Fərhadla Arzu əl-ələ otağa qalxdılar. Artıq gecə idi və birlikdə yataqlarına girib film izləmək üçün uyğun zaman olduğunu düşündülər. Amma Fərhad bir an "Bəlkə,biz də bara gedək?" deyə şansını sınayaraq soruşdu. Arzu çox qısqanırdı və bunu Fərhada o qədər də bəlli etmək istəmirdi.
"Niyə ki?"
"Dəyişiklik olar.."
" O qızla birlikdə olacıq?"
"Yox,ikimiz"
Arzu Fərhadı çox sıxmaq istəmədiyindən,istəksiz olmasına baxmayaraq məcbur razı oldu. Üstünü dəyişib,qırmızı mini donunu geyindi və tünd qırmızı dodaq boyasını sürtdü. Qara uzun ,bir az da dalğalı saçlarını əli ilə düzəldərək arxaya atdı. Otağın işığını söndürüb,qapını açdı və Fərhada tutqun baxışlarla baxdı. Fərhad ona tərəf çevrildikdə gözləri yerindən fırlayacaqmış kimi oldu,hətta bir az qəzəbləndi.
"Arzu,mini geyinmək də hardan çıxdı?"
"Əylənməyə gedirik,inan ki mənim o qızdan heç bir əksiyim yoxdur.Əksinə, bir az da vaxt sərf etsəydim hər kəsdən gözəl olardım"
Arzu Fərhadın qoluna girərək,pilləkənləri addımladı və hotelin barına daxil oldular. Arzu yanına yaxınlaşan köməkçidən, içki gətirməsini xahiş etdi. 1 dəfə,2 dəfə.. Artıq 4 cünü bitirdikdə Fərhad əsəbləşib Arzunun əlindən dartıb masaya qoydu.
"Arzu,sərxoş olacaqsan,xəbərin var bu neçəncidir?!"
Arzunun gözləri gah qapanır,gah açılırdı. Dodağının qəribə formalara girməsindən bəlli olurdu ki, o artıq sərxoşdur.
"Yox-x. Mən bir dah-aa istəyirəmm"
"Arzu,bəsdir,otağa qalxırıq!"
Fərhad Arzuya sarılıb ,qollarını çiyninə doladı və otağa kimi daşımağa çalışdı. Həmin an qarşılarına Toma çıxdı və onları bu vəziyyətdə gördü.
"Fərhad,nə olub?"
"Heç,sən işində ol"
Arzu heç içki içmədiyindən,təbii ki bu vəziyyətə alışqan deyildi və sözlər açıq-aşkar dodaqlarından tökülürdü.
"Sən çəkil burdan,axmaq"
"Nə? Düzgün danış. Ey, bu içkilidir. Hərəkətlərə ,danışığa bir bax!"
"düzgün danışması lazım olan şəxs varsq o da sənsən!Mənim həyat yoldaşımla danışarkən sözlərini nəzərdən keçir. İndi isə qarşımızdan çəkil"
Fərhad Arzunu otağa kimi qaldırdı ,qapını açıb yatağa buraxdı. Arzu yuxulu vəziyyətdə görünürdü,Fərhad onun ayaqqabılarını çıxarıb yerə qoydu . Qucağına yenidən alıb, yerinə doğru istiqamətdə uzanması üçün kömək etmək istədi. Əyilib qucağına alırdı ki,Onların arasında çox az məsafəyə görə Arzu gözlərini açaraq qolunu Fərhadın boynuna sardı. Özünə çəkərək dodağından öpdü. Fərhad Arzunun sərxoş olduğuna görə belə davrandığını bilirdi və özünü geri çəkmək istəsə də, bunu edə bilmədi və ona qarşılıq verdi.
🔥🔥🔥
Uzun gecədən sonra, Arzu gözlərini asta-asta açdı. Başının ağrısından dözülməz vəziyyətin qurbanı idi halhazırda. Amma buna səbəb elə onun özü idi. Sol tərəfə çevrildikdə Fərhadın hələ yuxulu olduğunu gördü və onu oyatmamaq üçün səssizcə barmaq uclarını yerə toxundurdu. Ayaqyoluna keçərək, üzünə yayılmış makyajını yudu. Əynini dəyişib, Fərhadı oyatdı və birlikdə hotelin yeməkxanasında oturub səhər yeməyini yedilər.

ESTÁS LEYENDO
Keçmişimi Anlatma (TAMAMLANDI)
Romanceİki uşaqlıq dostu illər sonra rastalaşar və yenidən əlaqələ qurarlar. Jurnalistlik oxuyub ,işləyərək öz ayaqları üzərində duran gənc qız Arzu və təhsilini yarım buraxmış Fərhad'ın hekayəsi. 🔥🔥🔥 Fərhad Arzunun gözlərini açdı və Arzu əllərini üzü...