Artıq günlərdir balayında olan 2 gənc,evə getmək üçün hazırlıqlarını gördülər. Hər şey hazır olduqda, hər ikisi də maşına minərək yola düşdülər.
Hələ evlərinin dadını çıxara bilməyən Arzu və Fərhad yorğun şəkildə qapıdan içəri girib,çamadanlarını da halsızcasına otaqlarına qaldırdılar. İlahi, heç evdən çıxıb hotelə çatarkən belə yorğunluq yox idi üstlərində.. Amma indi,sanki illərdir heç fasilə vermədən gəzirlərmiş kimi hiss var idi canlarında. Hələ heç dincələ bilməzkən, ilk qonaqları da qapının zənginə basmışdı belə. Arzu təəccüblə Fərhada baxdı. Çünki,ünvanı bilən hələ çox az adam var idi. Pilləkənləri düşərək,qapını açdı . Bu qonaq Leyla idi və "Sürpriz!" deyərək, evə addımını atdı. Əlindəki poşetdən hədiyyəni çıxardı və Arzuya uzatdı. Arzu Leylaya heç əsəbi deyildi,əslində heç ağlına belə gəlmirdi. Arzu bütün vaxtını Fərhada ayırmaqdan, qarşısındakı hər kəsdən uzaqlaşırdı.. Leyla ilə də aralarında heç olmayan buzları yaratmışdı.
Arzu hədiyyəni qəbul edərək,açdı.
"Bu saatı salondan ya da mətbəxdən asa bilərsən.. Evinin dekoru olsun, məndən hədiyyə"
"Çox sağol,nə zəhmət etdin. Təşəkkür edirəm"
"Nə demək,canım dostum"
Arzu içində kiçik bir hiss var idi,çox qəribə idi,Leylanın burada olmasını sanki heç istəmirdi. Leyla salona keçərək divanda əyləşdi və Arzunun gəlməsini gözlədi. Amma qarşısına gələn ilk şəxs Arzu yox,Fərhad oldu. Heç danışmalarına fürsət yaranmadan otağa Arzu daxil oldu və "Mən sənə çay gətirim" deyərək,mətbəxə irəlilədi. Leyla Arzu otaqdan çıxar-çıxmaz tərs baxışlarını Fərhada yönəltdi
"Təbrik edirəm,axır ki arzularınıza çatdınız"
"Çünki biz bir-birimizi sevirik"
"Sən əvvəllər mənə də belə deyirdin,boş ümidlər verirdin"
"Mən sənə vaxtında ,əksinə münasibətimiz bu gedişlə daha da pis olacağını və bütün bağların qopacağını demişdim"
"Axı niyə? Nə səbəbə?"
"Leyla,bəsdir,bunları danışmağın zamanı ötüb,keçib. Mən artıq evliyəm"
Arzu əlində 3 stəkan isti çay gətirərək,masanın üzərinə qoydu.
"Arzum,çox sağol,amma mən işə gedirəm. Siz söhbətləşin."
"Yaxşı,gözlə səni ötürüm"
..
Fərhad ayaqqabısını geyinənə qədər Arzu da ona ürək sözlərini və duyğularını deyirdi
"Əslində,Leylanın burda olmasını heç istəmirəm"
"Mən də.. "
"Sanki,heç yaxın dost olmamışıq kimidir"
"Buraya gəlibsə,bundan bir çıxarı mütləq var. Sən onunla maraqlan,mən getdim. Hələlik"
"Hələlik" deyərək Fərhadın yanaqlarından öpdü və yola saldı həyat yoldaşını.
İçəri keçərək bir az Leyla ilə söhbət etməli oldu.
"Arzu, təbrik edirəm sizi,yenidən"
"Çox sağol"
"Əvvəl olsa hər şeyi tez gəlib mənə danışardın. Niyə indi yadmışıq kimi davranırsan?"
"Mən də sanırdım kı,eyni şeyi sən də edirsən. Amma görülənə görə,elə deyilmiş"
"Əslində ciddi münasibət sayılmazdı. Əmin olmadan sənə demək istəməmişdim"
"Yaxşı,artıq mən bunları eşitmək istəmirəm"
🔥🔥🔥
Gecə düşdükdə Fərhad evə qayıtdı və açarını cibindən çıxararaq,qapını açmağa çalışdı. Hər nə qədər açarı salmaq istəsə də,lənət olası açar hər səfərində əlindən sürüşüb yerə düşürdü. Çox halsız və yorğun idi. Arzu qapıdan səs eşidib,dərhal gəlib açdı və Fərhadın vəziyyətinə təəccüblə baxdı.
"Fərhad, qalx otağa yat istəyirsənsə. Sən çox yorğun görünürsən"
"Elə mən də onu istəyirəm"
Fərhad pilləkəni qalxaraq özünü yatağa atdı. Heç soyunmadan ,elə olduğu vəziyyətdə də yuxuya getdi. Arzu 5 dəqiqə sonra otağa daxil oldu və nə qədər çalışsada Fərhadı oyada bilmədi. Ayaqqablarını çıxarıb bir kənara qoydu və onu birtəhər güc edərək kürəyindən tutub yuxarı qaldırdı. Halından etiraz edərək, üzərini dəyişən Fərhad yenidən özünü yatağa atdı və qaranlıqda saniyəsinə yuxuya getdi. Arzu onun gözlərindən və yanaqlarından öpüb,saçlarını sığalladı. Artıq məsuliyəti daha da artmışdı və çiyinlərinə bir yük götürmüşdü,hansı ki artıq ailəli idi və həm qorumağa,həm də bir əlini isti sudan soyuq suya salmaq istəmədiyi Arzu üçün çalışıb didinirdi.

YOU ARE READING
Keçmişimi Anlatma (TAMAMLANDI)
Romanceİki uşaqlıq dostu illər sonra rastalaşar və yenidən əlaqələ qurarlar. Jurnalistlik oxuyub ,işləyərək öz ayaqları üzərində duran gənc qız Arzu və təhsilini yarım buraxmış Fərhad'ın hekayəsi. 🔥🔥🔥 Fərhad Arzunun gözlərini açdı və Arzu əllərini üzü...