25. 🔥Xəbər

34 9 4
                                    

Dan yeri ağarmadan Arzu erkəndən ayağa qalxıb,süfrəni hazırladı. Bitirən kimi gedib Fərhadın yanaqlarından astaca öpərək,xoş sözlər fısıldadı. Fərhad yavaş-yavaş gözlərini açdıqda qarşısında Arzunu gördü və məsumca gülümsədi.

"Sabahın xeyir" deyə Arzu Fərhadın gülən dodaqlarına asta öpüş qondurdu.

"Sabahın xeyir.. Bir an hər şeyin yuxu olduğun sanmışdım,amma şükürlər olsun ki,deyilmiş"

"Deyil.. Hər şey gərçəkdir"

Arzu Fərhadın əlindən tutaraq "Gəl, süfrə hazırdır" dedi. Fərhad ayağa qalxıb,əl-üzünü yuduqdan sonra mətbəxə keçdi . Hələ yeməklərə toxunmayan Arzu,səssizcə masanın küncündə oturaraq Fərhadı gözlədi. Fərhad bu söhbəti açmalı idi,çünki vaxt qısıtlı vəziyyətdə ikən , uzatmağın yeri yox idi.

"Arzu,biz artıq 4 günə evlənirik. Hazır deyilsənsə,ləğv edəcəm"

Arzu düşünmədən Fərhada razılığını bildirdi. Fərhad nə qədər soruşsa da,əmin olduğunu və əvvəlki Arzu olduğunu söylədi.

Bu gün Fərhad Arzunu iş yerinə kimi ötürdü. Əslində içəriyə girib , Tərlanın üz ifadəsini görmək istərdi. Amma heyf ki,Arzu buna qarşı çıxdı və özü hər şeyi xatırladığını söyləmək istədiyini bildirdi.  Elə içəriyə girər-girməz sanki Tərlan onun gəlişini gözlərmiş kimi qarşısında dikildi.

"Sabahın xeyir"

"Sabahın xeyir,Tərlan. Bu gün hamınızı saat 12 də bufetdə gözləyəcəm"

"Niyə? Nəsə olub?"

"Sadəcə,sözüm var"

Arzu öz otağına keçərək bir çox sənədlərə göz gəzdirdi. Bunlardan biri də yazdığı məqalə ilə bağlı idi. Hansı ki,qəzaya səbəb olan.. Arzu həmin kağızı cıraraq, zibil qutusuna fırlatdı.

"İşim üçün bunu etmişdim,amma başıma gələnlərə bir bax!"

🔥🔥🔥

Saat 12 də hər kəs toplaşdıqdan sonra,Arzu da axırlarıca gəldi. Suyundan 1 qurtum içərək,sözə başladı.

"Sizləri buraya qədər yordum. Bağışlayın. Amma sizin bilməyinizi istədim.. Mən artıq hər şeyi xatırlayıram"

Hər kəs sevincli ifadə ilə danışdı və səs-səsə qarışdı.

"Fərhadla 4 gün sonra olacaq toyuma,hələ də dəvətlisiniz. Hamınızı gözləyirəm.. "

Dostları gəlib Arzuya bərk-bərk sarılarkən,Tərlan bir qıraqda əllərini sinəsinə gətirib üst-üstə qoyaraq dinləyirdi. Ehtimal ki,o bundan heç də məmnun olmamışdı. Amma,nişanda çox da gözəl əylənirdi.

Keçmişimi Anlatma (TAMAMLANDI)Onde histórias criam vida. Descubra agora