Xatırlama

35 7 1
                                    

"Nə olub,Leyla? Gəl keç,Fərhadgil də gedir onsuzda"

"Elə burada desəm də olar. Arzu, sənə əslində əvvəl də deyəcəkdim,amma gizli idi. Mən bilmirdim sonu belə olacaq. Amma artıq hər şeyi unutmusan,deyəcəyim söz sənə təsir göstərməz,çünki Fərhada qarşı heç bir hissin yoxdur. Biz.."

Fərhad dözə bilməyib Leylanın sözünü kəsərək,özü davam edərək ilk addımı atdı.

"Biz əvvəllər sevgili olmuşuq. İşin pis tərəfi də odur ki,sənə sonradan bacı qardaşıq demişik"

Arzu heç bir təəsürat göstərmədi.

"Başa düşdüm."

"Heç nə deməyəcəksən?" deyə Fərhad bütün ümidini itirdi.

"Xeyr. Heç nə deməyəcəm"

🔥🔥🔥

Gecə düşdükdə Arzu kitabını alaraq yatağına keçib uzandı. O nədənsə çox şeyi xatırlamaq istəmişdi,hansı ki Fərhadla olan o xoş xatirələri. Telefonunu açaraq bütün mesajlaşmaları oxuyub,bütün çəkilmiş şəkillərə,videolara baxmaq istədi.Cəsarətini toplayaraq, bu qədər ayda baş verən və olan öz həyatına göz gəzdirdi. Fərhadla olan yazışmaları açdıqda,ən son olan mesajla gözləri dolmuşdu gənc qızın.

- "Arzum,mən binanın aşağısındayam,səni gözləyirəm,çox darıxmışam və səni çox sevirəm" ..

- "Gözlə,mən indi orada olacam,paltomu geyinib düşürəm,həmçinin mən də səni çox sevirəm.. "

Həqiqətən də çox acıdır,xatırlamadığın o həyatın sənə məxsus olduğunu görmək. Arzu mesajlaşmanın çoxunu oxuduqdan sonra,şəkillərə və videolara baxdı . Nişan şəkilləri başda olmaqla, sevgili zamanlarında çəkilmiş xoş xatirələrin rəsmi ilə dolu idi . Ortalarda olan "Gəlinlik" şəkilləri də Arzunun gözündən qaçmadı. Necə də gözəl yaraşırdı.. Yaxınlaşdırıb-yaxınlaşdırıb baxdı.Bu şəkillər,mesajlaşmalar və videolar ona çox şeyi kəsik-kəsik xatırlatmağa başladı. Həyəcanla ayağa qalxıb əllərini saçlarında gəzdirdi gözlərini yumaraq. "Xatırla,xatırla" deyə özünü danladı. Qəlbi tez-tez döyünməyə başladı,sanki həmin Arzu yenidən gəlmişdi həyata. Gecənin 3- ü, tam səssizlikdə, Fərhadın zəng etməsi ilə son olmuşdu.Arzu zəng edənin Fərhad olduğunu görüb çox sevindi və saniyəsində açdı.

"Fərhad,xatırladım! Xatırladım!"

"Nə? Həqiqətən? " Fərhad təlaşlı və sevincli formada soruşdu

"Hə,səni də xatırladım bütün xatirələrimizi də. Şəkillərə,videolara,mesajlaşmalara baxdım.. Mən o həyatı xatırladım. Xüsüsən də səni necə sevdiyimi. Mən yenidən dünyaya göz açdım sanki"

"İnana bilmirəm,mən ora gəlirəm,Arzu" deyərək Fərhad telefonu söndürdü. Elə 20 dəqiqə içərisində qapını döyən Fərhad həyəcanla öz nitqini düzəltdi. Çox sevinmişdi və düz yerdə sabit dayana bilmirdi. Qapı açılar-açılmaz bir-birinə sarılan iki gənc, qoxularını içlərinə çəkərək həmin dəqiqənin gözəlliyinin dadına vardılar. İlahi,hər şey düzəlməyə başlamışdı və çox daha gözəl olacaqdı.

"Fərhad,səni xatırlayıram,səni necə sevdiyimi xatırlayıram"

"Bəs ,bəs məni indi sevirsən?"

"Sevirəm,çox sevirəm!"

Fərhad Arzunun dodaqlarına sərt şəkildə yapışdı və heç buraxmayacaqmış kimi öpdü. Nə qədə gizlətsə də,qızarmış gözlərindən 1 damla göz yaşı axdı yanaqlarına. Arzu dodaqlarını çəkərək Fərhadın qızarmış gözlərinə və titrəyən dodağına baxdı. dağınıq saçlarını arxaya çekərək əllərini yanaqlarına endirdi.

"Səni əsla buraxmayacam" deyə Arzu titrək səsi ilə söylədi

"Arzu,məni əsla unutma. Mənə bunu yaşatma. Sən məni 1 dəfə öldürdün.. Bir daha etmə"

"Səni çox sevirəm,səni unutduğum üçün məni bağışla"

Arzu gecənin bu vaxtı Fərhadı evə getməyə qoymadı. Düzünü desək, bəhanə etdi. Başlıca səbəbi ondan ayrılmamaq  və gecəni onsuz keçirməmək idi. Fərhad Arzu ilə eyni otaqda,eyni yataqda uzanaraq bir-birlərinin həsrətini çəkdikləri günlərinin indicə intiqamını aldı. Arzu başını Fərhadın sinəsinə qoyaraq,bərk -bərk qucaqladı. Fərhad isə onun saçlarını oxşayaraq, birlikdə qurduqları bütün xəyalları təkrarladı. Toylarına günlər qalmışdı və hələ Fərhad onu ləğv etməmişdi.

Keçmişimi Anlatma (TAMAMLANDI)Opowieści tętniące życiem. Odkryj je teraz