Axır ki, toy günü gəlib çatmışdı.. Arzu gəlinli ilə otaqda Fərhadı gözləyirdi. Tam bir "prenses "kimi görünürdü desək,az belə olardı. Fərhad qapını açdıqda Arzudan gözlərini yenidən ala bilməmişdi. Yaxşı ki,onunla evlənirdi.. Hər dəfə buna şükr edərək, gülümsəyirdi. Arzu ilə qol-qola pilləkənləri addımladı və salonda bir çox insan var idi. Qohumlar,dostlar və tanışlar.. Hər kəs burada iştirak edirdi. Nikah məmuru da gəldikdən sonra, suallar soruşuldu,"hə" cavabı alındı, imzalar da atıldığına görə Fərhad hər kəsin içində Arzunun dodaqlarına yapışdı.
"Bal ayını indidən ayarlamışam,sənə süpriz etmək istədim"
"Nə? Həqiqətən?" deyə Arzu Fərhada sevincli ifadə ilə soruşdu
"Hə, balayımıza sabah yola çıxacağıq"
"Çox sevindim!"
Nəhayət, toy da bitdikdən sonra hər kəs öz evinə yol aldı. Fərhadla Arzu da öz evlərinə yola qoyulmuşdular ki,Arzu yolun dəyişdiyinə və heç tanımadığı bir yolla getdiklərinə fikir verdi. Maşının pəncərəsindən diqqətlə boylanıb baxdı,buranın Fərhadın evinin istiqaməti olmadığını bilirdi.
"Fərhad,hara gedirik?"
"Evimizə" dedi, Arzuya baxaraq
"Axı,sənin evin buralarda deyil"
"Hə,amma bizim evimiz buralardadır"
"Necə yəni?"
Fərhad maşını yaşıllıqda saxladı və qapını açaraq düşdü,dərhal Arzunun da qapısını açaraq əlindən tutdu. Heç nə demədən,söyləmədən onu aparırdı..
"Bax! Evimiz" deyə kənara çəkildi.
Qarşılarında bir həyət evi var idi,hansı ki xəyallarını bəzəyən o ev..
"İlahi! Möhtəşəmdir! Fərhad,bu bizim evimizdir? Heç mənə bəhs etməmişdin"
"Əlbəttə, mən bu evi aylar əvvəl almağı planlaşdırmışdım və 1 ay əvvəl artıq sənədləri hazırladım,aldım"
Evin qapısını açarla açıb,içəri daxil oldular. Fərhad cibindən bir açar daha çıxardı, Arzuya verdi. "Bu isə sənin açarın" .
💛
Arzunun nərdivanları gəlinliyinin ətəyindən tutaraq yorğuncasına asta-asta addımladığını gördükdə tez qucağına alaraq qaldırdı. Yataq otağına kimi aparıb,qucağından endirdi."Duş alsam,yaxşı olacaq" (Fərhad kostyumunu çıxarıb, qardirobuna asdı)
Hər ikisi də duşunu aldıqdan sonra, yataqlarında uzandılar. Fərhad Arzunun tər-təmiz yanaqlarından öpdü.
"Artıq ,sən mənə aidsən. Mənim gələcəyimsən" deyə Fərhad gözlərini qıyaraq, dodaqlarını Arzunun yanaqlarında gəzdirdi.
🔥🔥🔥
Səhər açılan kimi, Arzu çamadanını yığmağa başlamışdı belə. Ən gözəl ətirini üsdünə sıxıb,çantasına atdı. Öz çamadanı ilə yanaşı Fərhadın çamadanını da hazırlayan Arzu, aşağıya enərək süfrəni də hazır etdi. Fərhadın oyanmasını səbirsizliklə gözlədi. Pilləkəndən addım səslərini eşitdikdə,ayağa qalxaraq mətbəxdən çıxdı və Fərhada gülümsədi.
"Arzum,çamadanları hazırlamısan ki"
"Aha, çox səbirsizəm, oyanan kimi hazırladım. Süfrə də hazırdır,gəl yemək yeyək, yola çıxaq"
"İstəyirsənsə, duş alım,çamadanıma göz gəzdirim,sən ona kimi yeməyini ye,evdən çıxaq.yolda da hamburger alaram yeyərik"
"Bəs sən? İndi Yemək yeməyəcəksən?"
"Bal ayımıza gecikməyək"
Fərhad qalxıb duşunu aldıqdan sonra,çamadanına göz ucu baxdı və əksik olanları özü doldurdu. Sonra bağlayaraq,hər ikisini əlinə aldı və çölə çıxaraq maşına yerləşdirdi. Artıq yola çıxmaq vaxtı idi. Hər ikisi də maşına mindikdən sonra, bal ayına yola qoyuldular. Yol boyu bir çox musiqilər dinləyib,oxudular. Şirin söhbətlər etdilər. Saatlar sonra,otele çatdılar və Arzu maşından düşərək gəldikləri cənnət kimi yerə gözlərini bərəldərək baxdı. Əlində olsaydı,burada yaşayardı, amma təəssüf ki burada ancaq dəhşətli dərəcədə varlı olan insanlar məskunlaşa bilərdilər. Otelin qapısından əl-ələ keçən gənclər,məlumat yerinə yaxınlaşaraq otaqlarının açarlarını aldılar. Onlar otağa daxil olduqdan 5 dəqiqə sonra çamadanları da köməkçi işçilər gətirdilər. Arzu yatağa əyləşdikdə ,yumşaqlığa qarşı çıxa bilməyib uşaq kimi təkrar-təkrar ayağa qalxıb yenidən otururdu həvəslə. Fərhad arxaya çönüb onu bu vəziyyətdə gördükdə, gülümsəyərək dəliliyini izlədi. Arzu ayağa qalxaraq Fərhada bərk-bərk sarıldı.
"Çox təşəkkür edirəm,bura çox əla yerdir"
Fərhad Arzunun alnından öpərək,parlaq gözlərinə baxdı
"Səni çox sevirəm.. Səni buradan da gözəl yerə gətirmək istərdim"
"Yox,həqiqətən,çox gözəl yerdir"
Arzu çamadanda qatlanmış paltarları çıxarıb, qardiroba yerləşdirdi. sonra Fərhadla birlikdə,yol yorğunluğunun ardınca bir şeylər içmək üçün otelin kafesine getdi. İçəcəklərini içdikdən sonra,yenidən otağa qalxacaqkən kənardan biri Fərhada yaxınlaşdı. Bu cavan bir qız idi,hətta çox gözəl. Arzu qısqanc baxışlarla,onun Fərhada gülərək yaxınlaşmasına baxdı. Burada nələr olur?
Fərhad qızı gördükdə "Lənət" deyərək,başını çevirdi. Bu qız onların Fransadakı iş ortağının qızı idi. HəmişəFərhadla yaxınlaşmaq planlarını qurub, amma onu əldə edə bilmirdi.
"Fərhad,nə böyük təsadüf"
"Hə, Toma. Mən həyat yoldaşımla bal ayına gəlmişəm" deyərək Arzunun əllərindən bərk-bərk yapışdı.
"Ah,evlisən? Sənin adına sevindim,təbrik edirəm" deyərək,qəribə baxışla Arzuya baxdı və ayaqqabısından başlayaraq,saç formasına kimi göz gəzdirdi.
"Çox sağol"
"Onda biz bunu qeyd etməliyik. Otelin barına 1 saat sonra gəlin,birlikdə əylənək"
"Biz bunu fikirləşərik,böyük ehtimal biz birlikdə vaxt keçirəcəyik " deyə Arzu qıza tərs baxışla söyləndi, çünki onu burada görmək ona heç xoş təsir etmədi.
VOCÊ ESTÁ LENDO
Keçmişimi Anlatma (TAMAMLANDI)
Romanceİki uşaqlıq dostu illər sonra rastalaşar və yenidən əlaqələ qurarlar. Jurnalistlik oxuyub ,işləyərək öz ayaqları üzərində duran gənc qız Arzu və təhsilini yarım buraxmış Fərhad'ın hekayəsi. 🔥🔥🔥 Fərhad Arzunun gözlərini açdı və Arzu əllərini üzü...