdirməyi bacarmadım.
Doktor Abdullayev:
-Tez mənə iynəni gətir.Cəld!
Gülay Dənizi sakitləşdirməyə çalışdı.Durmadığını görüb üzünə bir şillə vurdu.Dəniz kravatın üstünə yıxıldı.Ağlayaraq sayıqlamağa başladı:
-Ata!
Gülay isə divanda oturdu və o da ağladı.Abdullayev Gülayın yanına gəldi:
-Güclü olun!
Gülay:
-Dayana bilmirəm.Qızımı belə görə bilmirəm
-Siz güclü olunki Dənizdə güclü olsun.Narahat olmayın düzələcək.
Həkim iynəni gətirdi.Çətinliklə olsada Dənizə iynəni vurdu.Dəniz sakitləşib yatdı.Gülay yenidən həkim Abdullayevin yanına gəldi.Gülay:
-Fikirləriniz necədi,həkim?
-Dənizdə psixoloji problemlər yaranır.Atasının ölümü ilə hələ də razılaşa bilməyib.Onu rahat buraxmaq lazımdır.Nə istəsə icazə verin.Sonra problemləri daha da artar....Hə bidə əgər istəyirsənizsə bu gün evə gedə bilərsiniz.
...Gülay Dənizin otağına gəldi.Dəniz gözlərini açmışdı.Gülay Dənizin yanına gəldi və əlini tutdu.
-Üzr istəyirəm,qızım-dedi.
Dəniz qalxıb anasını qucaqladı.Gülay:
-Qalx,qızım,hazırlaşaq.Evə gedirik..
...Dənizgil evə gəlib çatdılar.Dəniz evə ayağını basdı.Yenə də gözünün önündə atasının xəyalı canlandı.Çarpayısına yaxın gəldi.Gülay həkimin göstərişi ilə onu atasının xəyalı ilə tək qoydu.Dəniz atası ilə keçirdiyi son günləri xatırladı...Birdən nə isə yadına düşdü.Tez qalxıb dolabını açtı.Oradakı paltarları tökdü və oradan kiçik bir sandıqça çıxartdı.Dəniz:
-Bu sandığın açılma vaxtı gəlib çatıb.
ESTÁS LEYENDO
Dənizin intiqamı
Misterio / Suspensoİntiqam...Bir qızın intiqam hissi.."Bu intiqam alınmalıdır!" deyən Dənizin başına gələnlər..18 yaşındakı Dəniz və intiqam..